Məhkəmə qərarları › İş №3(006)-3765/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3765/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3765/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov, ev 34, mənzil 46, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 17 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 100C ünvanında xx.xx.2025-ci il tarixdə saat 16:00-da «İdeal Dental» adlı obyektin qarşısında İ**********0001 nömrəli icazənin tələblərini pozaraq, açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, Şəxs MMC tərəfindən İ**********0001 nömrəli icazənin tələbləri pozularaq, icazədə qeyd olunmuş ölçülər nəzərə alınmadan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 100C ünvanında xx.xx.2025-ci il tarixdə saat 16:00-da «İdeal Dental» adlı obyektin qarşısında və üzərində açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsinə yol verilməmişdir. Belə ki, tərəflərindən icazə alınmış və Reklam Agentliyi tərəfindən təyin olunmuş rüsum və yayım haqqı ödənilmişdir. Qeyd olunanlara dair müvafiq sənədləri təqdim edib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, **********0001 nömrəli Açıq məkanda reklam yerləşdirilməsinə dair İcazədən görünür ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 100C ünvanında yerləşən «İdeal Dental» adlı obyektin qarşısında ayrıca dayaqlı və ya qutu lövhə növlü, ölçüsü 1.50*1.00 m, reklam sahəsi 1.50 kv.m olan reklam yayımının yerləşdirilməsinə icazə verilmişdir. Ödəniləcək yayım haqqının ümumi və aylıq məbləği 540 manat (ümumi), 22.50 manat (aylıq) müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli, M**********0002 nömrəli yayım haqqının ödənişi üçün hesabfakturadan görünür ki, Şəxs MMC-yə 1.50 kv.m olan reklam sahəsinin yayım haqqı 637.20 manat (faktura 540 manat, ƏDV 97.20 manat) müəyyən edilmişdir. - Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 21 may 2025-ci il tarixli aktddan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 100C ünvanında yerləşən «İdeal Dental» adlı obyektin üzərində 4 ədəd 3,5 m2 ölçüdə reklam aşkar edilmiş, bunu təsdiq edən fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - xx.xx.2025-ci il tairxli “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan Göstəriş”dən görünür ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 100C ünvanında yerləşən «İdeal Dental» adlı obyektin qarşısında və üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı ilə əlaqədar yol verilmiş qanun pozuntusunun aradan qaldırılması Şəxs MMC-dən tələb edilmişdir. -Bakı şəhəri Reklam İdarəsinin Şəxs MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, «Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 100C ünvanında yerləşən obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bununla da tərəflərindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barənizdə MN seriyalı ******* nömrəli, 17 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti sizə təqdim edilir.». xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs MMC tərəfindən 637.20 manat reklam yayım haqqının ödənişlərini həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə -fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Həmin Qanunun 26.2-1-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin və reklama dair texniki şərtlər pasportunun formasını, icazə müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix- Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2024-cü il tarixli, **********0001 nömrəli Açıq məkanda reklam yerləşdirilməsinə dair İcazə ilə Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 100C ünvanında yerləşən «İdeal Dental» adlı obyektdə lövhə ölçüsü 1.50*1.00 m olan reklam sahəsinin ölçüsü 1.50 kv.m olan reklam yayımının yerləşdirilməsinə icazə verilsə də, Şəxs MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 100C ünvanında yerləşən «İdeal Dental» adlı obyektdə 4 ədəd 3,5 m2 ölçüdə olan reklam daşıyıcısı yerləşdirilmişdir. Şəxs MMC tərəfindən 637.20 manat reklam yayım haqqı xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar