Məhkəmə qərarları › İş №3(006)-3747/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3747/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3747/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 qızının katibliyi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 4TLP7QK), ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2087/2020 saylı icra vərəqəsinə əsasən tələbkar E.T.Aslanovun övladı xx xxxxx 2015-ci il təvəllüdlü X4 ilə sərbəst ünsiyyəti: hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək həyata keçirilməsini üzrsüz səbəbdən icra etmir və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru V.Ş.Qaralov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)- 2087/2020 saylı icra vərəqəsinə əsasən tələbkar E.T.Aslanovun övladı xx xxxxx 2015-ci il təvəllüdlü X4 ilə sərbəst ünsiyyəti: hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək həyata keçirməlidir. İcra sənədi üzrə icraata xx xxxx 2020-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, Şəxs icra sənədini icra etməmişdir. Belə ki, aparılmış icra tədbirləri nəticəsində təşkil olunmuş onlayn görüşlərdə uşaq atası ilə ünsiyyətdə aqressiya ilə yanaşdığında və ünsiyyət qurmaq istəmədiyində, psixoloq-mütəxəssis dəvət olunması ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinə müraciət olunmuş və psixoloq mütəxəssisin iştirakı ilə xx xxxxxxxx 2020-ci il tarixdə təşkil olunmuş görüşdə ata ilə uşağın psixoloji reabilitasiyaya yönəldilməsi tövsiyə olunmuş, nəticədə icra Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə yönəldilmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bugünədək icra etməməsi borclu Şəxs icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənlərə əsasən borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru V.Ş.Qaralov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs təyin olunmuş psixoloqla görüş vaxtlarında həmin Mərkəz getməmiş, icra məmuru tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq müxtəlif səbəblər gətirməklə icradan yayınmış, bu səbəbdən də icra sənədini borclu Şəxs tərəfindən edilmiş maneçiliklər nəticəsində icra etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi L.E.Namazzadə inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar E.T.Aslanov inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2087/2020 saylı icra vərəqəsinə əsasən tələbkar E.T.Aslanovun övladı xx xxxxx 2015-ci il təvəllüdlü X4 ilə sərbəst ünsiyyəti: hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək həyata keçirməlidir. Lakin icra məmuru inzibati xəta haqqında protokol tərtib etməmişdən öncə icra sənədinin icra edilməsi ilə bağlı bütün zəruri icra hərəkətləri həyata keçirilməmişdir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar