Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3746/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 qızının katibliyi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-1700/2020 saylı icra sənədini icra etməkdən qərəzli olaraq yayınmışdır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru C.M.Hidayətli tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-1700/2020 saylı icra sənədinə əsasən xx xxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və E.Şəxs 3 yaşına çatanadək, yəni xx xxxx 2022-ci il tarixədək Şəxs xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, hər ay 50 (əlli) manat məbləğində pul şəklində aliment tutularaq Kasanova (Həsənova) İlahə Elman qızına ödənilməlidir. İcra sənədi üzrə icraata xx xxxxx 2020-ci il tarixli qərarla başlanılmış və borcluya tələbi könüllü icrası barədə müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilərək xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Göründüyü kimi, borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, icra məmuru C.M.Hidayətli məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, borclu Şəxs bugünədək ödənilməmiş aliment borcu 1.730 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Xətai Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(011)-1700/2020 saylı icra sənədinə əsasən xx xxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və E.Şəxs 3 yaşına çatanadək, yəni xx xxxx 2022-ci il tarixədək Şəxs xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, hər ay 50 (əlli) manat məbləğində pul şəklində aliment tutularaq İ.Şəxsya (Həsənova) ödənilməsi qərara alınmışdır. O, aliment borcunun 250 manatını ödəmişdir. Lakin maddi vəziyyəti imkan vermədiyi üçün 1.730 manat aliment borcu yığılmışdır. Maddi imkanı düzələn kimi aliment borcunu vaxtlı-vaxtında ödəyəcəyini və yığılmış aliment borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Hal-hazırda alimentin digər hissəsini ödüyə bilmir, işləyib imkan olduqca ödəyəcək. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir və öz hüquqlarını özü müdafiə edəçəkdir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar İ.Şəxs öz izahatında, borclu Şəxs alimentə görə ona cəmi təqribən 4 ay bundan öncə 250 manat pul verdiyini, imkanı olduğu halda vaxtlı-vaxtında alimenti borcunu ödəmədiyini, körpə uşağıyla acınacaqlı vəziyyətdə yaşadıqlarını bildirərək həbslə əlaqədar olan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-1700/2020 saylı icra sənədinə əsasən xx xxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və E.Şəxs 3 yaşına çatanadək, yəni xx xxxx 2022-ci il tarixədək Şəxs xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, hər ay 50 (əlli) manat məbləğində pul şəklində aliment tutularaq İ.Şəxsya (Həsənova) ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qeyd edilən tələb borclu tərəfindən təmin edilmədiyindən onun adına elektron icra sistemindən çıxarış əldə edilmiş, heç bir əmlak, müavinət, iş yeri və s. aşkar edilməmişdir. Hazırda xx xxxxxx 2019-cu il tarixdən başlayaraq İ.Şəxsya ödəniləcək borcundan 250 (iki yüz əlli) manat ödəniş etmiş, 1.730 (bir min yeddiz yüz otuz) manat borcu qalmışdır. Borcun ödənilməsi tələb edilsə də, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Bununla da, icra sənədi üzrə qərəzli olduğu subuta yetirilmişdir. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)- 1700/2020 saylı icra vərəqəsindən görünür ki, xx xxxx 2019-cu il təvəllüdlü X4 anası Kasanova (Həsənova) İlahə Elman qızının yanında saxlanılmış, E.Şəxsnın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İ.Şəxsnaya (Həsənova) ödənilməli və xx xxxx 2019-cu il təvəllüdlü E.Şəxs anası İ.Şəxsnanın (Həsənova) yanında saxlanılmış, E.Şəxs 3 yaşına çatanadək, yəni xx xxxx 2022-ci il tarixədək Şəxs xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, hər ay 50 (əlli) manat məbləğində sabit pul şəklində aliment tutularaq İ.Şəxsya (Həsənova) ödənilməlidir. İş materiallarında olan qərardan görünür ki, xx xxxxx 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs ünvanladığı xx xxxxx 2020ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün ona xəbardarlıq edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(006)- 1670/2020 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan tələbkar İ.Şəxsnın (Həsənova) xx xxxxxx 2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, Şəxs aliment borcunu vaxtında ödəmir, maddi ehtiyaclarının qarşılanmasında çətinliklər yaradır, sonuncunun barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki,Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-1700/2020 saylı icra sənədinə əsasən xx xxxxxx 2019-cu il tarixdən başlayaraq Şəxs tərəfindən İ.Şəxsya ödəniləcək aliment borcundan cəmi olaraq 250 (iki yüz əlli) manat ödəniş edilmiş və bu günədək ödənilməmiş 1.730 (bir min yeddiz yüz otuz) manat məbləğində aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri və qərarın icrası ilə bağlı kifayət qədər üzün müddətin olmasına baxmayaraq, yəni xx xxxxxx 2019-cu il tarixdən bu günədək imkanı olduğu halda onun tərəfindən alimentin tamamilə ödənilməsinə dair heç bir hərəkət və ya hərəkətlər edilməyib, icra məmurunun dəfələrlə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq çağırışlara gəlməmiş və bu hal məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 12:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 12:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3746/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3746/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver