Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3796/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli, EXP1072313 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və bu qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətin məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli, EXP1072313 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək onun ləğv olunmasını xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət etmişdir. Vəsatətdə göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində qeyd olunan karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblər, yəni Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli qərarı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 22 aprel 2022-ci il tarixli, 171 nömrəli qərarı ilə ləğv edilmişdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan xəta tərkibi artıq olmadığından və bu Məcəllənin 53.1.5-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt (Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli qərarı) ləğv olunduğundan başlanılmış iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, yuxarıda sözügedən Nazirlər Kabinetinin qərarı inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi vaxtdan təxminən 10 ay sonra ləğv edildiyindən inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi həmin qərarın ləğvindən sonra mümkün olmuşdur. Bu səbəbdən də qanunvericiliklə inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müddəti ötürülmüşdür. Tərəfimdən müəyyən edilir ki, X2 hazırda mübahisələndirilən qərarla bağlı daha əvvəl də məhkəməyə şikayətlə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(006)-1479/2021 saylı qərarı ilə bu şikayət təmin edilməyərək həmin qərar dəyişdirilmədən saxlanılmış və ondan şikayət verməmişdir. Eyni zamanda vəsatətdə qeyd olunan inzibati məsuliyyəti müəyyən edən normativ hüquqi akt, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli qərarı ləğv olunduğundan işə yenidən baxılması ilə bildirilir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyəti müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəllə ilə müəyyən olunur, eyni zamanda inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır. İnzibati Xətalar Məcəlləsinin 145.1-ci maddəsinə əsasən bu Məcəllənin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə, bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir. Nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi qüvvədədir, bu maddə üzrə əvvəllər məsuliyyətə cəlb edilmiş şəxslərin məsuliyyətini yüngülləşdirən və ya onu aradan qaldıran qanun isə mövcud deyil. Belə olan halda hesab edirəm ki, mübahisələndirilən qərarla bağlı məhkəmənin artıq qüvvəyə minmiş qərarı mövcud olduğundan, eyni zamanda əvvəllər İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə məsuliyyətə cəlb edilmiş şəxslərin məsuliyyətini yüngülləşdirən və ya onu aradan qaldıran qanun mövcud olmadığından, hazırki şikayətə İnzibati Xətalar Məcəlləsinin 145.1-ci maddəsi üzrə baxılması yolverilməzdir. Bu səbəbdən də şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Eyni zamanda o da qeyd olunur ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi məsələsi üzrə müraciətlərə baxılmasında müddətin bərpasına ehtiyac yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EXP1072313 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3796/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3796/2023
22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver