Məhkəmə qərarları › İş №3(006)-3753/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3753/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3753/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin protokolu tərtib etmiş şəxs: X13 Şöbəsinin baş inspektoru X3 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1970-ci ildə Cəlilabad rayonu, Səhrədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Cəlilabad rayonu, Səhrədabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi üzrə tərtib olunmuş 01.12.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 30 noyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində sürücülük hüququ olmadan “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanda manevr qaydalarını pozmaqla idarə edərək nəqliyyat vasitəsinin sol yan tərəfi ilə maneəyə dəyib maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında göstərdi ki, Şəxs 30 noyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində sürücülük hüququ olmadan X4 etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanda “Yol hərəkəti haqqında” Qanunun 37 və 42ci maddələrinin tələblərinə riayət etmədən manevr qaydalarını pozmaqla idarə edərək nəqliyyat vasitəsinin sol yan tərəfi ilə maneəyə dəyib maddi ziyanla nəticələnən yolnəqliyyat hadisəsini törətmişdir. Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək izahatında bildirdi ki, 30.11.2021-ci il tarixdə, saat 18:30 radələrində “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mühafizəçi kimi işlədiyi ünvan 1 binanın həyətində açarı üzərində və qapıları açıq vəziyyətdə saxlanılmışdır. Bu zaman həmin binada yaşayan sakinlərdən biri həyətə daxil olmağa çətinlik çəkib siqnal verməyə başladığından o, sürücünü tapa bilmədiyi üçün məcbur olub həmin yük avtomobilini idarə edib həyətdən çıxarmağa çalışmış, bu zaman maşının sol hissəsi divara dəymişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməsi tam sübuta yetirilir. İş materiallarında olan: “ 01.12.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və tərtib edilmiş sxemdən görünür ki, 30.11.2021-ci il tarixdə, saat 18:30-da Şəxs Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, 23 saylı ünvanda “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili manevr qaydalarını pozmaqla idarə edərək nəqliyyat vasitəsinin sol yan tərəfi ilə divara dəymişdir; “ portaldan olan məlumata əsasən Şəxs məxsus sürücülük vəsiqəsi qeydə alınmayıb; “ AD 738800 saylı, 22.02.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r; “ 27.08.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X5 X2 tərəfindən “Ford Transit” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 5-ci bəndinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə,“ötmə, hərəkətə“başlama və“dayanma ilə“bağlı“manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və“ya nasaz olduqda isə,“əl işarələri ilə“digər hərəkət iştirakçılarını“xəbərdar etməlidir. Həmin Qanunun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü“hərəkətə“başlamazdan, yerdəyişməzdən, dönməzdən,“ötməzdən və“dayanmazdan qabaq müvafiq istiqamətə“dönmək“üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və“ya nasazlıq yarandıqda isə“əl işarələri ilə“siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı“və“hərəkətin digər iştirakçıları“üçün maneə“yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini onun İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar