Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3767/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçi: X2 nümayəndəsi Nümayəndə iştirakları ilə X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, BNA ******* inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı Nəqliyyat Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə həmin maddə üzrə 20 manat cərimə olunmuşdur. Onun məsələdən xx.xx.2023-cü il tarixdə məlumatı olmuş və Bakı Nəqliyyat Agentliyinə müraciət edərək barəsində qəbul edilmiş qərarı almışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə barəsində tərtib olunmuş 05 protokolla bağlı 01 ərizə ilə müraciət etmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə həmin ərizə geri qaytarılmışdır. Sürücü tərəfindən törədilməsi ehtimal edilən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (bort kompüter və ya planşet ilə) aşkar edilməmiş və həmin inzibati xəta bilavasitə yerində aşkar edilməmiş, yəni qərarı qəbul edən və ya protokolu tərtib edən əməkdaş inzibati xətanın törədildiyi yerdə olmamışdır. Belə olan halda sürücünün əməlində törədilməsi ehtimal edilən inzibati xəta qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar edilməmişdir. “TOYOTA LAND- CRUİSER-PRADO MİNİK” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi özü olsa da, sürücüsü başqasıdır və o, etibarnamə ilə avtomobili idarə etmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2020-ci il tarixli, BNA ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında X2 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, “TOYOTA LAND-CRUİSER-PRADO MİNİK” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun arvadı Mahirə Cavadovanın adına olsa da, bu avtomobili o, idarə edir. xx.xx.2020-ci il tarixli, BNA ******* inzibati tənbeh vermə haqqında qərar qərar qeyriqanunidir. Şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X3 “TOYOTA LAND-CRUİSER-PRADO MİNİK” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, “Nizami” Kino Mərkəzinin yanında dayanma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Məhkəmədə müəyyən edilir ki, X3 “TOYOTA LAND-CRUİSER-PRADO MİNİK” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, “Nizami” Kino Mərkəzinin yanında dayanma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə olunsa da, onun nümayəndəsinin verdiyi izahatda bu avtomobil həmin vaxtı onun tərəfindən idarə olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan tarixdə bu nəqliyyat vasitəsini dəqiq olaraq kim tərəfindən idarə edilməsinin müəyyən olunması məqsədi ilə mübahisələndirilən qərar ləğv edilərək iş yenidən araşdırılması üçün onun qəbul etmiş quruma göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3767/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3767/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver