Məhkəmə qərarları › İş №3(006)-3854/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3854/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3854/2025 14.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, xx.xx.1945-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, “Qara-Qaya” Assosiasiyasının direktoru Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(081)-37/2015 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu “Qara-Qaya” Assosiasiyasından cəmi 118919.94 manat pul vəsaiti tutularaq “Bank Standart” KB-nin xeyrinə ödənilməlidir. Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-2(081)-6750/2017 saylı, xx.xx.2018-ci il icra sənədinə əsasən borclu “Qara-Qaya” Assosiasiyasından cəmi 21275.13 manat pul vəsaiti tutularaq tələbkar “DSMF-nin Bakı şəhəri üzrə X3 İdarəsinin xeyrinə ödənilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(081)-37/2015 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi xx.xx.2017-ci il tarixdə və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(081)- 6750/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi xx.xx.2018-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Lakin borclu icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmışdır Borclu ona olunan çoxsaylı xəbərdarlıqlara baxmayaraq tələbi təmin etməkdən və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmaqdadır. İcra sənədləri üzrə bu günə olan ümumi borc cəmi 140194,27 manat pul vəsaiti təşkil edir. Beləliklə, “Qara-Qaya” Assosiasiyasının direktoru Şəxs icra sənədlərinin icrasını təmin etməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra məmuru, tələbkarların nümayəndələri və barəsində inzibati icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə icra məmurunun, tələbkarların nümayəndələrinin və barəsində inzibati icraat aparılan şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(081)-37/2015 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu “Qara-Qaya” Assosiasiyasından cəmi 118919.94 manat pul vəsaiti tutularaq “Bank Standart” KB-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan və həmin tarixli könüllü icra barədə bildirişdən görünür ki, həmin tarixdə 1 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin 2-2(081)-37/2015 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu “Qara-Qaya” Assosiasiyasına tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-2(081)- 6750/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu “Qara-Qaya” Assosiyasından cəmi 21275.13 manat pul vəsaiti tutularaq tələbkar “DSMF-nin Bakı şəhəri üzrə X3 İdarəsinin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan və həmin tarixli könüllü icra barədə bildirişdən görünür ki, həmin tarixdə 1 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin 2-2(081)-6750/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu “Qara-Qaya” Assosiasiyasına tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Nəsimi rayon icra şöbəsinin “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin 2-2(081)-37/2015 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi və 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-2(081)-6750/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərində borclu “Qara-Qaya” Assosiasiyası olduğundan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, “Qara-Qaya” Assosiasiyasının direktoru Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-2(081)-37/2015 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin və 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-2(081)-6750/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, “Qara-Qaya” Assosiasiyasının direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Qara-Qaya” Assosiasiyasının direktoru Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında “Qara-Qaya” Assosiasiyasının direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, “Qara-Qaya” Assosiasiyasının direktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, “Qara-Qaya” Assosiasiyasının direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Qara-Qaya” Assosiasiyasının direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar