Məhkəmə qərarları › İş №3(006)-386/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-386/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-386/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş 046-46438 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə baxaraq, m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş 046-46438 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X2 046-46438 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, şikayət ərizəsinə tarixi müəyyən edilməyən 046-46438 saylı inzibati qərar əlavə etmişdir. Göründüyü kimi inzibati qərarın tarixi müəyyən olunmadığından şikayət vermə müddətinin ötürülməsi və həmin qərarın nə dərəcədə hüquqi əhəmiyyətli rəsmi sənəd olması müəyyən olunmamışdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə hansı tarixdə qərar qəbul edilməsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş 046-46438 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş 046-46438 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar