Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3747/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi İbadzadə Anar Qənimət oğlu, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlər natamam olduğu üçün onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, iş materilları tədqiq olunan zaman müəyyən edilmişdir ki, X1 Respublikasının vətəndaşı olduğu halda, inzibati icraat aparılarkən şəxsin tərcüməçi hüququ pozulmuş, tərcüməçi ilə təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar Beləliklə hesab edirəm ki, X4 tərcüməçi təyin edilməklə izahatı alınmalı, xəbərdarlıq elan edilməli, tərcüməçinin iştirakı ilə inzibati xəta haqqında protokolun məzmunu ona izah edilməklə onun tərəfindən imzalanmalıdır. Şəxs tərcüməçi xidmətindən imtina etdiyi halda isə bunu öz əl yazması ilə qeyd etməklə imzalamalıdır. Əks yanaşma onun müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraata başlandığı andan şəxsin tərcüməçi xidmətindən istifadə etmək hüququ təmin etməlidir. Həmin andan bu hüququn səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təmin edilməməsi, şəxsin qeyd edilən hüququnun pozulması ilə nəticələnir. Şəxsin bu hüququnun pozulması ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxılması nəticəsində, məhkəmə tərəfindən onun bu hüququ təmin edilsə də, şəxsin məhkəməyə qədərki qeyd edilən hüququ pozulmuş şəkildə qalır və bu pozuntu ilə tərtib edilmiş protokol prosessual pozuntulara yol verilməklə düzgün tərtib olunmamış hesab edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, iş üzrə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulubpozulmaması, qanunun tələbləri pozulduğu halda konkret olaraq kim tərəfindən pozulmasının müəyyən etmək məqsədi ilə ekspertiza təyin edilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan hallar təqdim edilmiş materialların natamam olmasına dəlalət edir ki, bu hal da inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-3747/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3747/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver