Məhkəmə qərarları › İş №3(006)-3771/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3771/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3771/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X8, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 05 iyun 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X17 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “satıcı” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X18 izahatında göstərdi ki, X7 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxiş olmuş şikayəti əsasında araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən X17 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “satıcı” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbinin pozulması müəyyən edilmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X22 izahatında göstərdi ki, X17 2025-ci ilin əvvəlində Şəxs MMC-yə iş üçün müraciət etmiş, sonuncu müsahibəni uğurlu keçərək işə qəbuluna razılıq verilmişdir. Lakin, yeni qaydalara əsasən əmək müqaviləsinin bağlanması üçün işçi tərəfindən “Sima” proqramında qeydiyyatdan keçilərək, orada əmək müqaviləsini imzalamalıdır. Bu işçinin real vaxt rejimində işə götürülmənin təmin edilməsi məqsədi daşıyır. Şəxs MMC tərəfindən də qanunun tələbinə əməl edilmiş və X4 “Sima” proqramında qeydiyyatdan keçərək əmək müqaviləsini imzalaması xahiş olunsa da, lakin X17 tərəfindən müaqavilənin imzalanmasında gecikmə yaranmışdır. Həmin müddət ərzində X17 Şəxs MMC-də hər hansı işlərin görülməsinə cəlb olunmamış, sonuncu sadəcə olaraq əmək müqaviləsinin imzalanmasında yaranmış çətinliklərlə bağlı Şəxs MMC-yə gəlib-getmişdir. Bununla bağlı dəfələrlə X17 və işə götürən arasında cəhdlər olsa da, nəhayət xx.xx.2025-ci il tarixdə X17 əmək müqaviləsini imzalaya bilmişdir. Beləliklə də, X17 xx.xx.2025-ci il tarixdə rəsmi qayadada əmək müqaviləsi bağlanmışdır. X17 tərəfindən əmək müaviləsi “Sima” proqramı vasitəsi ilə xx.xx.2025-ci il tarixdə imzalanmaqla, sonuncu həmin tarixdə də işə başlamışdır. X1 müddəti ərzində özünü doğrulda bilmədiyi üçün sonuncu xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “d” bəndi ilə işdən azad edilmişdir. Buna görə də, X17 Şəxs MMCyə qarşı qərəzli münasibət göstərərək cəmiyyət barəsində əsassız olaraq şikayət etmişdir. Bununla yanaşı, Əmək Müfəttişliyində Şəxs MMC-yə qarşı izahat verən şəxslər Qazi Ayla və Abasova Zülfiyyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad edildikləri üçün sonuncular şirkətə qarşı qərəzli olaraq yalan ifadələr vermişlər. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 05 iyun 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolla başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən verilmiş vakansiyaya o, müraciət etmiş və 28 fevral 2025-ci il tarixdə müsahibəni keçərək Lalə xanım tərəfindən işə qəbul edilmişdir. O, Şəxs MMC-yə məxsus Karaca mağazasının Elmlər filialında işə başlamışdır. O, işə qəbul edildiyi gündən onunla əmək müqaviləsi bağlanmasını tələb etsə də, lakin işlədiyi şirkətin səlahiyyətli şəxsləri hər dəfə müxtəlif bəhanələrlə əmək müqaviləsinin bağlanmadığını qeyd etmişlər. O, 28 feval 2025-ci il tarixdə 7 saat işləmiş, 01 mart 2025-ci il tarixdən 10 mart 2025-ci il tarixədək isə hər gün qanunsuz olaraq 11 saat işlədilmişdir. Həmin müddət ərzində ona maaş əlbə-əl verilmişdir. O, 1-ci ayı tamam olduqda 400 manat maaş və bonus olmaqla təxminən 800 manatdan bir qədər çox maaş almışdır. Ona maaşı mühasib köməkçisi Elvin bəy vermişdir. Lakin 2-ci aydan ona maaş verilməmişdir. O, işə başlayanda və çıxanda qeydiyyat kitabında qeydlər aparmışdır. 03 aprel 2025-ci il tarixdə isə əmək müqaviləsi imzalanması üçün ona göndərilmiş və o, həmin müqaviləni imzalasa da, lakin baş ofisdən ona zəng vurularaq bildirilmişdir ki, müqavilə imzalanmamışdır. Yenidən 14 aprel 2025-ci il tarixdə əmək müqaviləsi imzalanmaq üçün ona göndərilmiş və tərəfindən imzalanmışdır. O, 14 aprel 2025-ci il tarixdə Şəxs MMC-də rəsmi qaydada işə qəbul edilmişdir. Həmin müddətə kimi isə qeyri-rəsmi olaraq işlərin görülməsinə cəlb edilmişdir. 3 aprel 2025-ci il tarixə qədər isə ona əmək müqaviləsinin imzalanması barədə hər hansı göstəriş verilməmişdir. O, rəsmi qaydada başlanmış sınaq müddətini bitirərək işdən çıxmağı düşünmüş, belə ki, işlədiyi mağazada menecer ilə problemlər olmuşdur. Ona qarşı qərəzli münasibəti gördükdə isə 04 may 2025-ci il tarixdə işdən çıxması ilə bağlı rəsmi formada ərizə yazsa da, lakin həmin ərizəsi qəbul edilməyərək, Lalə xanım və Nigar xanım tərəfindən işdən qovulmuşdur. Hətta polis əməkdaşları dəvət edilərək onun mağazadan dərhal çıxılması tələb edilmişdir. Onun maaş kartı işdən çıxarıldıqdan xeyli sonra verilmişdir. Ümumiyyətlə o, əsassız olaraq işdən çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, o, Şəxs MMC-də menecer vəzifəsində işləyir. X17 2025-ci ilin aprel ayının əvvəlində bir xanımla yaxınlaşaraq işlə bağlı müraciət etmişdir. Hər iki xanım işə qəbul edilsə də, X17 “Sima” proqramı ilə əmək müqaviləsini imzalaya bilməmiş, bu səbəbdən də sonuncu işə başlamamışdır. X17 aprel ayının ortalarında əmək müqaviləsini imzalamış və rəsmi qaydada işə başlamışdır. Həmin vaxtadək X17 Şəxs MMC-də hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. O, X9 2025-ci ilin fevral-mart aylarında Şəxs MMC-də görməmiş, sonuncu aprel ayının əvvəlində iş üçün müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərmişdir ki, o, 2018-ci il tarixdən Şəxs MMC-yə məxsus Karaca mağazasının Elmlər filialında satış əməliyyatları üzrə menecer vəzifəsində işləyir. X17 onunla eyni mağazada işləmişdir. X17 2025-ci ilin aprel ayının ortasında təxminən ayın 10-15-i aralığında rəsmi qaydada işə başlamışdır. O, X9 2025-ci ilin fevral-mart aylarında Şəxs MMC-də görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərmişdir ki, o, 3 ildir ki, Şəxs MMC-yə məxsus Karaca mağazasının Elmlər filialında satıcı vəzifəsində işləyir. X17 onunla eyni mağazada işləmişdir. X17 2025-ci ilin aprel ayının əvvəlində başqa bir xanımla yaxınlaşaraq iş üçün müraciət etsə də, X17 “Sima” proqramı ilə əmək müqaviləsini imzalaya bilməmiş, bu səbəbdən də sonuncu işə başlamamışdır. X17 aprel ayının 14-də əmək müqaviləsini imzalamış və rəsmi qaydada işə başlamışdır. O, Aytən Əsgərovanı fevral-mart aylarında mağazada görməmişdir. X17 2025-ci ilin aprel ayının 14də rəsmi qaydada işə başlamış və həmin tarixdən işlərin görülməsinə cəlb edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, o, Şəxs MMC-yə məxsus Karaca mağazasının Elmlər filialında işləyir. X17 onunla eyni mağazada işləmişdir. X17 2025-ci ilin aprel ayının əvvəlində iş üçün müraciət etsə də, X17 “Sima” proqramı ilə əmək müqaviləsini imzalaya bilməmiş, bu səbəbdən də sonuncu işə başlamamışdır. X17 aprel ayının 14-də əmək müqaviləsini imzalamış və rəsmi qaydada işə başlamışdır. O, Aytən Əsgərovanı fevral-mart aylarında mağazada görməmişdir. X17 2025-ci ilin aprel ayının 14-də rəsmi qaydada işə başlamış və həmin tarixdən işlərin görülməsinə cəlb edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, o, 2024-cü ilin fevral ayında Şəxs MMC-də işə başlamış, 2025-ci ilin may ayında isə işdən çıxmışdır. X9 28 fevral 2025-ci il tarixdən tanımışdır. X17 28 fevral 2025-ci il tarixdə qeyrirəsmi olaraq mağazada işlərin görülməsinə cəlb edilsə də, sonuncu ilə əmək müaviləsi aprel ayında bağlanmışdır. Karaca mağazasında haqsızlıqlar olduğu üçün o və bir neçə iş yoldaşı işdən çıxmaq üçün ərizə yazsalar da, lakin, rəhbərlik tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “d” bəndi ilə işdən azad edilmişlər. Buna səbəb isə onlar öz hüquqlarını müdafiə edərək ağır işdə işləmək istəməmələri olmuşdur. X11 onunla birlikdə 04 may 2025-ci il tarixdə işdən çıxmışdır. Hazırda o, Şəxs MMC-yə qarşı məhkəmədə iddia qaldırmış və həmin iş davam edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 izahatında göstərmişdir ki, 01 iyul 2024-cü il tarixdə Şəxs MMC-də işə başlamış, 19 may 2025-ci il tarixdə isə işdən çıxmışdır. X9 28 fevral 2025-ci il tarixdən tanımışdır. X17 28 fevral 2025-ci il tarixdə qeyrirəsmi olaraq mağazada işlərin görülməsinə cəlb edilmişdir. Onlar 01 mart 2025-ci il tarixdən 10 mart 2025-ci il tarixədək Şəxs MMC-yə məxsus Karaca mağazasının Elmlər filialında fasiləsiz istirahətsiz işləmişlər. X17 ilə 14 aprel 2025-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. O və bir neçə iş yoldaşı işdən çıxmaq üçün ərizə yazsalar da, lakin, rəhbərlik tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “d” bəndi ilə işdən azad edilmişlər. Buna səbəb isə onlar öz hüquqlarını müdafiə edərək ağır işdə işləmək istəməmələri olmuşdur. Hazırda o, Şəxs MMC-yə qarşı məhkəmədə iddia qaldırmış və həmin iş davam edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, X.Ş-047 nömrəli Əmrdən görünür ki, "EVFEMİYA MMC" bölməsində "Satıcı" vəzifəsində işləyən X19 ilə bağlanılmış 6YFB6PL000300 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "d" - sınaq müddəti ərzində işçi özünü doğrultmadtqda» maddəsinə əsasən xx.xx.2025 tarixindən xitam verilmiş, işçinin xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Mühasibatlığa həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 05 iyun 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolda qeyd olunmuşdur ki, X17 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “satıcı” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları, şahidlərin ifadələri və digər sübutlarla Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. İnzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək qeyd edir ki, sübutları toplamaq və sübut etmə vəzifəsi inzibati araşdırma aparan orqanın üzərinə düşdüyü halda, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Məhkəmə qeyd edir ki, inzibati orqan protokol tərtib edərkən hər-hansı bir mötəbər sübuta (hadisənin baş verdiyi tarixlər ərzində kamera görüntüləri, şəxsin qeyd olunan yerə giriş-çıxışına dair məlumatlar, işə cəlb edildiyi təqdirdə hansı növ işlərin görülməsi, davamiyyət cədvəli olduğu təqdirdə şəxsin adının olub-olmaması, X7 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddət ərzində hər hansı əmri, tapşırığı icra edibetməməsi və ya əksinə onun hər hansı əmr, tapşırıq verib-verməməsi, gördüyü xidmət müqabilində əmək haqqı alıb-almamasına dair bankdan çıxarışlar, həmçinin Şəxs MMCdə hazırda işləyən şəxslərin izahatları və s.) istinad etmədən, yalnız Şəxs MMC ilə məhkəmə çəkişməsi olan şəxslərin qeyri-səmimi mülahizlərinə istinad etmişdir. Bu məqamda məhkəmə xüsusilə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən mötəbər sübutlara istinad edilmədən hər hansı şəxsin (şəxslərin) formal mülahizələri əsasında şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi qəbul edilməzdir. Halbuki, məhkəmə araşdırması zamanı tərəflər dinlənilmiş, iş üzrə şahidlər dindirilmiş, sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, X17 2025-ci ilin əvvələrində Şəxs MMC-də olan vakansiya üçün müraciət etmiş, sonuncu müsahibə mərhələsini keçsə də, qanunverciliyin tələbinə əsasən əmək müqaviləsini imzalamaq üçün “Sima” proqramı ilə qeydiyyatda keçərək əmək müqaviləsini imzalamalı olduğu halda, yaranmış texniki problemlərə görə əmək müqaviləsini imzalaya bilməmiş, bu səbəbdən də sonuncu işə başlamamışdır. X17 həmin tarixdən etibarən əmək müqaviləsini imzalamaq üçün dəfələrlə Şəxs MMC-yə getmiş, əmək müqaviləsini imzaladığı günə qədər hər hansı işlərin görülməsinə cəlb edilməmiş, əmr və ya tapşırıq icra etməmişdir. Bundan başqa məhkəmə şahidlər X7, X3 və X23 məhkəmə iclasında bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, göstərilən həmin hallar sonuncuların Şəxs MMC-yə qarşı qərəzli münasibətlərini özündə əks etdirən ifadələr olmaqla, X7, X3 və X23 MMC ilə yaranmış mülki qaydada olan məhkəmə mübahisələrinin öz xeyrlərinə həll olunmasına nail olmaq üçün verilmiş ifadələr olmaqla işin həqiqi halları ilə uyğunluq təşkil etməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli, X.Ş-047 nömrəli Əmrə əsasən X19 ilə bağlanılmış 6YFB6PL000300 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "d" - sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda» maddəsinə əsasən xx.xx.2025 tarixindən xitam verilmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixli, X.Ş-052 nömrəli Əmrə əsasən Şəxs MMC bölməsində "Satıcı" vəzifəsində işləyən X32 ilə bağlanılmış 7Q5JB8B000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70 "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkitdə pozduqda» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025-ci il tarixindən xitam verilmiş, xx.xx.2025-ci il tarixli, X.Ş- 053 nömrəli Əmrə əsasən Şəxs MMC bölməsində "Satıcı" vəzifəsində işləyən X12 ilə bağlanılmış 67RMZ6U000600 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70 "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. Beləliklə də, şahidlər X7, X3 və X23 Şəxs MMC-yə qarşı olan qərəzli münasibətdə olmaları nəzərə alınmaqla sonuncuların Şəxs MMC-yə qarşı olan qərəzli ifadələri şübhə altına düşməklə, öz mötəbərliyini itirmişdir, həmin ifadələr ilə sübutetmə həddi tamamlanmır. Əksinə iş üzrə digər şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə təkzib olunur. Bundan başqa məhkəmə qeyd edir ki, X17 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər, “whatsapp” sosial şəbəkəsindən çıxarılmış yazışmalar və səs yazıları tədqiq edilmiş və X7 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “satıcı” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edəcək hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əvvəla, məhkəmə qeyd edir ki, qanunvericilik sübutların sübut mənbələri ilə müəyyən edilməsini qeyd edərkən həmin sübutların rəsmiləşdirilməsini də nəzərdə tutur. Hər hansı mənbədən alınan faktik məlumatlar qanunla müəyyən edilmiş qaydada rəsmiyyətə salındıqdan sonra iş üzrə sübut əhəmiyyəti kəsb edə bilər. Belə ki, məhkəmə, təqdim edilmiş sənədlərə, “whatsapp” sosial şəbəkəsindən çıxarılmış yazışmalara və səs yazılarına münasibətdə qeyd edir ki, sənədlərdə, “whatsapp” sosial şəbəkəsindən çıxarılmış yazışmalarda və səs yazılarında Şəxs MMCnin səlahiyyətli şəxsləri tərəfindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddət ərzində X13 hər hansı əmr və ya tapşırıq verilməsi, sonuncunun hər hansı əmri və ya tapşırığı icra etməsi müəyyən edilməmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, X7, X3 və X23 ifadələri, X17 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin, “whatsapp” sosial şəbəkəsindən çıxarılmış yazışmalarının və səs yazılarının heç bir sübutedici əhəmiyyəti mövcud deyil. Qeyd edilməlidir ki, sübutetmə predmeti ilə sübutetmə həddi bir-birilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqat obyektidirsə, sübutetmə həddi sübutemə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsi üçün zəruri olan sübut materiallarının məcmusudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddət ərzində X9 müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamış, sübutların məcmusu ilə təsdiq edilməmiş, buna dair də ümumiyyətlə sübut mövcud deyil. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə işin həlli üçün kifayət etməsi nöqteyinəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların işin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını, təqsirliliyini sübuta yetirilməməsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 05 iyun 2025-ci il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 05 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sərdlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar