Məhkəmə qərarları › İş №3(006)-3750/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3750/2021

01.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3750/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X9 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X2 Zərər çəkmiş şəxs: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 86-da (inzibati bina) qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 01.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(011)-152/2018 saylı icra vərəqəsinə əsasən 12.03.2002-ci il təvəllüdlü X7, 13.04.2003-cü il təvəllüdlü X4 və 16.07.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün 28.09.2017-ci il tarixdən başlayaraq Şəxs X3 xeyrinə hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment tutulmalıdır. Lakin borclu icra sənədi üzrə yaranmış aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında icra məmuru X8 izahat verərək bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(011)-152/2018 saylı icra vərəqəsinə əsasən 12.03.2002-ci il təvəllüdlü X7, 13.04.2003-cü il təvəllüdlü X4 və 16.07.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün 28.09.2017-ci il tarixdən başlayaraq Şəxs X3 xeyrinə hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar borcluya könüllü icra ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq Şəxs indiyə kimi alimentlə bağlı hər ay ödənişlər etməklə ümumilikdə tələbkarın xeyrinə 8.981 manat ödəniş etmiş, hazırda 9.961 manat aliment borcu yaranmışdır. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs hər ay alimentlə bağlı ödənişlər etmiş, hazırda da hər ay 500 manat ödəməyi təklif etsə də, o, bununla razı deyil. Aliment üzrə yaranmış borcun tam ödənilməsini istəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, aliment borcunu ödəməkdən yayınmır, hər ay bacardıqca vaxtında əlbəəl ödənişlər etmiş, hazırda da hər ay 500 manat ödəyə bilər. İndiyə kimi 8.981 manat aliment pulu ödəmiş, qalan məbləği də ödəməyə çalışacaq. Himayəsində onkoloji xəstəsi anası var, özü də İİ qrup əlildir, ayaqdan şikəstdir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, borclu Şəxs tərəfindən icra sənədi üzrə icranın təmin edilməsi məqsədilə hərəkətlər edilir və aliment pulu ilə bağlı ödənişlər edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar