Məhkəmə qərarları › İş №3(006)-3775/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3775/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3775/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra protokolu tərtib etmiş: məmuru X3 Zərər çəkmiş şəxs: X2 Barəsində inzibati xəta Şəxs haqqında iş üzrə icraat iştirakları ilə aparılan şəxs: xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, ev 04-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 02.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2(059)-182/2019 saylı icra sənədinə əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 29 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 08.09.2015-ci il tarixli, 2(059)-531/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Şəxs X2 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclu icra sənədində göstərilən tələbi mütəmadi olaraq icra etmir, onun 7.960 manat aliment borcu yaranıb. Məhkəmə iclasında icra məmuru X7 izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2(059)-182/2019 saylı icra sənədinə əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 29 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 08.09.2015-ci il tarixli, 2(059)-531/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Şəxs X2 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Tələbin təmini üçün zəruri tədbirlər görülmüş, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilsə də, onun adına tələbin yönəldilə biləcək heç bir əmlak növü aşkar edilməmişdir. Borclunun hazırda icra sənədi üzrə sonuncu dəfə sentyabr ayında 150 manat olmaqla, cəmi 1.060 manat ödəniş etmiş, hazırda onun 7.960 manat aliment borcu yaranmışdır. Tələbkar hər ay 150 manat ödəniş olunmasına razı olsa da, borclu Şəxs tələbin tam şəkildə könüllü icrasından yayınmaqdadır. Bununla bağlı Şəxs icra şöbəsinə dəvət edilmiş, məsələ ilə bağlı izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında göstərdi ki, Şəxs Siyəzən Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2(059)-182/2019 saylı icra sənədi üzrə sonuncu dəfə 2021-ci ilin sentyabr ayında 150 manat ödəniş etmiş, əvvələr isə ona aliment olaraq iki aydan bir 110 manat pul vermişdir. Bundan əlavə Şəxs aliment borcuna görə ona bir dəfə 400 manat ödəniş etmiş, lakin sonradan alimentdən yayınmağa başlamışdır. Aliment üzrə yaranmış 7.960 manat borcun tam ödənilməsini istəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, fəhlə işləyir, aliment borcu üzrə indiyə kimi imkan düşdükcə ödənişlər etmişdir. Hazırda işsiz olduğundan aliment pulunu vaxtında ödəyə bilmir. Tələbin icrasından yayınmır, iş tapan kimi aliment borcunu ödəməyə çalışacaq. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs Siyəzən Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2(059)-182/2019 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, yaranmış 7.960 manat aliment borcu üzrə heç bir ödəniş etməmiş, üzrsüz olaraq icra sənədini tam şəkildə icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 02 dekabr 2021-ci il tarixdən, saat 14:55-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi rayon İcra şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar