Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-38/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında X13 Xidmətinin protokolu tərtib etmiş: nümayəndəsi X9 Barəsində inzibati xəta Şəxs MMC-nin nümayəndəsi haqqında iş üzrə icraat Nümayəndə aparılan: iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 100, mənzil 03, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş 05 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən X8 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Protokol baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsə də, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X12 izahatında göstərdi ki, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə verdiyi izahatında qeyd olunur ki, o, xx.xx.2023-cü il tarixdən Şəxs MMC-də rəis vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə abunə haqlarını yığıb şirkətin hesabına keçirmişdir. Bunun müqabilində hər ay ona məxsus bank hesabına avqust ayına qədər 200 manat əmək haqqı ödənilmiş, avqust ayında isə o, işdən çıxarılmışdır. Onunla əmək müqaviləsinin bağlanılmasını tələb etsə də, şirkət bundan imtina etmişdir. O, işlədiyi müddətdə Oqtay adlı şəxslə əlaqə saxlamışdır. Müraciət üzrə aparılmış araşdırma nəticəsində qeyd olunan fakt öz təsdiqini tapmış və buna görə də Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şirkətin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, MMC-nin ofisi Bakıda yerləşir və şirkət “Azərbaycan qəzeti”, “Xalq qəzeti”, “Respublika qəzeti”, “Bakinskiy raboçiy qəzeti” və bir sıra digər mətbu nəşrlərə abunəliyin yazılması və onları abunəçilərə çatdırılması ilə məşğul olur. Bununla bağlı rayon icra hakimiyyətlərinin təklif etdiyi dövlət idarə, müəssisə və təşkilatları ilə “onlayn” şəklində müqavilələr bağlanılır, onlara təqdim edilmiş bank hesabına abunə haqqı üzrə köçürmələr həyata keçirildikdən sonra MMC ilə "xxxx" ASC arasında bağlanılmış müqavilə əsasında Bakıda redaksiyadan alınan qəzetlər poçt vasitəsilə yerlərdə həmin qurumlara çatdırılır. Yəni, MMC abunəçilərlə birbaşa - vasitəçisiz işləyir, belə olan halda da əlavə işçiyə ehtiyac olmur. O, MMC-nin təsisçisi və direktoru kimi X3 şəxsən tanımır, onu şirkətin fəaliyyəti ilə bağlı işə cəlb etməmiş və işə götürəcəyi barədə də vəd verməmişdir. MMC-nin də Yevlax rayonunda hər-hansı şöbəsi yoxdur ki, Yaqut Məmmədova orada işləsin. Ümumiyyətlə bildirir ki, onun şirkətinin cəmi 3 nəfər işçisi var, abunə işi az gəlirli biznes sahəsi olduğu üçün əlavə işçi götürməyə maliyyə imkanı yoxdur. Yevlax rayonunda da cəmi 10 abunəçi təşkilat var, onlar da illik 7.000 min manat məbləğində abunə ödənişi edirlər. Bu vəsaitdən qəzetləri aldığı redaksiyalara pulu ödədikdən sonra ən yaxşı halda şirkətin illik gəliri 1.000-1.300 manat təşkil edə bilər. Belə olan halda bir işçiyə orta hesabla ayda Yaqut Məmmədovanın bildirdiyi kimi 200 manat olmaqla ildə 2.400 manatın ödənilməsi hansı məntiqə sığar. Bundan əlavə, əgər Yaqut Məmmədova onun şirkətində 08 ay işləmişdirsə, nə səbəbdən müqavilə bağlamaq məsələsini heç zaman qaldırmamış, haqları pozulubsa bir müddət sonra nədən aidiyyəti üzrə müraciət etməmişdir. Bununla belə, məsələ barədə vurğulamaq istəyir ki, onun X4 Yevlax rayon sakini olması barədə qiyabi də olsa məlumatı var. Belə ki, onun şirkətinə heç bir aidiyyəti olmayan qohumu Oqtay adlı şəxs 2022-ci ilin əvvəlində Yevlax rayonuna gedəndə ona təklif etmişdir ki, Yevlax Rayon İcra Hakimiyyətinin abunə sahəsində onun şirkəti ilə işləməsi məsələsini orada müzakirə edə bilər. Yevlaxdakı adamlar Oqtayı Yaqut adlı xanımla telefon vasitəsilə tanış edərək onun əvvəllər mətbuat sahəsində işləməsini qeyd etmiş, ehtiyacı olan bir şəxs kimi təqdim edərək onu işə götürməyi xahiş etmişdir. Oqtay isə bu qadınla danışdıqdan sonra onun maliyyə cəhətdən əl vermədiyinə görə işə götürə bilməyəcəyini bildirilmişdir. Amma Oqtay öz vəsaiti hesabına Yaqut xanıma hər ay yardım etmək qərarına gəlmiş və onun Oqtayla söhbətindən məlum olmuşdur ki, X17 Rayon İcra Hakimiyyətinin binasında oturur, özünü oranın əməkdaşı kimi aparır, hətta rayonda əlavə haradasa da işləyir, tanışların xahişi ilə ona bir insan kimi edilən köməklik nəticəsində rayon müəssisələrinin bəzilərindən sənədlərin götürülməsi xahiş olunmuş, lakin sonuncu bundan imtina etmişdir. Daha sonra, maddi çətinliyinə görə Oqtay onun yardımını kəsmiş, Yaqut da buna görə X10 şikayət etmişdir. Göründüyü kimi, X5 nəzərdə tutulmuş ətraflı araşdırma aparmadan, Şəxs MMC-nin təqsirliyinə dair təkzibedilməz sübutlar toplamadan şirkətin inzibati xətanın törətməsi qənaətinə gəlmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: • X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatında qeyd olunur ki, Şəxsla bağlı sənədlərdə heç bir imzası yoxdur. 2023-cü ilin fevralından əvvəl işlədiyi “Azərmətbuat” yayım üçün orada gördüyü işləri Şəxs üçün də edib. Gördüyü işlər abunənin aparılması ilə bağlıdır. Orada təşkilatlara müqavilələri çatdırım, pulların yığılmasına köməklik edib, onun müqabilində ona aylıq əmək haqqı verilib. İşlədiyi müddətdə Oktay adlı şəxslə əlaqə saxlayıb, Şəxsdan gələn sənədləri Rıfail müəllimin imzası ilə olan sənədləri təşkilatlara çatdırıb; • X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə verdiyi digər izahatında qeyd olunur ki, o, xx.xx.2023-cü il tarixdən Şəxs MMC-də rəis vəzifəsinə təyin edilib, işlədiyi müddətdə abunə haqlarını yığıb şirkətin hesabına keçirdib, hər ay ona məxsus bank hesabına avqust ayına qədər 200 manat əmək haqqı ödənilib. Onunla əmək müqaviləsi bağlanmasını tələb etsə də, şirkət bundan imtina edib. Avqust ayında işdən çıxarılmışdır. İşlədiyi müddətdə, habelə sentyabr-oktyabr ayları üzrə əmək haqqının ona verilməsini xahiş edir; • "xxxx" ASC-dən olan hesabdan çıxarışa əsasən X4 hesabına 2023-cü ilin fevralmart və may-avqust aylarında hər ay 200 manat pul köçürülüb; • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-38286/2023 saylı məktubuna Şəxs MMC tərəfindən verilmiş cavabda qeyd olunur ki, Şəxs MMC-nin təsisçisi və direktoru Hüseynov X7 Yaqut Güloğlan qızı adlı vətəndaşı heç bir zaman işə götürməmiş, işə götürəcəyi barədə vəd verməmiş, heç onu tanımır, o da onu tanımır. Yevlax rayonunda filial və müəssisədə şöbə rəisi vəsifəsi ştat cədvəlidə belə yoxdur. X8 nə yazılı şəkildə, nə elektron formada işə qəbul olmaq üçün müraciət etməmişdir. Şəxs MMC dövri mətbuatın abunəsi ilə məşğul olur, abunəçilərlə birbaşa - vasitəçisiz işləyir. İşlərini qurarkən sifarişçilər tərəfindən abunə olunan qəzet və jurnalları poçt və kuryer vasitəsilə ünvanlara çatdırırlar. Şirkət "xxxx" ASC ilə müqavilə əsasında çalışır. Bakıda redaksiyadan alınan qəzetləri poçt vasitəsilə yerlərdə müəssisələrə çatdırılır. Beləliklə, redaksiya-poçt-abunəçi zəncirində əlavə işçiyə heç bir tələb yoxdur. Belə olan halda, ehtiyac olmadığı halda kimisə niyə işə götürsünlər ki? Həm də onun ofisi Bakıdadır, X1 harada işlədirdi, o, hara gəlirdi işə, harada otururdu? Abunə işi az gəlirli biznes sahəsi olduğu üçün əlavə işçi götürməyə maliyyə gücü çatmır. Belə ki, Yevlax rayon müəssisələrindən cəmi 10 təşkilat təxminən 7.000 min manat məbləğində abunə olunmuşdur. Bu məbləğin gəliri ən yaxşı halda 1.000- 1.300 manat təşkil edə bilər. Bir işçinin saxlanılması 2.730 manat təşkil edir. 1.000 manat qazanaraq 2.700 manata işçi götürmək məntiqli deyil. Abunələrin sayı Prezident Aparatı tərəfindən plan şəklində İcra Hakimiyyətlərinə göndərilir. İcra Hakimiyyətləri plan üzrə qəzet abunəsini rayon müəssisələri arasında bölür və etibarlı bir şirkətlə müqavilə bağlamaqlarını tövsiyə edir. Yəni, Yaqut Məmmədova İcra Aparatında işləmirsə, abunələrə nə aidiyyəti ola bilər. Yaqut Məmmədova onun şirkətində 08 ay işləmişdirsə, nə səbəbdən müqavilə bağlamaq məsələsini heç qaldırmayıb, haqları pozulubsa 01 aydan, 02 aydan sonra nə səbəbə Müfəttişliyə müraciət etməyib. Həmçinin qeyd olunur ki, direktorun X4 Yevlax rayon sakini olması barədə qiyabi də olsa məlumatı vardır. Belə ki, onun şirkətinə heç bir aidiyyəti olmayan qohumu 2022-ci ilin əvvəlində Yevlax rayonuna gedəndə ona təklif etmişdir ki, Yevlax Rayon İcra Hakimiyyətinin abunə sahəsində onun şirkəti ilə işləməsi məsələsini Yevlaxda müzakirə edə bilər. Yevlaxdakı adamlar qohumunu “Yaqut” adlı xanımla (qiyabi, telefonla sadəcə məlumat verməklə) tanış edərək onun əvvəllər mətbuat sahəsində işləməsini qeyd etmiş, onu ehtiyacı olan biri kimi təqdim edərək işə götürməyi xahiş etmişdir. Qohumu onunla danışıb və o, onlara bildirilmişdir ki, onu iqtisadi cəhətdən əl vermədiyinə görə götürə bilmir, amma qohumu öz vəsaitindən Yaqut xanıma hər ay yardım etmək qərarına gəlmişdir. Qohumu ilə söhbətindən məlum olmuşdur ki, X16 İcra Hakimiyyətinin binasında oturur, özünü icra hakimiyyəti orqanının əməkdaşı kimi aparır, hətta rayonda əlavə haradasa da işləyir. Tanışların xahişi ilə ona bir insan kimi edilən köməklik nəticəsində rayon müəssisələrinin bəzilərindən məktub götürməyi-verməyi xahiş olunmuş, o isə bu xahişləri rədd etmişdir. Bu məqsədlə onunla bir neçə dəfə əlaqə saxlanılmışdır. Cari ilin avqust ayında qohumu maddi çətinliyinə görə onun yardımını kəsmiş, o da buna əsəbi reaksiya verərək X10 şikayət etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, X13 Xidməti tərəfindən X4 şikayəti üzrə bütün faktiki halların tam və hərtərəfli qaydada öyrənilməsi üçün lazımi təbdirlər görülməmiş, onun izahatında göstərdiyi “Oqtay” adlı şəxs müəyyən olunub izahatı alınmamış və sonuncunun Şəxs MMC-yə aidiyyətinin olub-olmaması dəqiqləşdirilməmiş, Y.Məmmədovanın Şəxs MMC-nin fəaliyyəti ilə bağlı Yevlax rayonunda hansı təşkilatlarla əlaqə saxlaması, mətbu nəşrlərə abunəliyin yazılması, müqavilələrin bağlanılması və abunə haqqının yığılmasında faktiki iştirakının olub-olmaması müəyyən edilməmiş, məsələ barədə Şəxs MMC-nin göstərdiyi dəlilləri təkzib edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da hüquqi şəxsin təqsirini şübhə altına almayacaq təkzibedilməz dəlillər toplanılmamışdır. Qeyd olunan prosessual hərəkətlər həyata keçirilmədən və mühüm əhəmiyyət kəsb edə biləcək bütün hallar araşdırılmadan inzibati xəta hadisəsinin mövcudluğunu müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3-cü maddə); • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); • Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddə); • Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (53.2-ci maddə); • Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.2.1-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi hər hansı mötəbər dəlillərlə öz təsdiqini tapmadığından Şəxs MMC barəsində başlanılmız iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114-117-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-38/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-38/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver