Məhkəmə qərarları › İş №3(006)-3839/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3839/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3839/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1, qərarından şikayət verilmiş orqan Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi E.R.Abdullayev ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə 20 Yanvar dairəsində ona Bakı şəhəri DYPİ-nin YPX inspektoru X4 tərəfindən İXP ******* saylı qeyri-qanuni protokol tərtib edilmişdir. Polis əməkdaşından həmin qanun pozuntusunu görüntüsünü bort terminaldan istəmiş, lakin inspektor “İphone” markalı telefonla çəkilmiş görüntülərini ona təqdim etmişdir. Həmçinin bildirmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 60-cı maddəsinin 4-cü bəndinə əsasən istisna hallarda var və onun vəziyyətində istisnadır, maşın hərəkətdə olduqda yaşıl işıq yanırdı və svetoforun “dirəyi” 2 qapının arasında olduqda sarı işıq yanmış digər maşınlarla bərabər dairəyə girmiş, nə öndən nə də sol tərəfdən svetoforu görmək mümkün olmamışdır. Həmçinin bildirmişdir ki, qırmızı işığın tələblərini pozan sürücüləri deyil, sarı işıqda keçənləri saxlayırlar. Belə ki, 20 Yanvar dairəsində bunu sübut edəcək kifayət qədər kamera var. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi E.R.Abdullayev şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 11-12-də arasında sveteforun yaşıl işıqda hərəkət etmişdir, tıxac olduğundan sarı işıq yananda tıxaca düşmüş, lakin dairədə olmuşdur. O, polis əməkdaşından videogörüntünün ona port terminalda göstərməsini xahiş etmiş, lakin polis əməkdaşı ona özünə məxsus “İphone” markalı telefonunda olan çəkilişi göstərmişdir. Polis əməkdaşı barəsində Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən protokol tərtib etmişdir. Qanunun tələbi odur ki, o, işıqforda elə dayanma etməlidir ki, sveteforu görsün, lakin küçədə tıxac olduğundan o, bu qaydaya əməl edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, şikayətçi E.R.Abdullayev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, inspektorun ona təqdim etdiyi görüntü telefonu ilə çəkilmiş görüntüdür, o avtopatrulda olan görüntünün ona təqdim edilməsini tələb etmişdir. Həmçinin, bildirmişdir ki, onun önündə avtobus olmuş, sol tərəfdə olan sveteforu sağ yandan görməmişdir. O, sveteforun ışıq tələbini pozmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi E.M.Qanbayev şikayətlə razılaşmayaraq bildirmişdir ki, E.R.Abdullayev xx.xx.2023-cü il tarixdə, saat 11:39-da ünvan 1 ünvanında “Chevrolet Cruze” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman sveteforun sarı işığında keçmiş, sveteforun 5-ci saniyəsində qırmızı yanır və E.R.Abdullayev hərəkətinə davam edir. Yaşıl yanıb-sönüb işıqfor onun başının üstündədir. Həmin vaxtı avtobus E.R.Abdullayevin sağ tərəfində olmuş, lakin sonuncunun görüntüsünü pozmamışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və Bakı şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi E.M.Qanbayev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin ərazidə kamera görüntüsü yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, E.R.Abdullayev xx.xx.2023-cü il tarixdə, saat 11:39-da ünvan 1 ünvanında “Chevrolet Cruze” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman sveteforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən, yəni sveteforun qırmızı işığında keçmiş, nəticədə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, E.R.Abdullayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi E.M.Qanbayev tərəfindən məhkəməyə təqdim edilmiş qeydə alınmış görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, E.R.Abdullayev xx.xx.2023-cü il tarixdə, saat 11:39-da ünvan 1 ünvanında “Chevrolet Cruze” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman sveteforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən, yəni sveteforun qırmızı işığında keçmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, E.R.Abdullayev xx.xx.2023-cü il tarixdə, saat 11:39-da ünvan 2 ünvanında “Chevrolet Cruze” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman sveteforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən, yəni sveteforun qırmızı işığında keçmiş, bu hal Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək qeydə alınmışdır. Bu səbəbdən də, E.R.Abdullayev barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş videogörüntüyə əsasən isə müəyyən edilmişdir ki, E.R.Abdullayev həqiqətəndə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmişdir. Bununla da, məhkəmə hesab edir ki, şikayətçi E.R.Abdullayevin xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, M.Cəfərov küçəsi ilə hərəkət edərkən yolun sveteforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən, yəni sveteforun qırmızı işığında keçməsi iş materialları ilə öz təsdiqini tapmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 59-cu maddəsinin 3cü hissəsinə əsasən svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıbsönməsi — bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan E.RAbdullayevin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar