Məhkəmə qərarları › İş №3(006)-3802/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3802/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3802/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin qanuni iş üzrə icraat aparılan hüquqi şəxs: təmsilçisi X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: ünvan 2ilçisi: X4; VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 24.11.2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 1.394.203,00 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından 29.10.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X4 izahat verərək göstərdi ki, cəmiyyətlə Rusiyada yerləşən OOO "xxxx" şirkəti arasında 22.05.2019-cu il tarixli, 16- 05/2019 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilə üzrə OOO "xxxx" şirkəti tərəfindən MMC-yə 421 ədəd aluminium nərdivan göndərilmiş və bu mallar 02.09.2019-cu il tarixdə ölkəyə idxal olunmuş, bununla bağlı gömrük bəyannaməsi tərtib edilmişdir. Bundan sonra MMC həmin malların dəyəri ilə bağlı OOO "xxxx" şirkətinin hesabına 29.10.2019-cu il tarixdə 1.394.203,00 Rusiya rublu köçürmüşdür. Qeyd olunan köçürmənin bağlanılması ilə bağlı bank tərəfindən müvafiq qeydlər aparılmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən:  "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş 29.10.2021-ci il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda Şəxs MMC-nin 29.10.2019-cu il tarixdə 1.394.203,00 Rusiya rublu göndərildiyi qeyd olunmuşdur;  Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Rusiyada yerləşən OOO "xxxx" şirkətinin hesabına 22.05.2019-cu il tarixli, 16-05/2019 saylı müqavilə ilə bağlı 29.10.2019-cu il tarixdə 1.394.203,00 Rusiya rublu məbləğində pul göndərilmişdir;  **********8379 saylı gömrük bəyannaməsinə görə Rusiyada yerləşən OOO "xxxx" şirkəti tərəfindən Şəxs MMC-yə 22.05.2019-cu il tarixli, 16-05/2019 saylı müqavilə üzrə göndərilmiş 421 ədəd aluminium nərdivan 02.09.2019-cu il tarixdə ölkəyə gətirilmiş, bu malların invoys dəyəri 1.378.475,00 Rusiya rublu göstərilmişdir;  "xxxx" ASC tərəfindən verilmiş 20.12.2021-ci il tarixli, PB/PBL-OUT-01950-2021 saylı məktubda qeyd olunur ki, Şəxs MMC-nin bankda olan hesabından OOO "xxxx" şirkətinə ödədiyi 1.394.203,00 Rusiya rublu avans ödənişi 20.12.2021-ci il tarixdə **********8379 saylı gömrük bəyannaməsi ilə bəyan edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini vəməbləğiniəks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilindəmalların ölkəyəidxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır vəya xeyrinəqabaqcadan ödənişin edildiyi şəxs vəya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətindəbanka təqdim edilmədikdəvəya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda vəbu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) vəya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödənişəməliyyatına dair bütün sənədlər 05 (beş) iş günüərzindəAzərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmədə müəyyən edilir ki, Şəxs MMC ilə Rusiyada yerləşən OOO "xxxx" şirkəti arasında 22.05.2019-cu il tarixli, 16-05/2019 saylı müqavilə bağlanılmış və bu müqavilə üzrə OOO "xxxx" şirkəti tərəfindən 1.378.475,00 Rusiya rublu dəyərində MMC-yə göndərilmiş 421 ədəd aluminium nərdivan 02.09.2019-cu il tarixdə ölkəyə idxal olunmuşdur. Bundan sonra MMC həmin malların dəyəri ilə bağlı OOO "xxxx" şirkətinin hesabına 29.10.2019-cu il tarixdə 1.394.203,00 Rusiya rublunu köçürmüşdür. Bununla da 15.728,00 Rusiya rublu əlavə olaraq ödənilmiş və bu vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənəd təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın 15.728,00 Rusiya rublu dəyərində törədilməsi sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 15.728,00 Rusiya rublu valyuta vəsaiti məbləğinin 20 faizi – 3.145 (üç min yüz qırx beş) Rusiya rublu 60 (altmış) qəpik məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar