Məhkəmə qərarları › İş №3(006)-3840/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3840/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3840/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Nəsimi rayon İcra şöbəsinin icra məmuru protokolu tərtib etmiş şəxs: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, bina 86da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 09 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 fevral 2013-cü il tarixli, 2(008)- 081/2013 saylı icra sənədinə əsasən cavabdeh X3 (hazırda Şəxs) 30 iyun 2009-cu il tarixli kredit müqaviləsi üzrə 175.000 ABŞ dolları əsas kredit borcu, kreditdən istifadəyə görə 84.457,30 ABŞ dolları faiz olmaqla, cəmi 259.457,30 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), habelə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu “Kapital Bank“ ASC-nin xeyrinə tutulmalı və ödəniş cavabdeh Sadıxova (Milixova) Sofiya Mardaxayevnaya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 32 saylı evin 05 saylı mənzilinə yönəldilməlidir. Həmin mənzilin açıq hərracdan satışından əldə edilmiş vəsaitdən 30 iyun 2009-cu il tarixli kredit müqaviləsi üzrə 175.000 ABŞ dolları əsas kredit borcu, kreditdən istifadəyə görə 84.457,30 ABŞ dolları faiz olmaqla, cəmi 259.457,30 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), habelə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Evin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Sadıxova (Milixova) Sofiya Mardaxayevnaya verilməlidir. Lakin borclu Şəxs icra məmurunun qanuni tələblərinə əməl etməyərək heç bir üzürlü səbəblər olmadan borcunu tam ödəməmiş, nəticədə onun 195.703 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmədə icra məmuru X4 izahatında bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 fevral 2013-cü il tarixli, 2(008)-081/2013 saylı icra sənədinə əsasən cavabdeh X3 - indiki adı Şəxs 30 iyun 2009-cu il tarixli kredit müqaviləsi üzrə 175.000 ABŞ dolları əsas kredit borcu, kreditdən istifadəyə görə 84.457,30 ABŞ dolları faiz olmaqla, cəmi 259.457,30 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), habelə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu “Kapital Bank“ ASC-nin xeyrinə tutulmalı və ödəniş cavabdeh Sadıxova (Milixova) Sofiya Mardaxayevnaya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 32 saylı evin 05 saylı mənzilinə yönəldilməlidir. Həmin mənzilin açıq hərracdan satışından əldə edilmiş vəsaitdən 30 iyun 2009-cu il tarixli kredit müqaviləsi üzrə 175.000 ABŞ dolları əsas kredit borcu, kreditdən istifadəyə görə 84.457,30 ABŞ dolları faiz olmaqla, cəmi 259.457,30 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), habelə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq “Kapital Bank“ ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclu Şəxs (əvvəl adı X5) göndərilmişdir. Qeyd olunan mənzil açıq hərracdan 98.813 manata satılmışdır. Hazırda Şəxs 195.703 ABŞ dolları məbləğində borcu qalmışdır. Borclu ona olunan xəbərdarlığa baxmayaraq tələbi tam təmin etməmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun "xxxx" ASC-yə borcunun qaldığı barədə məlumatı olmamış, o, icra sənədi üzrə olan borcun arvadı Sadıxova (Milixova) Sofiya Mardaxayevnaya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 32, mənzil 05-ə yönəldildiyini hesab edib banka heç bir borcunun olmadığını düşünmüşdür. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasında ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar“icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3cü maddə); • İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1-ci maddə); • Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (31.2-ci maddə). Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar