Məhkəmə qərarları › İş №3(006)-3807/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3807/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3807/2023 01.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin nümayəndəsi iş üzrə icraat aparılan hüquqi şəxs: Nümayəndə iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: ünvan 1bə; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola əsasən Şəxs MMC tərəfindən 2020-ci il, 2021-ci il və 2022-ci ilin monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblər pozulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il Fərmanının 5.70-2-ci bəndi ilə həmin Məcəllənin 598-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxan orqanların siyahısı müəyyən edilmişdir. Fərmanın 5.70-2.2-ci bəndinə görə hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir. Bu Fərmana 31 yanvar 2023-cü ildə edilmiş dəyişikliyə əsasən 5.70-2-ci bənd qüvvədən düşmüş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həmin maddə üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərin verilməsi tapşırılmışdır. “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2305 nömrəli Fərmanı ilə həmin Siyahıya 70-1-70-7-ci hissələr əlavə edilmiş və 70-4 hissəyə uyğun olaraq rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslərə, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar (Məcəllənin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta istisna olmaqla) haqqında işlər üzrə protokolu Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər tərtib edirlər. Lakin, hazırki işdən göründüyü kimi “Ekvita“MMC barəsində protokol qeyd olunan fərmandan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Belə olan halda isə protokol etibarsız hesab olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, təqdim edilmiş inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğundan, o, ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il 795 nömrəli Fərmanının 5.70-2-ci bəndində həmin Məcəllənin 598-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxan orqanlar müəyyən olunsa da, daha sonra həmin fərmana 31 yanvar 2023-cü il tarixdə 2009 nömrəli fərmanla edilmiş dəyişikliyə əsasən bu bənd ləğv edilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həmin maddə üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərin verilməsi tapşırılmışdır. “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2305 nömrəli Fərmanı ilə həmin Siyahıya 70-1-70-7-ci hissələr əlavə edilmiş və 70-4 hissəyə uyğun olaraq rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslərə, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar (Məcəllənin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta istisna olmaqla) haqqında işlər üzrə protokolu Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər tərtib edirlər. Göründüyü kimi, hazırki iş üzrə protokol sonuncu fərmandan əvvəl, yəni hələ səlahiyyəti müəyyən edilməmiş vəzifəli şəxs tərəfindən tərtib olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar