Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3793/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ikinci qrup əlilliyi olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 inzibati binada qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən 06 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Apelyasiya Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(103)-12182/2018 saylı icra sənədi üzrə tələbkara müvafiq olaraq 110 manat və 200 manat aliment ödənilməlidir. Lakin borclu tərəfindən ödəniş etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru N.H.İbişova inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(103)-12182/2018 saylı icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2015-ci il tarixli, 2(006)- 199/2015 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək 20 oktyabr 2008-ci il təvəllüdlü X4 və 27 noyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq A.V.Əliyevaya ödənilməlidir. Şəxs 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. İcra sənədi üzrə icraata 18 iyun 2019-cu il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Bundan başqa, borclu Şəxs icra şöbəsinə gəlməkdən də yayınmışdır. Buna görə də, Şəxs barəsində 30 sentyabr 2021-ci il tarixdə axtarış qərarı qəbul edilmiş və 06 dekabr 2021-ci il tarixdə isə sonuncu Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon İcra Şöbəsinə təqdim edilmişdir. Borclu Şəxs bu günə kimi 10.800 (on min səkkiz yüz) manat məbləğində aliment borcu yaranmışdır. Borclunun qanuni qüvvədə olan məhkəmə qərarını bu günədək icra etməməsi və icra şöbəsinə gəlməməsi sonuuncunun icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, zərərçəkmiş şəxsə ümumilikdə 2160 manat ödəniş etmişdir. Söz verir ki, yaranmış aliment borcunu tezliklə ödəyəcəkdir. Həmçinin bildirmişdir ki, İİ qrup əlilidir. Göstərilən halların nəzərə alınaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar A.V.Əliyeva izahatında bildirmişdir ki, o, aliment borcunun tam ödənilməsində maraqlıdır, himayəsində iki uşağı var və onların saxlanılmasında maddi əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 yanvar 2015-ci il tarixli 2(006)-199/2015 saylı icra sənədindən görünür ki, 20 oktyabr 2008-ci il təvəllüdlü K.Şəxsanın və 27 noyabr 2009-cu il təvəllüdlü Z.Şəxsanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 09 sentyabr 2014-cü il tarixdən başlayaraq hər bir uşağa görə hər ay 55 (əlli beş) manat olmaqla cəmi 110 (bir yüz on) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı A.V.Əliyevaya ödənilməlidir. İş materiallarında olan 14 mart 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata həmin tarixdə başlanılmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(103)-12182/2018 saylı icra sənədindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2015-ci il tarixli, 2(006)-199/2015 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək 20 oktyabr 2008-ci il təvəllüdlü X4 və 27 noyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq A.V.Əliyevaya ödənilməlidir. Şəxs 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 18 iyul 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata həmin tarixdə başlanılmışdır. İş materiallarında olan Nəsimi Rayon İcra Şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında 18 iyun 2019-cu il tarixli bildirişin surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(103)-12182/2018 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan 30 sentyabr 2021-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində həmin tarixdə axtarış elan olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Xidməti 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının 25 may 2016-cı il tarixli arayışından görünür ki, borclu Şəxs İİ qrup əlildir. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(103)-12182/2018 saylı icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2015-ci il tarixli, 2(006)-199/2015 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək 20 oktyabr 2008-ci il təvəllüdlü X4 və 27 noyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq A.V.Əliyevaya ödənilməlidir. Şəxs 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. İcra sənədi üzrə icraata 18 iyun 2019-cu il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Bundan başqa, borclu Şəxs icra şöbəsinə gəlməkdən də yayınmışdır. Buna görə də, Şəxs barəsində 30 sentyabr 2021-ci il tarixdə axtarış qərarı qəbul edilmiş və 06 dekabr 2021-ci il tarixdə isə sonuncu Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon İcra Şöbəsinə təqdim edilmişdir. Borclu Şəxs bu günə kimi 10.800 (on min səkkiz yüz) manat məbləğində aliment borcu yaranmışdır. Lakin borclu icra sənədini könüllü icra etməmiş, həmçinin icra şöbəsinə gəlməkdən də yayınmışdır. Ona görə də, borclu barəsində axtarış qərarı qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilə bilmədiyindən (ikinci qrup əlil olduğu üçün), onun barəsində cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3793/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3793/2021
06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver