Məhkəmə qərarları › İş №3(006)-3861/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3861/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3861/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4, X2nun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu Şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(008)-10/2019 saylı və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2877/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə göstərilən tələbin icrasını qərəzli səbəbdən təmin etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X7 izahat verərək bildirdi ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(008)-10/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 31.500 (otuz bir min beş yüz) manat məbləğində pul tutularaq X1na ödənilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2877/2020 saylı xx.xx.2020ci il tarixli icra vərəqəsinə əsasən isə, borclu Şəxs 16.500 (on altı min beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 16.530 (on altı min beş yüz otuz) manat məbləğində pul tutularaq X2nun xeyrinə ödənilməlidir. İcra sənədləri icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlama haqqında qərarlar qəbul edilərək bildirişlərlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələblər borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədlərinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. İcra sənədləri üzrə hazırda olan qalıq borc 42.900 (qırx iki min doqquz yüz) manatdır. Digər zərər çəkmişlə əlaqə saxlaya bilməmişlər. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, uzun müddətdir ki, xəstə olmuşdur. Bu gündən etibarən ödənişlərə başlayacaq. Hazırda təsərrüfatla məşğul olur, bazar gününə kimi ***-**** manat da ödəyəcək. Torpağını satdığa qoymuşdur, onu satan kimi borcunu qaytaracaq. Hazırda qətnamənin icrası ilə bağlı tələbkar Azər Hüseynovla razılığa gəlmiş, sonuncu borcu ödəməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin icrası ilə bağlı borclu ilə borcun ödənilməsi barədə razılığa gəldiklərini, odur ki, borcu ödəməsi üçün A.V.Hüseynova vaxt verilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasında iştirak etmədiyindən onun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(008)-10/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 31.500 (otuz bir min beş yüz) manat məbləğində pul tutularaq X1na ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2019-ci il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(008)-10/2019 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2877/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 16.500 (on altı min beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 16.530 (on altı min beş yüz otuz) manat məbləğində pul tutularaq X2nun xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2877/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. X2 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, o, borclu ilə razılığa gəlmiş, odur ki, borcu ödəməsi üçün A.V.Hüseynova vaxt verilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə, icra işinin materiallarını və tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş ərizəni tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar