Məhkəmə qərarları › İş №3(006)-3764/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3764/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3764/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Protokolu tərtib etmiş orqan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Hacıyev İntiqam Məcid oğlunun Barəsində icraat aparılan hüquqi: Şəxs MMC-in direktoru şəxs: Nümayəndə iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 178, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada xx.xx.2023-cü il tarixdə plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət, uşaq cərrahi işi üzrə ambulator və stasionar xidmət aşkarlanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X5 izahatında göstərdi ki, vətəndaş X6 nazirliyə şikayətlə müraciət edərək göstərmişdir ki, onun 8 yaşlı oğluna xx.xx.2022-ci il tarixdə Şəxsnda sünnət edilərkən uşağın cinsi orqanının dərisi zədələnmiş, aşağı damarları lazerlə yandırılmış, bununla da vəziyyəti ağırlaşmılşdır. Bu şikayətlə bağlı xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən, Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama keçirilmişdir. Müəyyən edilmişdir ki, pasient X2 adı “Ambulator xəstələrin qeydiyyat jurnalı”nda xx.xx.2022-ci il tarixdə öz əksini tapmış, adına tibb karta açılmışdır. Lakin, “Stasionar xəstələrin qeydiyyat jurnalı”nda onun adına həmin tarixdə rast gəlinməmişdir. M.Seyidlinin adına açılmış “Ambulator xəstənin tibb kartası”nda rutin müayinələrin cavabları, anesteziyoloqun müayinə vərəqi, anesteziyoloji karta, anesteziyoloji protokol olsa da, xəstə barəsində anamnestetik məlumatlar, vəziyyəti, əməliyyat önü, əməliyyat gedişi, əməliyyat zamanı baş vermiş ağırlaşma və son epikriz yazılmamışdır. Əməliyyatda iştirak edən anesteziyoloq Rövşən Sadıqov vəfat etdiyi, həkim-cərrah Fuad Nəzərov xəstəliyi ilə əlaqədar Bakı şəhərində olmadığı üçün əməliyyat zamanı hansı tibbi aparatlardan istifadə edilməsini qiymətləndirmək mümkün olmamışdır. Məzuniyyətdə olan tibb bacısı Nuranə Cəfərova ilə telefon əlaqəsi saxlanılmış, o da əməliyyat zamanı hər-hansı bir lazer aparatından istifadə edilmədiyini, əməliyyat zamanı qanaxmanı dayandırmaq məqsədi ilə tibbi avadanlıq kimi elektrokoaqulyatordan istifadə olunduğunu bildirmiş və əməliyyata bu səbəbdən çox vaxt sərf olunduğunu qeyd etmişdir. Eyni zamanda, anesteziyoloji kartda əməliyyatın 01 saat 40 dəqiqə ərzində icra olunduğu öz təsdiqini tapmışdır. Baş həkimin araşdırmaya təqdim etdiyi izahatında əməliyyat zamanı istifadə olunan tibbi avadanlıqdan məlumatsız olduğunu, həkim-cərrah Fuad Nəzərovun tibbi sənədləşməni natamam apardığına görə klinikanın daxili intizam qaydalarına riayət etmədiyi üçün işdən kənarlaşdırdığını qeyd etmişdir. F.Nəzərovla onunla bağlanılmış xx.xx.2022-ci il tarixli, 02 nömrəli xidməti müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsi barədə arayış təqdim edilmişdir. Şikayətçinin araşdırmaya təqdim etdiyi Ak.M.Cavadzadə adına X4 “Stasionar xəstənin tibbi kartası”ndan 1368 saylı epikrizdə 08 ay əvvəl “sol tərəfli orkiopoksiya və sirkumziya əməliyyatlarından sonra uretranın yaterogen zədələnməsi” qeyd olunmuşdur. Araşdırmaya təqdim olunmuş tibbi sənədlərdə M.Seyidlinin əməliyyatdan əvvəl vəziyyəti ixtisaslı mütəxəssislər tərəfindən qiymətləndirilməsi həyata keçirilməmiş, həkim-cərrah həmin dövrdə əmək müqaviləsi olmadan yalnız xidməti müqavilə əsasında, əmək müqaviləsi reyestrin qeydə alınmadan fəaliyyət göstərmiş, xəstənin diaqnozu dəqiqləşdirilməmiş, aparılmış cərrahi əməliyyat barəsində stasionarda müdaxilələrin qeydiyyat kitabında qeydlər aparılmamış, stasionarda qalması ilə bağlı xəstəlik tarixi açılmamış və stasionar xəstələrin qeydiyyatı kitabında heç bir qeydiyyat aparılmamışdır. Klinikaya verilmiş lisenziya əlavəsində uşaq cərrahı işi üzrə ambulator və stasionar xidmətlərə dair lisenziya əlavəsi olmamışdır. Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Şəxsna xx.xx.2022-ci il tarixdə baş həkim təyin olunandan sonra o, klinikada bir çox tibbi qeydiyyat sənədlərinin natamam doldurulmasını müəyyən etmişdir. Bununla bağlı Klinikanın tibbi heyətilə dəfələrlə maarifləndirici söhbətlər aparılmış, sənədlərin lazımi qaydada işlənilməsini tələb etmişdir. Bu zaman bəzi həkimlər, o cümlədən Fuad Nəzərov onunla razı olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə sünnət edilmiş X2 əməliyyatdan sonra tibbi sənədləri natamam doldurulduğundan və əməliyyat sonrası ağırlaşmanın olması barədə heç bir qeydiyyat aparılmadığından həkin F.Nəzərovla bağlanılmış xidməti müqaviləyə xitam verilmişdir. Bundan əlavə, pasiyent M.Seyidlinin yaxınları tərəfindən Klinikaya şikayət daxil olmamış, bu barədə sosial şəbəkələrdən məlumatlı olmuşdur. Həmin uşaq başqa iki xəstəxanada da əməliyyat olunmuşdur. Eyni zamanda tərtib edilmiş protokolla bağlı qeyd edir ki, sünnət əməliyyatının uşaq cərrahiyəsinə aid olduğunu bilməmiş, bunun uroloqiya sahəsinə aid olduğunu düşünmüşdür. Hazırda klinikada lisenziyadan kənar heç bir ambulator və stasionar xidmət həyata keçirilmir. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: • 08.08.2023-cü il tarixli, KY231949007 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən Şəxs MMC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına icazə verilir, yoxlama müddəti 09-11 avqust 2023-cü il; • xx.xx.2023-cü il tarixli, 551 saylı “Plandankənar yoxlama Aktı”nda aparılmış qeydə görə • klinikada lisenziyanın şərtlərinə qismən əməl olunur. Belə ki, şikayət əsasında xx.xx.2023-cü il tarixdə, saat 10:05 radələrində ünvan 2 ünvanda plandankənar yoxlama keçirilmişdir. Mahiyyəti üzrə pasient X2 adına Ambulator xəstələrin qeydiyyat jurnalında xx.xx.2022-ci il tarixdə öz əksini tapmış, adına Ambulator xəstənin tibb kartası açılmışdır. Lakin Stasionar xəstələrin qeydiyyat jurnalında onun adına həmin tarixdə rast gəlinməmişdir. M.Seyidlinin adına açılmış Ambulator xəstənin tibb kartasında rutin müayinələrin cavabları, anesteziyoloqun müayinə vərəqi, anesteziyoloji karta, anesteziyoloji protokol olsa da, xəstə barəsində anamnestetik məlumatlar, vəziyyəti, əməliyyat önü, əməliyyat gedişi, əməliyyat zamanı baş vermiş ağırlaşma və son epikriz yazılmamışdır. Əməliyyatda iştirak edən anesteziyoloq Rövşən Sadıqov vəfat etdiyinə həkim-cərrah Fuad Nəzərov xəstəliyi ilə əlaqədar hazırda Bakı şəhərində olmadığı üçün əməliyyat zamanı hansı tibbi aparatlardan istifadə edilməsini (barədə) qiymətləndirmək mümkün olmamışdır. Əməliyyat tibb bacısı Nuranə Cəfərova ilə telefon əlaqəsi saxlanılmış (məzuniyyətdə olduğu üçün) və əməliyyat zamanı hər hansı bir lazer aparatından istifadə edilmədiyini, əməliyyat zamanı qanaxmanı dayandırmaq məqsədi ilə tibbi avadanlıq kimi elektrokoaqulyatordan istifadə olunduğunu bildirmişdir və əməliyyata bu səbəbdən çox vaxt sərf olunduğunu qeyd etmişdir. Eyni zamanda anesteziyoloji (protokol) kartda əməliyyatın 01 saat 40 dəqiqə ərzində icra olunduğu öz təsdiqini tapmışdır. Baş həkimin araşdırmaya təqdim etdiyi izahatında əməliyyat zamanı istifadə olunan tibbi avadanlıqdan məlumatsız olduğunu, həkim-cərrah Fuad Nəzərovun tibbi sənədləşməni natamam apardığına görə klinikanın daxili intizam qaydalarına riayət etmədiyi üçün işdən kənarlaşdırdığını qeyd etmişdir. F.Nəzərovla onunla bağlanılmış xx.xx.2022-ci il tarixli, 02 nömrəli xidməti müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsi barədə arayışı araşdırmaya təqdim etmişdir. Ərizəçinin araşdırmaya təqdim etdiyi Ak.M.Cavadzadə adına X4 Stasionar xəstənin tibbi kartasından 1368 saylı epikrizində 08 ay əvvəl sol tərəfli orkiopoksiya və sirkumziya əməliyyatlarından sonra uretranın yaterogen zədələnməsi qeyd olunmuşdur. Araşdırmaya təqdim olunmuş tibbi sənədlərdə M.Seyidlinin əməliyyatdan əvvəl vəziyyəti ixtisaslı mütəxəssislər tərəfindən qiymətləndirilməsi həyata keçirilməmiş, həkim-cərrah həmin dövrdə əmək müqaviləsi olmadan yalnız xidməti müqavilə əsasında, əmək müqaviləsi reyestrin qeydə alınmadan fəaliyyət göstərməsi, xəstənin diaqnozunu dəqiqləşdirilməməsi, aparılmış cərrahi əməliyyat barəsində stasionarda müdaxilələrin qeydiyyat kitabında qeydlər aparılmamış, stasionarda qalması ilə bağlı xəstəlik tarixinin açılmaması və stasionar xəstələrin qeydiyyatı kitabında heç bir qeydiyyat aparılmadığı müəyyən edilmişdir. Əməliyyatda iştirak edən tibb işçilərinin (həkim-cərrah Fuad Nəzərov, anesteziyoloq Rövşən Sadıqov, tibb bacısı Nuranə Cəfərova) müvafiq sertifikasiya şəhadətnamələri mövcud olmuşdur. Klinikaya verilmiş lisenziya əlavəsində uşaq cərrahı işi üzrə ambulator və stasionar xidmətlərə dair lisenziya əlavəsi olmamışdır. Nümayəndə Klinikaya yeni baş həkim olaraq təyin edilmişdir. O, göstərilən nöqsanların mövcud olduğunu bildirərək həmin nöqsanların qısa müddət ərzində aradan qaldırılmasına söz vermişdir; • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-yə verilmiş xx.xx.2018-ci il tarixli, İNİL-95/2018/1 saylı lisenziyanın əlavəsinə əsasən şirkətin ünvan 2 ünvanda özəl tibb fəaliyyətinin ambulator və stasionar tibbi xidmətləri üzrə görülməsinə icazə verilən işlərin siyahısına terapiya (terapevtik), kardiologiya (kardioloji), mamaginekologiya (ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), stomatologiya (terapevtik, ortopedik), şüa diaqnostikası (ultrasəs müayinəsi), laboratoriya (klinik və klinikbiokimyəvi) və s. nəzərdə tutulsalar da, uşaq cərrahi işi nəzərdə tutulmamışdır; • Azərbaycan Respublikası Səhiyyə X1 tərəfindən ünvanlanmış şikayət ərizəsindən görünür ki, həkim-cərrah Fuad Nəzərov onun oğlunun həm sağlamlığına ciddi xəsarət yetirmiş, həm də ona 6.000 manat maddi ziyan vurmuşdur. Buna görə də həkim barəsində qanuni ölçü götürülməsini xahiş edir; • xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 178-də yerləşən Şəxs MMCyə məxsus klinikada xx.xx.2023-cü il tarixdə, saat 11:00-da plandankənar yoxlama keçirilərkən lisenziyadan kənar iş və fəaliyyət, uşaq cərrahi işi üzrə ambulator və stasionar xidmət aşkar edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə məsuliyyət müəyyən edir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada xx.xx.2022-ci il tarixdə lisenziyada nəzərdə tutulmayan uşaq cərrahi işi üzrə fəaliyyət ilə məşğul olunsa da, hazırda belə fəaliyyətin davam etdirilməsinə dair sübutlar təqdim olunmamışdır. Eyni zamanda məhkəmədə o da müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə olmuş inzibati xətanın törədildiyi gündən artıq o zaman qüvvədə olan qanuna görə 03 aydan artıq müddət keçib. Belə ki, xx.xx.2022-ci il tarixli, 664 saylı qanunla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə dəyişiklik edilənədək inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilərdi. Eyni zamanda, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsi Məcəllənin XXİİİ fəslinə, yəni əhalinin sanitariyagigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara daxil edilir və inzibati xətalar qanunvericiliyinə əsasən bu növ inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay (o zaman qüvvədə olan qanuna əsasən) keçənədək verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, müddətin keçməsi ilə bağlı Şəxs MMC inzibati məsuliyyətdən azad edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə müvafiq olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həmçinin işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olubolmamasını həll edir. Qeyd olunan Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar