Məhkəmə qərarları › İş №3(006)-3861/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3861/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3861/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Lənkəran rayonu, Siyavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Lənkəran rayonu, Siyavar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:20 radələrində idarə etdiyi 49 kub mühərrikli “Minsk” markalı mopedlə Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi ilə S.Əsgərova küçəsinin kəsişməsində “Stop” yol nişanının tələbini pozaraq dayanmadan yolayırıcna daxil olmuş və həmin vaxtı S.Əsgərova küçəsi ilə keçid üstünlüyünə malik olan X1 idarə etdiyi “Khazar” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyib onunla toqquşmuş, nəticədə H.Zeynalova maddi zərər vurulmuşdur. Məhkəmədə barəsində icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə, saat 22:20 radələrində idarə etdiyi 49 kub mühərrikli “Minsk” markalı mopedlə sifariş üçün Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsində yerləşən “Hot box” restoranına gedirdi. Həmin vaxtı S.Əsgərova küçəsinin kəsişməsinə çatdıqda diqqətsizlik edərək “Stop” yol nişanının tələbinə əməl etməyib hərəkətini davam etmiş, bu zaman S.Əsgərova küçəsi ilə X1 idarə etdiyi “Khazar” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticədə həmin avtomobilə zərər dəymiş, özü isə yüngül xəsarət almışdır. Avtomobilə dəymiş zərərlə bağlı onun sürücüsü ilə razılığa gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərər çəkmiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş yolnəqliyyat hadisəsinin sxeminə əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:20 radələrində idarə etdiyi 49 kub mühərrikli “Minsk” markalı mopedlə Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi ilə S.Əsgərova küçəsinin kəsişməsində “Stop” yol nişanının tələbini pozaraq dayanmadan yolayırıcna daxil olmuş və həmin vaxtı S.Əsgərova küçəsi ilə keçid üstünlüyünə malik olan X1 idarə etdiyi “Khazar” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyib onunla toqquşmuş, nəticədə H.Zeynalova maddi zərər vurulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi həmin Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 338.4-cü maddəsində velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsi, sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınması, yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulması, sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsi, nasaz velosipeddən istifadə etmə, piyadaların hərəkətinə maneə yaradılması, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi aiddirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ hissəsinə əsasən 1.12 (stop-xətt) — 2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan siqnalı verildikdə, sürücünün dayanmalı olduğu yeri göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar