Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3801/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X3 Barəsində icraat aparılan şəxs: "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə "xxxx" ASC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsi, 13, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokola görə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(113)- 63/2022 saylı icra vərəqəsinə görə "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə (“Dalga-Beach” Aqua Park – abunə kodu 03/18-350) elektrik enerjisinin verilməsi bərpa edilməklə "xxxx" ASC-yə həmin qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilməsinin dayandırılması qadağan olunmuşdur. Lakin borclu "xxxx" ASC icra sənədini icrası ilə bağlı icra məmurunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında icra məmuru X6 izahat verərək bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(113)-63/2022 saylı icra vərəqəsinə görə "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə (“Dalga-Beach” Aqua Park – abunə kodu 03/18-350) elektrik enerjisinin verilməsi bərpa edilməklə "xxxx" ASC-yə həmin qeyriyaşayış sahəsinə elektrik enerjisinin verilməsinin dayandırılması qadağan olunmuşdur. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunan anadək "xxxx" ASC tərəfindən qeyd olunan icra sənədinin icrasına dair məlumat verilməsə də, sonradan məlum olmuşdur ki, "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X4 izahatında bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(113)- 63/2022 saylı icra sənədi "xxxx" ASC-yə daxil olan kimi bu barədə aidiyyəti struktur quruma göstəriş verilmiş və qısa müddət ərzində "xxxx" MMC-nin istifadəsində olan qeyriyaşayış sahəsinə (“Dalga-Beach” Aqua Park – abunə kodu 03/18-350) elektrik enerjisinin verilməsi bərpa olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Məhkəmədə müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(113)-63/2022 saylı icra vərəqəsinə görə "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə (“Dalga-Beach” Aqua Park – abunə kodu 03/18-350) elektrik enerjisinin verilməsi bərpa edilməklə "xxxx" ASC-yə həmin qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilməsinin dayandırılması qadağan olunmuş, bu barədə icra sənədi "xxxx" ASC-yə daxil olduqdan sonra qısa müddət ərzində onun icrası təmin edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu "xxxx" ASC-nin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3801/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3801/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver