Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3793/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəxs MMC barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:50-də ünvan 1 ünvanında yerləşən Şəxs MMCyə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (plastik cərrahiyyə və sertifikatsız tibbi fəaliyyət - X3 ümumi cərrah) ilə məşğul olması faktı aşkarlanmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil təqdim etdiyi etiraz ərizəsinə uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Sahiyyə Nazirliyi X6 Şəxs MMC-də növbədən kənar yoxlama aparmışdır. Yoxlama zamanı əməkdaşlar tərəfindən lisenziyadan kənar iş fəaliyyəti və X3 plastik cərrahiyyə sertifikasiyası olmadan plastik cərrahiyyə əməliyyatını həyata keçirdiyi hesab edilmiş və bununla da X4 215.1 və 215.4-cü maddəllərin tələblərin pozulmasına dair klinika barəsində MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol tərtib edilmişdir. Bunan sonra həmin protokol əsasında xx.xx.2025-ci il atrixli MN ******* saylı inzibati xətta işin aidiyatı üzrə göndərilməsi bəradə qərardad qəbul edilmiş və protokol, qərardad və ona əlavə olunmuş sənədlər baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Lakin tərtib olunmuş protokol və onun əsasında qəbul edilmiş qərardad aşağıda göstərəcəyi səbəblərə əsasən tam şəkildə qanunsuz və əsassız olduğundan aparılan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyan Nazirliyinin xx.xx.2023-cü il tarixli İM/ı- 470/2021/1 saylı lisenziyaya əlavədən görünür ki, klinikanın bütöv növ cərrahiyyə əməliyyatların keçirilməsi mövcud olmuşdur. Lakin, Azərbaycan Respublikasının İqtisadiyan Nazirliyinin Şəxs MMC-yə verilmiş lisenziyanın əlavəsində göstərilmiş bəzi işlər və xidmətlərin dayandırılması bəradə 69 saylı xx.xx.2025-ci il tarixli sərancamına əsasən klinikada bəzi texniki qusurların arada qaldırılması ilə qeyd olunan lisenziya və əlavədə göstərilən bəzi fəaliyyatların (xüsusi ilə bütün növ əməliyyatlar) xx.xx.2025-ci il tarixədək dayandırılması və sərancamda göstərilən qüsürların 3 iş günü müddətində aradan qaldırmaqla lisenziya verən orqana məlumat verilməsi öhdəliyi klinikanın üzərində qoyulmuşdur. Bundan sonra qeyd olunan sərancamda göstərilən qusurlar klinika tərəfindən təxirəsalınmaz qaydada aradan qaldırılmış və bununla əlaqədar olaraq 046 saylı xx.xx.2025-ci il tarixli məktubla (qusurların arada qaldırılması fotoşəkillərlə birlikdə) Azərbaycan Respublikasınm İqtisadiyan Nazirliyinə məlumat verimişdir. Məhz bunnan bir müddət sonra klinika lisenziyada göstərilən fəaliyyətini davam etdirmişdir. Bununla da, Analitik və Ekspertiza mərkəzinin klinika tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələblərinin pozduğu ehtimalına gəlməsinin yalnış olduğunu sənədlərlə sübuta yetirilir. Bundan başqa protokolda qeyd olunan İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərinin klinika pozulması gəldikdə onu bildirmək istəyir ki, Arzu Sadiqova 12 iyun 2025-ci il tarixdə qarın ön divarının yırtığı (ventral yırtıq) diaqnozu ilə klinikaya mürəciət etmişdir. Xəstədə aparılan müayinələrdən sonra yırtıq əməliyyatının aparılması həkimlər tərəfindən məsləhət görülmüş və xəstə tərəfindən da görülmüş məsləhət dəstəklənmişdir. Xəstədə aparılan yırtıq əməliyyatı edildikdən sonra qarnında boşalma və diastaz yarandığından yəni qarının ön divarında önlükvari salınması qarşısının alınması eyni zamanda xəstənin sağlam həyatını davam etdirilməsi məqsədi ilə pasiyentdə abdominoplastika adı altında əslində ümumi cərrahiyyə aid olan və praktikada da illərdi qeyd olunan əməliyyatın ümumi-cərrahlar tərəfindən həyata keçirilən əməliyyat aparılmışdır. Əməliyyatı həyata keçirilən klinikanın həkimi Nigar Məhəmmədova 2001-ci ildə Azərbaycan Respublikasının Tibb Universitenin bitirmiş və müalicə işi ixtisası oxumuşdur. Bundan sonra Nigar Məhəmmədova xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhər M.Nağıyev adına klinik Təcili Tibbi yardım Xəstəxanısına interaratura keçmiş və cərrah ixtisasına yiyələnmişdir. Hazırda praktiki tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul olma hüququnu təsdiq edən AH 060112 saylı xx.xx.2024-cü il tarixli Sertifikasiya şəhadətnaməyə əsasən Azərbaycan Respublikasının ərazisində ümümi-cərrahiyə fəaliyyəti ilə məşğul olmaq hüququna malik olan ixtisaslaşmış həkimdir. Göründüyü kimi xəstədə aparılan əməliyyat plastik cərrahiyə sahəsində deyil, ümümi cərrahiyyə sahəsində onun sağlamlığının qorunması (qarın yırtığının əməliyyatı) hissəsində olmuşdur. Bunnan başqa hüquqlarını müdafiiə etdiyi klinika daxil olmaqla bütün xəstəxanalara Səhiyyə Nazirliyi tərəfindən göndərilmiş cərrahi ixtisaslar üzrə peşə hazırlığı keçmiş mütəxəssislər tərəfində icrasına icazə verilən plastik əməliyyatların, X2 İX buraxılış üzrə siyahısının İV-cü bəndinin yəni ümümi-cərahlar tərəfindən icra edilə biləcək plastik cərrahiyə üzrə əməliyyatların 86.83-cü bəndinə əsəsən adipoz toxunmasının reduksiyasmmabdominoplastika əməliyyatının ümümu-cərrahlar tərəfindən həyata keçirilməsinə icazə verilmişdir. Protokolun bu hissəsinə münasibətdə sədalanan sübutlar qeyd olunan yoxlamanın İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsini pozması qənaətinə gəlməsi qanunsuz və əsassız olduğundan İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati işin icratına xitam verilməsinə əsas verir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamış, bu səbəbdən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İXM-in 215.1 və 215.4cü maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində Şəxs MMC-nin təqsiri araşdırılmış sübutlarla öz təsdiqini tapmır və bu səbəbdən iş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2025-ci il tarixli, KY252320703 nömrəli çıxarışdan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Mərcan Klinikasında xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X11 tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2- 627/2025 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Şəxs MMC (Mərcan Klinikası) xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “X10 plandankənar (növbədənkar) yoxlama” aktından görünür ki, həkim X5 “plastik cərrah” işi üzrə sertifikasiya şəhadətnaməsindən keçməmişdir. Lisenziyadan kənar iş və fəaliyyət (plastik cərrahiyyə) aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Şəxs MMC-də həkim-ümumi-cərrah vəzifəsinə qəbul edilmişdir. X7 məxsus xəstəlik kağızlarından görünür ki, X7 ağ xəttin yırtığı diaqnozu qoyulmuşdur və 12 iyun 2025-ci il tarixdə abdominoplastika əməliyyatı icra edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Şəxs MMC-yə verilmiş lisenziyanın əlavəsində göstərilmiş bəzi işlər və xidmətin dayandırılması barədə” 15 may 2025-ci il tarixli Sərəncamına əsasən Şəxs MMC-yə ünvan 2 ünvanında özəl-tibb fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 15 may 2023-cü il tarixli, İN/L-470/2021/1 qeydiyyat nömrəli lisenziyanın əlavəsində göstərilmiş stansionar (ümumi cərrahiyyə: ümumi cərrahi, neyrocərrahiyyə: neyrocərrahi, plastik cərrahiyyə: plastik cərrahi, urologiya: uroloji, travmatologiya-ortopediya: travmatoloji-ortopedik, üz-çənə cərrahiyyəsi: üz-çənə cərrahi, otorinolarinqologiya: otorinolarinqoloji) tibbi xidmət üzrə görülən işlər 21 may 2025-ci il tarixədək dayandırılmışdır, lisenziyanın sahibi dayandırılma müddəti bitənədək dayandırılma üçün əsas olan haları aradan qaldırmalı və nəticəsi barədə 3 iş günü müddətində lisenziya verən orqana yazılı məlumat verilməlidir. Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 046 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində daxil olmuş xx.xx.2025-ci il tarixli 3-21/2- 4330/2025 məktub, 69 nömrəli "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi xx.xx.2025-ci il tarixli Sərəncama cavab olaraq bildirilmişdir ki, Səhiyyə Nazirliyi tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışa əsasən 10 yanvar 2025-ci il tarixdə aparılmış plandan kənar yoxlama zamanı müəssisədə təşkil olunmuş cərrahi əməliyyat blokunda "Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydaların pozulması faktlarının aşkar olunduqları qeyd edildiyindən müvafiq nöqsanların aradan qaldırılmasına dair işlər tam yekunlaşdırılmışdır. Bununla bağlı fotoşəkillər təqdim edilmiş, lisenziyanın təkrar bərpası ilə bağlı köməklik göstərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21/2-4807/2025 nömrəli məktubdan görünür ki, Özəl tibb fəaliyyətinə dair lisenziyanın əlavəsində göstərilmiş stasionar tibbi xidmət üzrə cərrahi profilə aid görülən işlərin bərpa edilməsi barədə "xxxx" MMC-nin müraciətinə İqtisadiyyat Nazirliyində baxıldığını nəzərə alaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.1-ci və 19.7-ci maddələrinə əsasən aidiyyəti üzrə rəyin bildirilməsini xahiş edilmişdir. Eyni zamanda rəyin verilməsi ilə əlaqədar, ərizəçinin fəaliyyəti üzrə baxış keçirilərkən İqtisadiyyat Nazirliyinin nümayəndəsinin cəlb olunmasını məqsədəuyğun hesab edilmişdir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH 060112 saylı xx.xx.2024-cü il tarixli Sertifikasiya Şəhadətnaməsindən görünür ki, X5 həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyət ilə məşğul olmaq üçün icazə verilmişdir. Cərrahi ixtisaslar üzrə peşə hazırlığı keçmiş mütəxəssislər tərəfindən icrasına icazə verilən plastik əməliyyatların X2 İX buraxılışı üzrə siyahının İV hissəsinin 86.83-cü bəndinə əsasən ölçü kiçildilməsi üzrə plastik əməliyyat Adipoz toxumasının reduksiyası – abdominoplastika: qarın divarı (pendulous), əllər (“batwing”), sağrı budlar (troxanterik lipomatoz) ümumi cərrahlar tərəfindən də icra edilə biləcək plastik cərrahiyyə üzrə əməliyyatlara daxildir. Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk əvvəl Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsinə münasibətdə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokolda ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada lisenziyadan kənar iş və fəaliyyət məşğul olunması qeyd edilsə də, araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Şəxs MMCyə verilmiş lisenziyanın əlavəsində göstərilmiş bəzi işlər və xidmətin dayandırılması barədə” 15 may 2025-ci il tarixli Sərəncamına əsasən Şəxs MMC-yə ünvan 2 ünvanında özəl-tibb fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 15 may 2023-cü il tarixli, İN/L- 470/2021/1 qeydiyyat nömrəli lisenziyanın əlavəsində göstərilmiş stansionar (ümumi cərrahiyyə: ümumi cərrahi, neyrocərrahiyyə: neyrocərrahi, plastik cərrahiyyə: plastik cərrahi, urologiya: uroloji, travmatologiya-ortopediya: travmatoloji-ortopedik, üz-çənə cərrahiyyəsi: üz-çənə cərrahi, otorinolarinqologiya: otorinolarinqoloji) tibbi xidmət üzrə görülən işlər 21 may 2025-ci il tarixədək dayandırılmış, lisenziyanın sahibi dayandırılma müddəti bitənədək dayandırılma üçün əsas olan haları aradan qaldırması və nəticəsi barədə 3 iş günü müddətində lisenziya verən orqana yazılı məlumat verilməsi tapşırılmışdır. Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə xx.xx.2025-ci il tarixli, 046 nömrəli məktub ünvanlanaraq "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində daxil olmuş xx.xx.2025-ci il tarixli 3-21/2-4330/2025 məktub, 69 nömrəli "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi xx.xx.2025-ci il tarixli Sərəncama cavab olaraq bildirilmişdir ki, Səhiyyə Nazirliyi tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışa əsasən 10 yanvar 2025-ci il tarixdə aparılmış plandan kənar yoxlama zamanı müəssisədə təşkil olunmuş cərrahi əməliyyat blokunda "Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydaların pozulması barədə müvafiq nöqsanların aradan qaldırılmasına dair işlər tam yekunlaşdırılmışdır. Bununla bağlı fotoşəkillər təqdim edilmiş, lisenziyanın təkrar bərpası ilə bağlı köməklik göstərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə xx.xx.2025-ci il tarixli, 3-21/2-4807/2025 nömrəli məktub ünvanlanaraq Özəl tibb fəaliyyətinə dair lisenziyanın əlavəsində göstərilmiş stasionar tibbi xidmət üzrə cərrahi profilə aid görülən işlərin bərpa edilməsi barədə "xxxx" MMC-nin müraciətinə İqtisadiyyat Nazirliyində baxıldığını nəzərə alaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.1-ci və 19.7-ci maddələrinə əsasən aidiyyəti üzrə rəyin bildirilməsi, eyni zamanda rəyin verilməsi ilə əlaqədar, ərizəçinin fəaliyyəti üzrə baxış keçirilərkən İqtisadiyyat Nazirliyinin nümayəndəsinin cəlb olunmasını məqsədəuyğun hesab edilmişdir. Həmçinin araşdırma zamanı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-21/2-4807/2025 nömrəli məktubuna münasibət bildirilmədiyi müəyyən olunmuşdur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət orqan və müəssisələrinin rəyini (razılığını) alır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.7-ci maddəsinə əsasən bu Qanunun 19.6.1-ci maddəsinə uyğun olaraq, lisenziya və icazə verən orqan rəy (razılıq) alınması üçün aidiyyəti dövlət orqan və müəssisəyə müraciət etdikdə, ona 7 iş günü müddətində baxılaraq cavab verilir. Aidiyyəti dövlət orqan və müəssisələrinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət və razılıq verilmiş hesab olunur. Mənfi rəy, habelə razılığın verilməsindən imtina bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlara istinad edilməklə, əsaslandırılmalıdır. Aidiyyəti dövlət orqan və müəssisələrinin rəy (razılıq) verilməsi üçün bu Qanunla nəzərdə tutulan müddət lisenziya və icazə verilməsi ilə bağlı müddətə daxil edilmir. Bu Qanunun 19.6.3-cü maddəsinə uyğun olaraq, lisenziya və icazə verən orqan ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət etdikdə, həmin dövlət orqanı 1 iş günü ərzində öz ekspert və ya mütəxəssisini təqdim etməlidir. Ekspert rəyinin alınması və ya mütəxəssis fikrinin ifadəsi üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır. Bu müddət lisenziya və icazə verilməsi ilə bağlı müddətə daxil edilmir. Beləliklə məhkəmə X7 12 iyun 2025-ci il tarixdə abdominoplastika əməliyyatı icra edilməsini, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.1-ci və 19.7-ci maddələrinə əsasən aidiyyəti üzrə rəyin bildirilməsi barədə” xx.xx.2025-ci il tarixli, 3-21/2-4807/2025 nömrəli məktubuna Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qanunvericilikdə qeyd olunmuş 7 iş günü ərzində münasibət bildirilməməsini nəzərə alaraq qeyd edir ki, 11 iyun 2025ci il tarixdən etibarən Şəxs MMC-yə ünvan 2 ünvanında özəl-tibb fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 15 may 2023-cü il tarixli, İN/L-470/2021/1 qeydiyyat nömrəli lisenziyanın əlavəsində göstərilmiş stansionar (ümumi cərrahiyyə: ümumi cərrahi, neyrocərrahiyyə: neyrocərrahi, plastik cərrahiyyə: plastik cərrahi, urologiya: uroloji, travmatologiya-ortopediya: travmatoloji-ortopedik, üz-çənə cərrahiyyəsi: üz-çənə cərrahi, otorinolarinqologiya: otorinolarinqoloji) tibbi xidmət üzrə işlər həyata keçirilməsinə dair lisenziyası olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilkin olaraq yuxarıda qeyd olunan maddənin dispozisiyasında sadalanan xüsusatlara, yəni –
1. sertfikasiyadan keçmə qaydalarına;
2. praktiki tibb əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsində Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertfikasiyasına dair qaydalar müəyyən edilmişdir. Qeyd olunan maddənin 3-cü bəndində “Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilməsi və 4-cü bəndində isə sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilməməsi təsbit edilmişdir. Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” 26 iyun 1997-ci il 360-İQ saylı Qanuna əsasən Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxıla bilərlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə münasibətdə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokolda ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada ümumi cərrah X3 plastik cərrahiyyə və sertifikatsız tibbi fəaliyyət məşğul olması göstərilsə də, araşdırma zamanı müəyyən olunmuşdur ki, Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH 060112 saylı xx.xx.2024-cü il tarixli Sertifikasiya Şəhadətnaməsi ilə X5 həkimlərin sertifikasiyasından keçmiş (qanuna əsasən həmin vaxtdan 5 il müddət keçməmiş) və ona Azərbaycan Respublikasının ərazisində ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyət ilə məşğul olmaq üçün icazə verilmişdir. X7 ağ xəttin yırtığı diaqnozu qoyulmuşdur və ümumi cərrah X5 tərəfindən 12 iyun 2025-ci il tarixdə abdominoplastika əməliyyatı icra edilmişdir. Məhkəmə bu məqamda xüsusilə qeyd edir ki, cərrahi ixtisaslar üzrə peşə hazırlığı keçmiş mütəxəssislər tərəfindən icrasına icazə verilən plastik əməliyyatların X2 İX buraxılışı üzrə siyahının İV hissəsinin 86.83-cü bəndinə əsasən ölçü kiçildilməsi üzrə plastik əməliyyat Adipoz toxumasının reduksiyası – abdominoplastika: qarın divarı (pendulous), əllər (“batwing”), sağrı budlar (troxanterik lipomatoz) ümumi cərrahlar tərəfindən də icra edilə biləcək plastik cərrahiyyə üzrə əməliyyatlara daxil edilmişdir. Beləliklə də, ümumi cərrah X1 keçməsi və qanunvericiliyə əsasən sonuncunun abdominoplastika əməliyyatını icra etməsi üçün icazəsi olması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, Şəxs MMC-nin hərəkətlərində (əməlində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tərkibi o, vaxt yarana bilərdi ki, onun əməlində dispozisiya şərtlərinin bütün əlamətləri mövcud olmuş olardı, konkret olaraq “qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxsin (işçilərin) praktik tibb fəaliyyətinə buraxılması” halı mövcud olmuş olardı və bu hal iş materialları ilə öz təsdiqini tapmış olardı. Məhkəmə işin btün faktiki hallarını araşdıran zaman müəyyən etmişdir ki, RM MEDİCARE KLİNİKA» MMC-nin hərəkətlərində (əməlində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilməmişdir. Məhkəmə qeyd edir ki, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi, həmin xəta təqsirli olaraq törədildikdə və həmin xəta üzrə şəxsin təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs MMC-nin təqsiri müəyyən olunmur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Anar İbadzadə