Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3791/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx) orta təhsilli, subay, ünvan 1 ünvanında qeydyyatda olan və ünvan 2vanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhəkmə MÜƏYYƏN ETDİ: Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Qoqol və H.Aslanov küçələrinin kəsişməsində ictimai asayişi pozaraq polisə tabesizlik etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru Ş.S.Mehdiyev tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 19:45 radələrində Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri V.Hüseynli və A.Hacıyev xidmətdə olarkən Qoqol və H.Aslanov küçələrinin kəsişməsində bir nəfər şəxsin ucadan qışqıraraq nalayiq söyüşlər söyərək vətəndaşları təhqir etdiyini və ictimai diqqəti özünə cəlb etdiyini müşahidə etmiş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncunu sakitləşdirmək istəmiş və nizamintizama dəvət etmişlər. Lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək hərəkətlərinə davam etmiş və qəsdən tabe olmamışdır. Daha sonra həmin şəxs 22-ci PŞ-nə dəvət olunmuş və şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru Ş.S.Mehdiyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə 22-ci PŞ-yə gətirilmiş, yalnız ağır dərəcədə içkili olduğu üçün sonuncunu məhkəməyə gətirmək mümkün olmamış, xx.xx.2022-ci il tarixdə tam ayıq olduğu üçün məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, Qoqol küçəsində olduğu vaxt PPXB-nin əməkdaşları onu yaxınlaşıb onu şöbəyə dəvət etmiş, o, polis əməkdaşları ilə razılaşmamış və sonuncular tərəfindən şöbəyə gətirilmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkir və bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz verir. Göstərilənləri, özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasnı, nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, saxlanılarkən heç bir söyüş söyməmiş, heç bir nalayiq ifadə işlətməmişdir. Həmçinin bildirmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə, saat 22:30-da polis əməkdaşları tərəfindən Polis Bölməsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmaqdan imtina etmiş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, lakin tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPX bölüyü polis nəfəri X3 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə digər polis əməkdaşı X4 ilə xidmətdə olduqları vaxt insanların bir yerə toplaşdığını görmüş, oraya yaxınlaşmış və bir nəfər şəxsin səs-küy yaratmasını müşahidə etmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq onu sakitliyə riayət olunmasına dəvət etmiş, lakin sonuncu onların qanuni tələblərinə məhəl qoymayaraq hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPX bölüyü polis nəfəri X4 ondan əvvəl şahid qismində dindirilmiş V.M.Hüseynlinin izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, o, Şəxs tanıyır, ona qarşı hər hansı qərəzi və ədavəti yoxdur. Belə ki, o, Şəxs tanıyandan bəri sonuncu onu və digər şəxsləri həmişə təhqir edir və onlara qarşı nalayiq ifadələr işlədir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 13 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzbati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Qoqol və H.Aslanov küçələrinin kəsişməsində ictimai asayişi pozaraq polisə tabesizlik etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq xx.xx.2022-ci il tarixdən saat 22:30-dan məhdudlaşdırılmışdır. İş materiallarında olan S.Ə.Rzayevanın Nəsimi RPİ-nin 22-ci PŞ-yə ünvanlanmış ərizəsindən görünür ki, yaşadığı ünvanın qarşısında avara və tüfeyli həyat tərzi sürən Ramiz adlı şəxs bütün qonşuları narahat edir, daimi söyüş və təhqirlər edir. Dəfələrlə onu və küçədə olan insanları təhqir edir və içki düşkünüdür. Həmin şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektorları Ş.Mehdiyev, A.Hacıyev və V.Hüseynli tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 22-ci PŞ-yə gətirilmiş, yalnız ağır dərəcədə içkili olduğu üçün sonuncunu məhkəməyə gətirmək mümkün olmamış, xx.xx.2022-ci il tarixdə tam ayıq olduğu üçün məhkəməyə gətirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:45 radələrində Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri V.Hüseynli və A.Hacıyev xidmətdə olarkən Qoqol və H.Aslanov küçələrinin kəsişməsində bir nəfər şəxsin ucadan qışqıraraq nalayiq söyüşlər söyərək vətəndaşları təhqir etdiyini müşahidə etmiş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncunu sakitləşdirmək istəmiş və nizam-intizama dəvət etmişlər. Lakin o, buna baxmayaraq polisin qanuni tələbinə məhəl qoymamış və nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra, həmin polis əməkdaşları onu Nəsimi RPİ-nin 19-cu PŞ-yə dəvət etmişlər. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olunmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Məhkəmə yuxarıdakıları nəzərə alaraq hesab edir ki, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, həmçinin Şəxs etiraf edici izahatı, protokolu tərtib etmiş şəxsin və şahidin izahatları və iş materiallarında olan digər sənədlərlə sonuncunun polis işçiləri tərəfindən ictimai qaydanın mühafizə vəzifələri icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni xx.xx.2022-ci il tarixdən saat 22:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 30 (otuz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən saat 22:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3791/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3791/2022
13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver