Məhkəmə qərarları › İş №3(006)-3779/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3779/2021

03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3779/2021 03.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra protokolu tərtib etmiş: məmuru X4 Zərər çəkmiş şəxsin Abbasova Başxanım Şamil qızının hüquqi varisi: Barəsində inzibati xəta Şəxs haqqında iş üzrə icraat iştirakları ilə aparılan şəxs: xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, ev 51, mənzil 04-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 03.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.06.2013-cü il tarixli, 2(006)-2146/2013 saylı icra sənədinə əsasən Şəxs 1.200 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.230 manat məbləğində pul tutularaq X5, həmin Məhkəmənin 25.11.2013-cü il tarixli, 2(006)-4317/2013 saylı icra sənədinə əsasən X1 və Şəxs X3 xeyrinə 3.500 manat məbləğində pul və 30 manat dövlət rüsumu, cəmi 3.530 manat məbləğində pul, Bakı Apellyasiya Məhkəməsinin 11.11.2014-cü il tarixli, 2(103)- 5810/2014 saylı icra sənədi üzrə Şəxs 30.04.2013-cü il tarixdən başlayaraq 22.08.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq Məmmədova (Bağırova) Turanə Vaqif qızına ödənilməli, Nəsimi Rayon Məhkəməsinin 2(006)-7804/2016 saylı,09.09.2016-cı il tarixli icra sənədi üzrə isə həmin məhkəmənin 30 yanvar 2014-cü il tarixli, 2(006)-46/2014 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq borclu Şəxs 22.08.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 117 manat sabit pul məbləğində aliment tutularaq Məmmədova (Bağırova) Turanə Vaqif qızına ödənilməli, Lənkəran Rayon Məhkəməsinin 12.12.2014-cü il tarixli, 29049)-4011/2014 saylı icra sənədinə əsasən X2 və Şəxs müştərək qaydada X8 xeyrinə 945 manat borc və 21 manat dövlət rüsumu tutulmalıdır. Borclu icra sənədlərində göstərilən tələbləri qərəzli olaraq tam şəkildə icra etmir, nəticədə onun aliment tələbi üzrə 9.117 manat, tələbkar Teymur Abbasova 2.000 manat borcu yaranmış, digər icra sənədləri üzrə isə heç bir ödəniş etməmişdr. Məhkəmə iclasında icra məmuru X9 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.06.2013-cü il tarixli, 2(006)-2146/2013 saylı icra sənədinə əsasən Şəxs 1.200 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.230 manat məbləğində pul tutularaq X5, həmin Məhkəmənin 25.11.2013cü il tarixli, 2(006)-4317/2013 saylı icra sənədinə əsasən X1 və Şəxs X3 xeyrinə 3.500 manat məbləğində pul və 30 manat dövlət rüsumu, cəmi 3.530 manat məbləğində pul, Bakı Apellyasiya Məhkəməsinin 11.11.2014-cü il tarixli, 2(103)-5810/2014 saylı icra sənədi üzrə Şəxs 30.04.2013-cü il tarixdən başlayaraq 22.08.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq Məmmədova (Bağırova) Turanə Vaqif qızına ödənilməli, Nəsimi Rayon Məhkəməsinin 2(006)-7804/2016 saylı,09.09.2016-cı il tarixli icra sənədi üzrə isə həmin məhkəmənin 30 yanvar 2014-cü il tarixli, 2(006)-46/2014 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq borclu Şəxs 22.08.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 117 manat sabit pul məbləğində aliment tutularaq Məmmədova (Bağırova) Turanə Vaqif qızına ödənilməli, Lənkəran Rayon Məhkəməsinin 12.12.2014-cü il tarixli, 29049)-4011/2014 saylı icra sənədinə əsasən X2 və Şəxs müştərək qaydada X8 xeyrinə 945 manat borc və 21 manat dövlət rüsumu tutulmalıdır. Hər biri icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələblərin könüllü icrası ilə bağlı borclunun ünvanına bildirişlər göndərilmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə o, tələblərin icrasından yayınmışdır. Şəxs barəsində müxtəlif vaxtlarda olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilmiş, sonradan tapılaraq icra qurumuna təqdim olunub icra sənədləri ilə bağlı izahatı alınmışdır. Borclunun indiyə kimi alimentlə bağlı icra sənədi üzrə 9.117 manat, digər tələbkar Teymur Abbasova 2.000 manat borcu yaranmış, qalan icra sənədləri üzrə isə heç bir ödəniş etməmiş, tələblərin icrasından yayınır. 03.12.2021-ci il tarixli qərarla borclu barəsində olan qeyd edilən icra sənədləri ümumi icraatda birləşdirilmiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.06.2013-cü il tarixli, 2(006)-2146/2013 saylı və Lənkəran Rayon Məhkəməsinin 12.12.2014-cü il tarixli. 29049)-4011/2014 saylı icra sənədləri üzrə ödənişlər etmişdir. Bundan əlavə tələbkar Teymur Abbasovun xeyrinə də 2016-cı ildə 1.500 manat ödəmişdir. Tələbkar T.Abbasovun hüquqi varisi Başxanım Abbasova ona ödəniş üçün 18.12.2021-ci il tarixinə kimi vaxt vermişdir. Aliment tələbi ilə bağlı isə 500 manat ödəyə bilər. Uşaqlarından biri onun himayəsindədir, özü təzəlikcə iş tapmışdır, ödənişlər etməyə çalışacaq. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi Abbasova Başxanım Şamil qızı izahatında göstərdi ki, Fəxri oğlunun dostu olub. O, icra sənədi üzrə uzun müddətdir heç bir ödəniş etmir. Tələbin tam şəkildə icrasını tələb edir. Məhkəmə proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.06.2013-cü il tarixli, 2(006)-2146/2013 saylı, həmin Məhkəmənin 25.11.2013-cü il tarixli, 2(006)-4317/2013 saylı, Bakı Apellyasiya Məhkəməsinin 11.11.2014-cü il tarixli, 2(103)-5810/2014 saylı, Lənkəran Rayon Məhkəməsinin 12.12.2014-cü il tarixli, 29049)-4011/2014 saylı və Nəsimi Rayon Məhkəməsinin 2(006)-7804/2016 saylı, 09.09.2016-cı il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, yaranmış borcları üzrə vaxtında ödənişlər etməmiş, üzrsüz olaraq icra sənədlərini tam şəkildə icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 03 dekabr 2021-ci il tarixdən, saat 17:15-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi rayon İcra şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar