Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3749/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.19895-ci il tarixdə Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsində “Opel” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Mercedes” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin və “Hyundai” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin toqquşması nəticəsində X1 bud-çanaq oynağı və sol bud nahiyələrini əhatə edən iri ölçülü dərialtı hematoması və sol bud-çanaq oynağının ödemi ilə əlaqədar oynaq-hərəkət funksiyasının ağrı hesabına məhdudluğu, sol diz oynağı nahiyəsinin qançırı ilə nəticələnən və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radalərində ayıq halda, texniki cəhətdən saz vəziyyətdə özünə məxsus olan, “Opel” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Nəsimi rayonu, Ə.Salamzadə küçəsi ilə hərəkət edən zaman ara məsafəsi saxlamadığı üçün yolun sol kənarında dayanmış, “Mercedes” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa tərəfi ilə onun idarə etdiyi “Opel” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq tərəfi toqquşmuş, zərbə nəticəsində “Mercedes” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq tərəfi qarşıda dayanmış “Hyundai” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa tərəfinə dəyərək zədə yetirmişdir. Hadisə nəticəsində ona məxsus avtomobildə qabaq oturacaqda əyləşmiş anası X2 bud nahiyəsində ağrı olduğunu bildirmiş, daha sonra TTYS-nın həkimləri anasını 1 saylı KTM-ə aparmışlar. Hadisə xx.xx.2025-ci il tarixdə saat 20:30 radələrində Nəsimi rayonu, Salamzadə küçəsində baş vermişdir. Hadisə zamanı ayıq olmuş, hadisə onun ara məsafəsi saxlamadığı üçün ehtiyatsızlığı nəticəsində baş vermişdir. Hadisə nəticəsində o, heç bir xəsarət almamış, avtomobildə ondan və anasından başqa heç kim olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində oğlu Şəxs məxsus olan, “Opel” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Nəsimi rayonu, Ə.Salamzadə küçəsi ilə hərəkət edən zaman ara məsafəsi saxlamadığı üçün yolun sol kənarında dayanmış “Mercedes” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa tərəfi ilə Aqilin idarə etdiyi “Opel” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq tərəfi toqquşmuş, zərbə nəticəsində “Mercedes” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq tərəfi qarşıda dayanmış “Hyundai” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa tərəfinə dəyərək zədə yetirmişdir. Hadisə nəticəsində sol bud nahiyəsində ağrı olduğunu bildirmiş, daha sonra onu TTYS-nın həkimləri 1 saylı KTMə aparmışlar. Hadisə Aqilin ara məsafəsi saxlamadığı üçün ehtiyatsızlığı nəticəsində baş vermişdir. Avtomobildə ondan və Aqildən başqa heç kim olmamışdır. Hazırda Şəxs şikayətçi deyildir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X9 xx.xx.2025-ci tarixli, 612 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, vət. S.M.Əbdürrəhimovanın bədənində aşkar olunmuş xəsarətlər - sol bud-çanaq oynağı və sol bud nahiyələrini əhatə edən iri ölçülü dərialtı hematoması və sol bud-çanaq oynağının ödemi ilə əlaqədar oynaq-hərəkət funksiyasının ağrı hesabına məhdudluğu, sol diz oynağı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-5 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. S.M.Əbdürrəhimovanın bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 2/24271 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə ayıq olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3749/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3749/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver