Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3766/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili “BM Morrison partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən obyektdə 17 noyabr 2021-ci il tarixdə İD**********, İD012092388 və İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qida məhsulları partiyalarının saxlandığı anbara baxış keçirilərkən məhsulların qida təhlükəsizliyi sertifikatı olmadan satılması aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili “BM Morrison partnyorları” Vəkil Bürosunun vəkili X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən keçirilmiş yoxlama nəticəsində 18 noyabr 2021-ci il tarixli akt tərtib olunmuş və həmin aktda qida məhsulları partiyalarının saxlandığı anbara baxış keçirilərkən məhsulların qida təhlükəsizliyi sertifikatı olmadan malların satılması aşkar edildiyi qeyd olunmuşdur. Bundan sonra, Şəxs barəsində 29 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xətanın törədilməsinə Şəxs əməkdaşı tərəfindən öz işinə səhlənkarlığı səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində aşağı həddə inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə İnzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə prosesdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* saylı, 29.11.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən obyektdə 17 noyabr 2021-ci il tarixdə İD**********, İD012092388 və İD********** nömrəli müraciətlər əsasında idxal olunmuş qida məhsulları partiyalarının saxlandığı anbara baxış keçirilərkən məhsulların qida təhlükəsizliyi sertifikatı olmadan malların satılması aşkar edilmişdir. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli aktdan görünür ki, Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən obyektdə 17 noyabr 2021-ci il tarixdə İD**********, İD012092388 və İD********** nömrəli müraciətlər əsasında idxal olunmuş qida məhsulları partiyalarının saxlandığı anbara baxış keçirilərkən məhsulların qida təhlükəsizliyi sertifikatı olmadan malların satılması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs nümayəndəsinin inzibati xətanı etiraf etməsini və səmimi peşman olmasını hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs barəsində məsuliyyəti ağırlaşdıran hal müəyyən etmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3766/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3766/2021
22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver