Məhkəmə qərarları › İş №3(006)-3850/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3850/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3850/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 25.10.2021, 28.10.2021 və 23.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarlardan verdiyi şikayətini məhkəmədə baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 25.10.2021, 28.10.2021 və 23.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdə keçirib, hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İş materiallarından müəyyən edilir ki, müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə X1 barəsində ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, fərqli vaxtlarda törədilmiş müxtəlif inzibati xətaya görə X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxıla bilməz. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol tərtib edilərək ayrıca inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxılması qeyri-mümkün olduğundan şikayət geri qaytarılmalı və şikayətçiyə izah edilməlidir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarların hər birindən ayrı-ayrılıqda şikayət verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 25.10.2021, 28.10.2021 və 23.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarlardan verdiyi şikayəti geri qaytarılsın. Şikayəçiyə izah edilsin ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarların hər birindən ayrı-ayrılıqda şikayət verə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar