Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-385/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Bakı Şəhəri BPİ-nin X7 İdarəsinin 11 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı Şəhəri BPİ-nin X7 İdarəsinin 11 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmin Məhkəmənin 14 sentyabr 2021-ci il tarixli, 3(004)-2125/2021 saylı qərardadı ilə (Hakim R.M.Daşdəmirov) şikayəti ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 3(006)-2776/2021 saylı qərarı ilə (Hakim S.R.Ələkbərova) şikayəti təmin edilmiş, Bakı Şəhəri BPİ-nin X7 İdarəsinin 11 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri BPİ-nin X7 İdarəsi həmin qərardan 07 dekabr 2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 3(103)-3026/2021 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 3(006)-2776/2021 saylı qərarı ləğv edilmiş, şikayət baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Şikayətçi Ə.O.Qasımov ərizəsini onunla əsaslandırmışdır ki, 11 sentyabr 2021-ci il tarixdə, saat 16:50-də Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inspektoru X1 onun idarə etdiyi “Mercedes-Benz S500” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və ona guya onun “X5” Azərbaycan Respublikasının Qanununun yol ayrıcını keçmə qaydalarının tələblərini pozduğunu bildirmişdir. O, buna etiraz edərək Bakı şəhər DYPİ yol patrul xidməti ispektoru polis serjantı İ.Tağıyevə onun “X5” Azərbaycan Respublikasının Qanununun yol ayrıcını keçmə qaydalarının tələbini pozmadığını bildirmişdir. Lakin buna baxmayaraq Bakı şəhər DYPİ Yol patrul xidməti ispektoru İ.Tağıyev qərəzli şəkildə onun barəsində 11.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və o, həmin protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat (3 bal) məbləğində cərimə olunmuşdur. Həmçinin polis əməkdaşı ona istinad olunan inzibati xətanı törətməmiş, svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməmiş və Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsininin tələblərini pozmamışdır. Buna baxmayaraq, Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inspektoru İ.V.Tağıyev qanunsuz və əsassız olaraq barəsində 11.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və sonradan həmin protokol əsasında inzibati xəta haqqında iş üzrə həmin tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, həmin qərarla razı deyil (onun yol ayrıcını keçmə qaydalarının tələblərini pozması hadisə yerinin kamera görüntüsü ilə də sübut olunur hansı ki, polis orqanı hazırki inzibati xəta haqqında iş üzrə müvafiq elektron kabinetə bu görüntüləri əlavə edə bilməmişdir). Hesab edir ki, hadisə yerinin kamera görüntüsü məhkəmə tərəfindən tələb olunmalı, kamera görüntülərinə baxılmalı, barəsində obyektiv qərar verilməli və iş üzrə icraata xitam verilməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç (3) aydan az olmayan müddətdə saxlanılmalıdır. Göstərilənlərə əsasən barəsində qəbul edilmiş 11.09.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və Bakı Şəhəri BPİ-nin DYPİ-nə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və Bakı Şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 11 sentyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, Ə.O.Qasımov həmin tarixdə, saat 16:51-də ünvan 1 ünvanında “Mercedes Benz S500” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarının pozması halına yol vermiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 11 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Ə.O.Qasımov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ə.O.Qasımov 11 sentyabr 2021ci il tarixdə ünvan 1 ünvanında “Mercedes Benz S500” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarının pozması halına yol verdiyi müəyyən edilmiş və buna görə də, Ə.O.Qasımovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 11 sentyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və o, eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə həmin maddə ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, Ə.O.Qasımovun barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz ərazi şöbəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, şikayətçi Ə.O.Qasımov barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən polis əməkdaşı tərəfindən mötəbər sübutlara əsaslanılmamış, Bakı Şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakınının təmin edilməsi üçün məhkəmə tərəfindən lazımı qaydada məlumat verilməsinə baxmayaraq Bakı Şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, hadisənin törədilməsi ilə bağlı məhkəməyə hər hansı foto və ya videogörüntü təqdim edilməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin 27 oktyabr 2018-ci il tarixli EQ 100189 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 28 oktyabr 2018-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri BPİ-nin X7 İdarəsinin 11 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı Şəhəri BPİnin X7 İdarəsinəgöndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinin 11 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı Şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-385/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-385/2022
08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver