Məhkəmə qərarları › İş №3(006)-3755/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3755/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3755/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X2 Bakı Nəqliyyat Agentliyinin 01 noyabr 2021-ci il tarixli, BNA ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin 01 noyabr 2021-ci il tarixli, BNA ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyri mümkündür və ona görə də, geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Bakı Nəqliyyat Agentliyinin 01 noyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X1 Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 20 manat miqdarında cərimə edilmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar şikayət verən şəxs X5 barəsində deyil, X3 barəsində tərtib edildiyindən şikayətçinin şikayət vermək hüququnun olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Beləliklə məhkəmə hesab edir ki, X2 Bakı Nəqliyyat Agentliyinin 01 noyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək hüququ olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Bakı Nəqliyyat Agentliyinin 01 noyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə verdiyi şikayəti geri qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar