Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3866/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri Nəsimi rayonu, Həzi Aslanov, ev 115, mənzil 21; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* (00100- 02356/24) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* (00100-02356/24) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/010404 saslı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildirirlər ki, həmin raportda qeyd edilən Şəxs MMC tərəfindən **********3357 və **********3437 sorğu nömrəli gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq malların öhdəlik müddətinin uzadılması üçün xx.xx.2029-cü il tarixdə müraciət edimişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” VAİS informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2022ci il tarixli **********3357 sorğu nömrəli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkə ərazisindən geri qaytarma müddətinin son tarixi bəyan olunduğu gündən 1 (bir) il müddət, yəni xx.xx.2023-cü il tarix, Şəxs MMC tərəfindən verilmiş 3-33-1100/1-030644/2023 nömrəll xx.xx.2023-cü il tarixli gömrük prosedurunun müddətinin uzadılmasına dair müraciət əsasında xx.xx.2024-cü il tarix müəyyən edilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli **********3437 sorğu nömrəli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkə ərazisindən geri qaytarma müddətinin son tarixi bəyan olunduğu gündən 1 (bir) il müddət, yəni xx.xx.2023-cü il tarix Şəxs MMC tərəfindən verilmiş 3-33-1100/1- 030644/2023 nömrəli xx.xx.2023-cü il tarixli gömrük prosedurunun müddətinin uzadılmasına dair müraciət əsasında xx.xx.2024-cü il tarix müəyyən edilmişdir. Qeyd olunan raportda göstərilənlər tərəflərindən araşdırma, zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarıxli **********3357 və **********3437 sorğu nömrəli gömrük bəyannamələri ilə “daxildə emal” xüsusi gömrük prosedurunda bəyan olunan yüklərin ölkə ərazisindən geri qaytarılma müddətinin son, tarixi xx.xx.2023-cü il tarix müəyyən edilsədə, adı qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən gömrük prosedurunun müddətinin uzadılmasına dair müraciətə əsasən malların öhdəlik müddəti bitdikdən 2 (iki) gün sonra xx.xx.2023-cü il tarixdə qeyd edilən yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 3-33- 1100/012/010101 saylı xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən **********3357 və **********3437 dorğu nömrəli gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2023-cü il tarixində bitməsinə baxmayaraq malların öhdəlik müddətinin uzadılması üçün xx.xx.2023cü il tarixində müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3866/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3866/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver