Məhkəmə qərarları › İş №3(006)-3824/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3824/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3824/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Mərkəzi Bankın tərtib etmiş: nümayəndəsi X5 oğlunun iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: ünvan 1lçisi: Nümayəndə; VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 06.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC 1.238.625,07 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından 26.09.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmədə Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X3 izahatında göstərdi ki, ləğv prosesində olan "xxxx" ASC tərəfindən 01.11.2021-ci il tarixdə Mərkəzi Banka ünvanlanmış müraciətə əsasən müəyyən edilmişdir ki, Şəxs MMC 26.09.2019-cu il tarixdə 1.238.625,07 Rusiya rublu məbləğində vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait müqabilində müvafiq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, avans yolu ilə ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Bu səbəbdən də MMC barəsində müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Eyni zamanda Şəxs MMC-nin qanuni təmsilçisi tərəfindən məhkəməyə təqdim edilmiş və guya həmin köçürmə ilə bağlı alınmış malların ölkəyə idxalını təsdiq edən **********5144 saylı gömrük bəyannaməsi ilə bağlı bildirir ki, bu sənəd üzrə idxal edilmiş malların 07 və 30 may 2019-cu il tarixli köçürmələri üzrə ölkəyə gətirildiyi Şəxs MMC tərəfindən banka bəyan edilmiş və bununla bağlı bank tərəfindən də müvafiq informasiya sistemində aidiyyəti qeydlər aparılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə izahatında göstərmişdir ki, cəmiyyətlə Rusiyada yerləşən OOO “Russkiy Laminat” şirkəti arasında 01.12.2016-cı il tarixli, 118/16 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilə üzrə sifariş edilmiş mallarla bağlı OOO “Russkiy Laminat” şirkəti tərəfindən 25.09.2019-cu il tarixli, РЛ-6729 saylı invoys göndərilmiş və bunun əsasında bu şirkətə 26.09.2019-cu il tarixdə 1.238.625,07 Rusiya rublu məbləğində vəsait köçürülmüşdür. Qeyd olunan vəsait hesabına alınan mallar 18.10.2019-cu il tarixdə ölkəyə idxal olunmuş və bununla bağlı **********5144 saylı gömrük bəyannaməsi tərtib edilmişdir. Bu bəyannamə vaxtında hazırda ləğv prosesində olan "xxxx" ASC-yə də təqdim olunmuşdur. Lakin hansısa səbəbə görə bank bu barədə məlumatı Azərbaycan Respublikası Mərkəzi Bankına göndərməmişdir. Göstərilən bəyannamənin üzərində bank tərəfindən müvafiq qeydin aparılıb həmin sənədi məhkəməyə təqdim edilməsi üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Təxirə salınmış məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatın olmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi (və ya nümayəndəsi) məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əsasən:  Ləğv prosesində olan "xxxx" ASC tərəfindən 01.11.2021-ci il tarixdə Mərkəzi Banka göndərilmiş məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda Şəxs MMC-nin 26.09.2019-cu il tarixdə 1.238.625,07 Rusiya rublu göndərildiyi qeyd olunmuşdur;  Şəxs MMC ilə Rusiyada yerləşən OOO “Russkiy Laminat” şirkəti arasında dəyəri 500.000.000,00 Rusiya rublu olan 01.12.2016-cı il tarixli, 118/16 saylı müqavilə bağlanılmışdır;  Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Rusiyada yerləşən OOO “Russkiy Laminat” şirkətinin hesabına 01.12.2016-cı il tarixli, 118/16 saylı müqavilə üzrə 25.09.2019-cu il tarixli, РЛ-6729 saylı invoysla bağlı 26.09.2019-cu il tarixdə 1.238.625,07 Rusiya rublu məbləğində pul göndərilmişdir;  **********5144 saylı gömrük bəyannaməsinə görə Rusiyada yerləşən OOO “Russkiy Laminat” şirkətinin tapşırığı ilə Şəxs MMC-yə 01.12.2016-cı il tarixli, 118/16 saylı müqavilə üzrə göndərilmiş 90,04 m3 ağacyonqarlı plitələr 18.10.2019-cu il tarixdə ölkəyə gətirilmiş, bu malların dəyəri 1.271.400,08 Rusiya rublu göstərilmişdir;  X1 haqqında məlumatların əldə edilməsi”nə dair müvafiq informasiya sistemindən əldə olunmuş çıxarışa əsasən **********5144 saylı gömrük bəyannaməsi Şəxs MMC tərəfindən 01.12.2016-cı il tarixli, 118/16 saylı müqavilə ilə bağlı edilmiş 30.05.2019cu il tarixli və 03.10.2019-cu il tarixli, 11848 saylı müqavilə ilə bağlı edilmiş 07.05.2019-cu il tarixli köçürmələrlə əlaqədar gətirilmiş mallar üzrə bəyan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini vəməbləğiniəks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilindəmalların ölkəyəidxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır vəya xeyrinəqabaqcadan ödənişin edildiyi şəxs vəya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətindəbanka təqdim edilmədikdəvəya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda vəbu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) vəya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödənişəməliyyatına dair bütün sənədlər 05 (beş) iş günüərzindəAzərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmədə müəyyən edilir ki, Şəxs MMC ilə Rusiyada yerləşən OOO “Russkiy Laminat” şirkəti arasında 01.12.2016-cı il tarixli, 118/16 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilə üzrə sifariş edilmiş mallarla bağlı OOO “Russkiy Laminat” şirkəti tərəfindən 25.09.2019-cu il tarixli, РЛ-6729 saylı invoys göndərilmiş və bunun əsasında bu şirkətə 26.09.2019-cu il tarixdə 1.238.625,07 Rusiya rublu məbləğində vəsait köçürülmüşdür. Lakin Şəxs MMC tərəfindən 2 il müddət ərzində bu vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Eyni zamanda Şəxs MMC-nin qanuni təmsilçisi həmin köçürmə üzrə alınmış malların ölkəyə idxal olunduğunu və bunun da **********5144 saylı gömrük bəyannaməsi ilə bəyan edildiyini bildirsə də, müəyyən edilmişdir ki, həmin sənəd 01.12.2016-cı il tarixli, 118/16 saylı və 03.10.2019-cu il tarixli, 11848 saylı müqavilələrlə bağlı həyata keçirilmiş 07 və 30 may 2019-cu il tarixli köçürmələr üzrə idxal edilmiş malların ölkəyə gətirildiyi Şəxs MMC tərəfindən banka bəyan edilmiş və bununla bağlı bank tərəfindən də müvafiq informasiya sistemində aidiyyəti qeydlər aparılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 1.238.625,07 Rusiya rublu valyuta vəsaiti məbləğinin 20 faizi – 247.725 (iki yüz qırx yeddi min yeddi yüz iyirmi beş) Rusiya rublu məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar