Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3855/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X4, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsinin nümayəndəsi təhlükəsizlik şöbəsinin inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi tərəfindən onun barəsində təkrar olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərar qanunsuzdur. Belə ki, bundan əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi tərəfindən eyni əsasla onun barəsində xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Nəsimi Rayon Məhkəməsinin 3(006)-1612/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmiş, qeyd olunan inzibati xəta haqqmda materiallar yenidən araşdırılması üçün göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin həmin 3(006)-1612/2025 nömrəli xx.xx.2025ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 1297/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə rədd edilmiş, qərar qüvvədə saxlanmışdır. Bundan sonra X9 Polis İdarəsi tərəfindən əlavə izahat alınmağı üçün çağırılmağını gözləsəm də, nə mən, nə də eyni tarixdə barəsində qərar qəbul edilmiş və ləğv edilmiş keçmiş iş yoldaşım X8 təkar çağrılmamışlar. X9 Polis İdarəsi bizim əlavə izahatları alınmadan, təkrar olaraq eyni məzmunlu İnzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İkinci qərarın surətini xx.xx.2025-ci il tarixində rəsmi olaraq poçt vasitəsilə almışdır. Bundan sonra X9 Polis İdarəsinin binasına gedib, iş materialları ilə tanış olmaq istəmiş və müvafiq yazılı ərizə vermişdir. Lakin İdarənin əməkdaşları, o cümlədən, qəbulunda olduğu İdarənin rəisi Sultan Zeynalov materialların ona təqdim edilməyəcəyini, sənədlərlə məhkəmədə tanış ola biləcəyini demişlər. Bunun özü də qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.1-ci maddəsi onun inzibati iş materialları ilə tanış olmaq hüququnu birbaşa nəzərdə tutmuşdur. Məhz bu səbəbdən də, o, barəsində qəbul edilmiş ikinci qərarın qanuni olduğunu düşünmür. Ona görə də ondan şikayət vrmişdir. Əvvəlki qərarla bağlı isə qısaca olaraq, aşağıdakıları bildirir. Əvvəlki qərarda qeyd edilir ki, o, xx.xx.2025-ci il tarixdə Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşıma departamentinin rəisi Azər Fərəcova qarşı xoşagəlməz hərəkət edərək, ictimai qaydanı pozmuşdur. Bildirir ki, qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. O, Sərnişin daşıma departamentinin rəisi Azər Fərəcovla ancaq əmək haqqının kəsilməsi ilə bağlı danışmış, narazılığını bildirmişdir. Belə ki, o, Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşıma departamentinin Sərnişin daşımanın təşkili Xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsində Tarif üzrə mütəxəssis vəzifəsində işə başlamışdır. O, hər ay 563,37 manat tarif üzrə, habelə 1 həftə sonra 236,63 manat, cəmi 800 manat əmək haqqı almışdır. 2025-ci ilin yanvar ayının 18-də onun təqsiri olmadan "Turan" Tovuz Futbol klubunun şəxsi heyətinin daşınması ilə bağlı çətinlik yarandığından, ona xx.xx.2025-ci il tarixində əsassız olaraq şiddətli töhmət verilmişdir. Halbuki onun bu işdə təqsiri olmamışdır. Onun əmək funksiyasına aid olmayan iş aydın və birmənalı olmayan formada ona tapşırılmış, ona yetərincə məlumat verilməmişdir. Hazırda həmin əmrdən məhkəməyə iddia vermiş və iş Nəsimi Rayon Məhkəməsinin icraatındadır. O, Azər Fərəcovdan, töhmət verilməsi ilə bağlı əmrdə bu barədə qeyd olmadığı halda əmək haqqının hansı əsasla kəsilməsini maraqlanmışdır. Bu zaman heç bir xuliqanlıq hərəkətlərinə yol verməmişdir. X9 Polis idarəsi tərəfindən inzibati xəta haqqında qərarın hansı əsaslara istinad edib, sözügedən qərarı qəbul etdiyi ona aydın deyil. Ona hansısa sübutlar təqdim edilməmiş, bunlara dair onun münasibəti öyrənilməmişdir. Qeyd etdiklərinə əsasən onun barəsində İnzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X10 şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətinin təmin edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsinin nümayəndəsi təhlükəsizlik şöbəsinin inspektoru, polis baş leytenantı X2 bildirmişdir ki, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsinə ünvanlanmış 18 fevral 2025-ci il tarixli məktubu əsasında dərhal araşdırma aparılmış və müəyyən edilmişdir ki, 14 fevral 2025-ci il tarixində təxminən saat 17:49 radələrində "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi X10 Departament rəisinin xidməti otağına daxil olaraq özünəməxsus mobil telefon vasitəsilə qarşı tərəfin razılığı olmadan qanunsuz və əsassız olaraq audio və video qeydiyyat aparmış, yüksək səs tonu ilə danışaraq Departament rəisinə qarşı qeyri-etik ifadə və hərəkətlərə yol vermişdir. Departament rəisinin iş rejimini pozmuş, görülməli olan işlərin keyfiyyətli və vaxtında icra edilməsinə ciddi maneələr törətmişdir. Bundan sonra "xxxx" QSC-nin Mühafizə departamentinin əməkdaşlarına müraciət edilmiş, onlar Departament rəisinin xidməti otağına gəlsələr də, Ziyad Dəmirov xidməti otağı tərk etməyərək qayda pozuntularını davam etdirmiş, polis və mühafizə əməkdaşlarının müdaxiləsi nəticəsində saat 18:59 radələrində sonuncu xidməti otağı tərk etmişdir. Ziyad Dəmirova bu hadisədən sonra xx.xx.2025-ci il tarixdə əvvəlcədən "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin sərnişin daşımanın təşkili xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılov tərəfindən məlumat verilərək həmin gün səhər saatlarında planlaşdırma iclasında iştirak etməsinə zərurət olmadığına dair elektron məktubla, həmçinin “whatsapp” mobil tətbiqi vasitəsilə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, Ziyad Dəmirov həmin tarixdə saat 09:10 radələrində zorla Departament rəhbərliyi tərəfindən keçirilən planlaşdırma iclasında iştirak etmək istəmiş, "xxxx" QSC-nin daxili intizam qaydalarının 3-cü maddəsinin 1-ci hissəsinin 12-ci bəndinin tələblərini qəsdən pozaraq iclası tərk etməmişdir. Onun bu hərəkəti planlaşdırma iclasının ləğv edilməsinə səbəb olmuşdur. Daha sonra Ziyad Dəmirov təkrarən xx.xx.2025-ci il tarixində 11:39 radələrində rəhbərlik etdiyi Şöbənin əməkdaşları Azad Azayev, Aygün Cəfərova və Toğrul Əşrəfov ilə birlikdə yenidən Departamentin Sərnişin daşımanın təşkili xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılovun xidməti otağına daxil olmuş, Azad Azayev və Ziyad Dəmirov özlərinə məxsus mobil telefon vasitəsilə audio və video qeydiyyat apararaq Emil İsmayılovun xidməti işinə ciddi maneə törədərək iş prosesini pozmuş, onunla qeyri-etik tərzdə söhbətlər aparmışdır. Nəticədə iş prosesi dayanmış və heç bir iş icra edilməmişdir. Bundan başqa təxminən saat 14:10 radələrində təkrarən Ziyad Dəmirov və Azad Azayev Departament rəisinin xidməti otağına daxil olmuş, yenidən iş prosesinə maneə törədərək yüksək səs tonları ilə qeyri-etik formada Departament rəisinin ünvanına nalayiq ifadələr səsləndirmiş və şəxsi əşyalarını götürmüşlər. Departament rəisi otağından çıxmış, adıçəkilən şəxslər də onun arxasınca dəhlizə çıxmışlar. Daha sonra Departament rəisi xidməti otağına qayıtdıqda qapını bağlamış, lakin Azad Azayev və Ziyad Dəmirov zor tətbiq etməklə otağa daxil olmuş və hərəkətlərini davam etdirmişlər. Bu dəfə də Departament rəhbərliyinin müraciəti əsasında "xxxx" QSC-nin mühafizə departamentinin əməkdaşları, həmçinin DYP NPİ-nin əməkdaşları Sərnişin daşımaları departamentinə dəvət edilərək adıçəkilən şəxsləri təxminən saat 14:35 radələrində kənarlaşdırmışlar. Bütün bu baş verənlər müşahidə kameralarının videogörüntüləri ilə öz təsdiqini tapmış və aidiyyəti şahidlərin imzası ilə 14 fevral və 17 fevral 2025-ci il tarixli aktlarla sənədləşdirilmişdir. Azad Azayevin və Ziyad Dəmirovun işlərinə X9 Polis İdarəsinin Təhqiqat və İstintaq Şöbəsində müvafiq araşdırma aparıldıqdan sonra onlar barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Bundan başqa təqdim edilmiş məlum hadisə ilə bağlı audio və videoqeydiyyat cihazlarının yazılarının tam həqiqəti əks etdirir, montaj və müdaxilənin olunmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində "xxxx" QSC-nin X6 mütəxəssisi X11 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 18:00 – 19:00 aralığında işlədiyi Departamentin X6 qarşısında səs-küy gəldiyini eşidərək çölə çıxmışdır. Mühafizə əməkdaşlarına yaxınlaşaraq nə olduğunu soruşduqda bildirilmişdir ki, şöbə müdiri Ziyad Dəmirov departamentin rəisi Azər Fərəcovun otağına girərək səs-küy salır və otağı tərk etmir. Daha sonra isə polis əməkdaşları Ziyad Dəmirova yaxınlaşaraq sonuncunun otaqdan çıxmasını təmin etmişlər və polis əməkdaşlarının müşayiəti ilə Ziyad Dəmirov departamentdən çıxmışdır. Həmin vaxt Ziyad Dəmirov yüksək səslə danışaraq binanı tərk etmişdir. Bundan sonra, yəni xx.xx.2025-ci il tarixdə saat 14:15 radələrində departamentin dəhlizində yüksək səslərin gəldiyini eşidərək dəhlizə çıxmışdır. Bu zaman Ziyad Dəmirovun və Azad Azayevin mobil telefonla departamentin rəisini videoya çəkdiyini və sonuncuların səs-küy salaraq icazəsiz departamentin rəisinin otağına daxil olduqlarını görmüşdür. Daha sonra isə səs-küyə mühafizə xidmətinin və digər şöbələrin əməkdaşları gəlmişdir. Polis əməkdaşlarıda hadisə yerinə gəlmişdir. Həmin vaxt Ziyad Dəmirov və Azad Azayev yüksək səslə danışaraq səs-küy salmışlar, nalayiq ifadələrdən istifadə edərək departamentin iş rejimini pozmuşdur. O, məcbur olaraq departamentdə olan vətəndaşları binadan göndərmiş, hətta departamentin xanım əməkdaşlarıda səs-küydən və nalayiq ifadələrə görə otaq qapılarını bağlamışlar. Polis əməkdaşları Ziyad Dəmirovu və Azad Azayevi departamentin rəisinin otağından məcburi qaydada çıxarmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün dəhlizdə polis əməkdaşları və digər əməkdaşlar olmuş, o, departamentin rəisinin otağında olmasa da, lakin səs-küyü eşitmişdir. Həmin vaxt Ziyad Dəmirovun və Azad Azayevin konkret olaraq hansı nalayiq ifadələrdən istifadə etdiyini eşitməmişdir. X16 və Azad Azayev yüksək səslə qışqırmışlar, departamentin rəisinin ünvanına “tərbiyəsizsən” ifadəsini işlətmişlər və otağı tərk etməkdən imtina etmişlər. O, 14 fevral 2025-ci il tarixdə Azad Azayevi görməmiş, lakin 17 fevral 2025-ci il tarixdə Azad Azayev də hadisə yerində olmuşdur. Məhkəmə iclasında şahid qismində "xxxx" QSC-nin SDD-nin SDTX-nin rəis müavini X3 izahat verərək bildirmişdir ki, o, 14 fevral 2025-ci il tarixdə axşam saatlarında bir məsələnin müzakirəsinə görə departamentin rəisi Azər bəyin yanına getmiş, bu zaman "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin sərnişin daşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi Ziyad Dəmirovun yüksək səslə danışığını görmüşdür. Biraz keçdikdən sonra isə departamentin rəisinin otağının qarşısına polis və mühafizə xidmətinin əməkdaşlarının yığıldıqlarını görmüşdür. O, içəridə nə baş verdiyini soruşduqda, ona bildirilmişdir ki, Ziyad Dəmirov departamentin rəisinin otağında səs-küy salaraq otağı tərk etməkdən imtina etmişdir. Daha sonra isə Ziyad Dəmirov yükək səslə danışarq binanı tərk etmişdir. 17 fevral 2025-ci il tarixdə isə departamentin əməkdaşı Azad Azayev ona yaxınlaşaq hansı əsasla maaşından tutulma edildiyini bildirmişdir. O, isə bildirmişdir ki, maaşdan tutulma onun səlahiyyətlərinə daxil deyil və o, bu barədə hər hansı əmr verə bilməz. Bu məsələ ilə bağlı insan resurslarına və ya departamentin rəisinin yanına getməsini təklif etmişdir. Lakin, Azad Azayev israrla bu əmrin onun tərəfindən verildiyini bildirmiş və mobil telefon ilə videoçəkiliş aparmağa başlamış, ona və departamentin rəisinə qarşı əsassız müxtəlif ittihamlar irəli sürmüşdür. O, Azad Azayevə videoçəkiliş apardığını soruşduqda sonuncu videoçəkiliş apardığını etiraf etmişdir. Orada 40-50 dəqiqə mübahisə davam etmiş, o mühafizə xidmətinin əməkdaşlarını dəvət etsə də, lakin həmin əmıəkdaşlar müdaxilə etməmişlər. Təxminən 1 saat sonra isə Planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi Ziyad Dəmirov mobil telefon ilə videoçəkiliş apararaq ora yaxınlaşmış, bundan sonra Azad Azayev və Ziyad Dəmirov birlikdə ona və departamentin rəisinə qarşı əsassız müxtəlif ittihamlar irəli sürmüşlər. Daha sonra isə nahar fasiləsi olmuş və o, oradan çıxmışdır. Nahardan sonra isə onu departamentin rəisinin yanına çağırmışlar, o, departamentin rəisinin otağına gedən zaman orada boyük səs-küy olduğunu və polis və mühafizə xidmətinin əməkdaşlarının orada dayandıqlarını görmüşdür. O, da otağa daxil olmuş, bu zaman Azad Azayevin və Ziyad Dəmirovun mobil telefon ilə videoçəkiliş apardıqlarını, departamentin rəisinə qarşı əsassız ittihamlar irəli sürdüklərini görmüşdür. Ziyad Dəmirov və Azad Azayev yüksək səslə qışqırmışlar, Ziyad Dəmirov departamentin rəisinin ünvanına “tərbiyəsizsən” ifasini işlətmiş və otağı tərk etməkdən imtina etmişlər. X18 Azayevin işdən çıxarılması ilə bağlı olan sənədə imza çəkmədiyi üçün aralarında bu barədə müzakirə aparılmış, X16 imza çəkməkdən imtina etdiyi üçün, sonuncu departamentin rəisinin otağına dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində "xxxx" QSC-nin SDD-nin XKÖŞ-nin aparıcı mütəxəssisi X12 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 18:00 radələrində "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin sərnişin daşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi Ziyad Dəmirov departamentin rəisinin otağında səs-küy salaraq otağı tərk etməkdən imtina etmişdir. Həmin vaxt Ziyad Dəmirov polis əməkdaşlarının və mühafizə xidmətinin əməkdaşları vasitəsi ilə binadan kənarlaşdırılmışdır. 17 fevral 2025-ci il tarixdə isə Ziyad Dəmirov və Azad Azayev birlikdə departamentin rəisinin otağına daxil olaraq orada səs-küy salmışlar, rəisin ünvanına nalayiq ifalər işlətmişlər. Ziyad Dəmirov və Azad Azayev yüksək səslə qışqırmışlar, Ziyad Dəmirov departamentin rəisinin ünvanına “tərbiyəsizsən” ifasini işlətmiş və hər iki şəxs otağı tərk etməkdən imtina etmişdir. Ziyad Dəmirov və Azad Azayev binadan polis əməkdaşlarının və mühafizə xidmətinin əməkdaşları vasitəsi ilə kənarlaşdırılmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 mart 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, "xxxx" QSC-nin Sərnişin daşımaları departamentində baş vermiş mübahisə faktı əsasında X9 Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində toplanmış HK-1/19 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Daxili İşlər Nazirliyi NBPİ X9 Polis İdarəsinin İTŞ-nin 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(006)-1612/2025 saylı qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında materialların yenidən araşdırılması üçün Daxili İşlər Nazirliyi NBPİ X9 Polis idarəsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1297/2025 saylı, 26.5.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ X9 Polis İdarəsininin şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(006)-1612/2025 saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X10 "xxxx" QSC-nin Sərnişin daşıma departamentinin rəhbərinin xidməti otağına zorla daxil olaraq ona qarşı yüksək səslə kobud ifadələr işlədərək ictimai qaydanı pozması əsası ilə Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunan zaman qanunvericiliyin tələblərinə əməl olunmamış, qərarda hadisənin baş vermə tarixi qeyd olunmamışdır. Məhkəmə iclasında sədrlik edənin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda hadisənin baş vermə tarixinin qeyd olunmamasının səbəbləri barədə verilmiş sualına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsinin nümayəndəsi tərəfindən dəqiq və səlist cavab verilməmiş, əsaslı səbəb göstərilməmiş, hadisə barədə ilk əvvəl tərtib olunmuş 07 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda hadisənin baş vermə tarixinin qeyd olunması bildirilmişdir. Halbuki, hazırki iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın mübahisələndirilmişdir. Beləliklə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, işin faktiki halları araşdırılan zaman müəyyən olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(006)- 1612/2025 saylı qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək qərarda göstərilən hallar yenidən araşdırılması üçün Daxili İşlər Nazirliyi NBPİ X9 Polis idarəsinə göndərilsə də, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi qeyd olunan qərarda göstərilən xüsusatlara əməl edilmədən və heç bir araşdırma aparılmadan, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X4 "xxxx" QSC-nin Sərnişin daşıma departamentinin rəhbərinin xidməti otağına zorla daxil olaraq ona qarşı yüksək səslə kobud ifadələr işlədərək ictimai qaydanı pozması əsası ilə yenidən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Halbuki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 3(006)- 1612/2025 saylı qərarı nəzərdən keçirilən zaman müəyyən olunur ki, HK-1/19 nömrəli material əsasında başlanmış araşdırma zamanı ziddiyyətli məqamların mövcud olması, baş vermiş hadisənin faktiki hallarının tam, obyektiv araşdırılmaması səbəbi ilə iş yenidən araşdırılması üçün 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək qərarda göstərilən hallar yenidən araşdırılması üçün Daxili İşlər Nazirliyi NBPİ X9 Polis idarəsinə göndərilmiş və həmin qərarda konkret olaraq araşdırılması lazım olan faktlar göstərilmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək İXM-in 510-cu maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə bir daha qeyd edir ki, X10 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir mötəbər və əsaslı sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, xırda xuliqanlıq etməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X4 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Hazırki halda X4 hərəkətlərində ictimai qaydanı pozan hərəkətlər etməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan məhkəmə iclasında X10 tərəfindən ictimai asayışı pozmasının, hansı nalayiq ifadələr işlətməsinin, işlətdiyi ifadələrin “nalayiq ifadə” olmasının nədə ifadə olunmasını müəyyən etməyə imkan verən mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, məhkəməyə təqdim edilən audio və video yazılar nəzərdən keçirilən zaman X10 tərəfindən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməsi müəyyən olunmamışdır. Məhkəmə xüsusilə qeyd edir ki, X10 tərəfindən ictimai qaydanı pozan hərəkətlər etməsini müəyyən etmək mümkün olmamış, işin faktiki halları ilə rəhbər və işçi münasibətlərinin pozulması nəticəsində yaranmış mübahisə və müzakirənin hansı əsaslarla X10 tərəfindən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinməsini müəyyən etmək mümkün olmamışdır. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Əməli törətmiş şəxsin (fiziki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X10 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı mötəbər sübut olduğu halda, X4 iştirakı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində əsaslı və yetərli mötəbər sübutlar göstərilməklə hazırki məhkəmə qərarının qərarın təsviri əsaslandırıcı hissəsində qeyd olunan bütün nüanslar araşdırılmaqla yenidən əsaslı qərar qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsinə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3855/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3855/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver