Məhkəmə qərarları › İş №3(006)-3810/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3810/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3810/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayədələri X5 və X4 iştirakları ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində tərtib edilmiş 03 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə 74 ünvanında yerləşən Şəxs MMC tərəfindən uyğunluq sertifikatlarının ləğv edilməsi barədə yazılı tələb yerinə yetirilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 544.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayədəsi X6 izahatında barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti tərəfindən (bundan sonra-Xidmət) "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 544.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 153426 nömrəli "İnzibati xəta haqqında" protokolu baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərmişdir. İXM-nin 544.2-ci maddəsi istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə inzibati xəta münasibətlərini tənzimləyir. “AzinTelecom" MMC tərəfindən uyğunluq sertifikatlarının verilməsi nə ticari münasibətlərə nədə ki, istehlakçı hüquqlarına aid edilə bilməz. Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sıfariş vermək niyyəti olan şəxsdir. Uyğunluq sertifikatının alınması isə şəxsi tələbatı ödəmək üçün deyil, qanuni əsaslar ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alınır. Həmçinin Azərbaycan Respublikasının “Texniki tənzimləmə haqqında" Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən quruma uyğunluq sertifikatının alınması üçün müraciət edən şəxs təsərrüfat subyekti adlandırılır. Qanunun 1.1.13-cü bəndinə əsasən təsərrüfat subyekti istehsalçı, idxalçı və ticarət nümayəndəsidir (agent). Əlavə olaraq, ticarət qaydaları Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 94 nömrəli Qərarının 3-cü maddəsində (Ticarət (xidmət) fəaliyyətinə olan ümumi tələblər) və 24-cü maddəsində (Məişət və digər növ xidmət obyektlərində xidmətlərin göstərilməsi) əksini tapmışdır ki, "xxxx" MMC tərəfindən sözügedən maddələrin tələbləri pozulmamışdır. Bundan başqa, Xidmətin xx.xx.2024-cü il tarixli AİBNDX-46/2024 nömrəli göstərişində ləğv edilməsini iddia etdiyi sertifikatlarla bağlı xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyi və məhkəmə təqdim edildiyi bildirilir. Xidmət tərəfindən "xxxx" MMC barəsində 22 iyul 2024-cü il tarixli, MN № 15311400 saylı İnzibati xəta haqqında protokolla bağlı iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatına baxılmaqdadır. Əgər Xidmət tərəfindən tərtib edilən ilkin protokol bilavasitə xx.xx.2024-cü il tarixli MN 153426 nömrəli "İnzibati xəta haqqında" protokol ilə əlaqəlidirsə, ilkin protokol üzrə məhkəmə prosesinin yekunlaşmadığını nəzərə alaraq xx.xx.2024-cü il tarixli MN 153426 nömrəli "İnzibati xəta haqqında" protokolu ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X8 göstərilənlərə əsasən o, inzibati xətanın baş verməsində heç bir təqsirlərinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 544.2ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 03 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə 74 ünvanında yerləşən Şəxs MMC tərəfindən uyğunluq sertifikatlarının ləğv edilməsi barədə yazılı tələb yerinə yetirilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti - "xxxx" MMC tərəfindən qanunsuz tərtib edilmiş 110 ayda uyğunluq sertifikatının ləğv edilməsini və bu barədə sənədlər təqdim edilmiş qurumlara məlumat verilməsini, "xxxx" MMC bu göstərişin yerinə yetirilməsi barədə yazılı məlumatı (təsdiqedici sənədlərin surətləri ilə birlikdə) xx.xx.2024-cü il tarixədək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim etməsinə dair 01 avqust 2024-cü il tarixli göstəriş imzalamışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-2915/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Şəxs MMC akkreditasiya olunmadan fəaliyyət göstərərək uyğunluq sertifikatları verdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 538-1.1-ci maddəsi ilə, 2000 (iki min) manat məbləğində cərimə tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1995/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)- 2915/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 544.2-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəflərin izahatını inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, ilkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindənŞəxs MMC-yə xx.xx.2024-cü il tarixli göstəriş göndərilməklə hüquqi şəxsdən AzİnTelecom” MMC tərəfindən qanunsuz tərtib edilmiş 110 ayda uyğunluq sertifikatının ləğv edilməsini və bu barədə sənədlər təqdim edilmiş qurumlara məlumat verilməsini, "xxxx" MMC bu göstərişin yerinə yetirilməsi barədə yazılı məlumatı (təsdiqedici sənədlərin surətləri ilə birlikdə) xx.xx.2024-cü il tarixədək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi məlumat verilməsi tələb edilmiş, daha sonra isə həmin göstərişdə qeyd olunan qanuni tələblərin icra edilməməsi əsas gətirilərək MMC-nin barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 1995/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən "xxxx" MMC-yə 14 iyun 2021-ci il tarixli AZ 02.0533.02.21 saylı 3 illik akkreditasiya attestatı verilmişdir. "xxxx" MMC tərəfindən 01 may 2024-cü il tarixli 3- 27-111/2-1823/2024 nömrəli məktubla 14 iyun 2024-cü il tarixində bitən akkreditasiya attestatının AZS İSO/İEC 17065:2021 “Uyğunluğun qiymətləndirilməsi: məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” standartına uyğun yenilənməsi ilə bağlı müvafiq olaraq Azərbaycan Akkreditasiya Mərkəzinə müraciət ünvanlanmışdır. “AzİnTelecom" MMC 14 iyun 2024-cü il tarixində bitəcək icazənin (akkreditasiya attestatının) müddətinin uzadılması üçün 01 may 2024-cü il tarixində, yəni icazə müddətinin bitməsinə 43 gün qalmış müraciət etmişdir. AzAK-ın 10 iyun 2024-cü il tarixli, 24.053-MAD nömrəli qərarı ilə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, yəni Azərbaycan Akkreditasiya Mərkəzinin akkreditasiya prosesinin davam etdirmək üçün resurslarının olmadığı əsası ilə qəbul edilmişdir. “Lisenziyalar və icazələr haqqında” Qanunun 19.1-ci və 19.2-ci maddələrinə uyğun olaraq icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılması təqdim edilən sənədlərdə çatışmazlıqların aradan qaldırılması üçün həyata keçirilir. Sənədlərdə çatışmazlıqların olduğu isə müraciətin daxil olduğu tarixdən 5 iş günü ərzində bildirilməli idi. Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən bu barədə heç bir tələb göndərilməmişdir. Belə olan halda, hazırki 03 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilən, Şəxs MMC tərəfindən qanunsuz tərtib olunmuş 110 sayda uyğunluq sertifikatlarının ləğv edilməsi barədə yazılı tələbin yerinə yetirilməməsi - qeyd olunan sertifikatlar akkreditasiya attestatının qüvvədə olma müddəti ərzində elektron sistemə daxil edildiyindən öz əhəmiyyətini itirir. Məhkəmə belə qənaətə gəlir ki, səlahiyyətli orqan tərəfindən Şəxs MMC tərəfindən qəbul edilmiş uyğunluq sertifikatlarının ləğv edilməsinə əsas göstərən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar