Məhkəmə qərarları › İş №3(006)-3877/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3877/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3877/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X4, X1 nümayəndəsi X5 iştirakı ilə, Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, X12, ev 1, mənzil 26; VÖEN: **********) barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X4 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-83/2025 saylı icra vərəqəsinə əsasən iddiaçı X3 ilə cavabdeh Şəxs MTK arasında Bakı şəhəri, 41 saylı notariat kontorunda bağlanılmış xx.xx.2019-cu il tarixli, 3M-268 Reyestr nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə sökülməsi üçün verilmiş xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 201 nömrəli evin birinci mərtəbəsində yerləşən 12 nömrəli mənzilin ½ hissəsinin əvəzində cavabdeh tərəfindən həmin ərazidə (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi ərazidə) inşa edilmiş çoxmərtəbəli yaşayış binasının birinci (faktiki) mərtəbəsində, S.Rəhimov istiqamətində (giriş qapısı küçəyə, Nikola Tesla parkına açılan hissə) 50 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi cavabdeh Şəxs MTK tərəfindən iddiaçıya təhvil verilməli, cavabdeh Şəxs MTK-dan xx.xx.2023-cü il tarixdən hesablayaraq hər ay üçün 400 manat hesablanmaqla kirayə haqqı tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Lakin borclu öz üzərinə düşən vəzifələri icra etməmiş, icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X8 izahatına bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)- 83/2025 saylı icra vərəqəsinə əsasən iddiaçı X3 ilə cavabdeh Şəxs MTK arasında Bakı şəhəri, 41 saylı notariat kontorunda bağlanılmış xx.xx.2019-cu il tarixli, 3M-268 Reyestr nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə sökülməsi üçün verilmiş xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 201 nömrəli evin birinci mərtəbəsində yerləşən 12 nömrəli mənzilin ½ hissəsinin əvəzində cavabdeh tərəfindən həmin ərazidə (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi ərazidə) inşa edilmiş çoxmərtəbəli yaşayış binasının birinci (faktiki) mərtəbəsində, S.Rəhimov istiqamətində (giriş qapısı küçəyə, Nikola Tesla parkına açılan hissə) 50 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi cavabdeh Şəxs MTK tərəfindən iddiaçıya təhvil verilməli, cavabdeh Şəxs MTK-dan xx.xx.2023-cü il tarixdən hesablayaraq hər ay üçün 400 manat hesablanmaqla kirayə haqqı tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin borclu giriş qapısı Tesla parkına olan hissədə yer olmadığını bildirərək binanın Azadlıq prospekti istiqamətində qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində 60 kv.m qeyri-yaşayış sahəsini kompensasiya kimi təklif etdiklərini bildirmişdir. Bu təklif isə tələbkar tərəfindən qəbul edilmir. Qeyd olunanlara əsasən Şəxs MTK-nin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X9 izahatında bildirmişdir ki, borclu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-83/2025 saylı icra sənədinin icrasını təmin etmir. Odur ki, onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-83/2025 saylı icra vərəqəsindən görünür ki, iddiaçı X3 ilə cavabdeh Şəxs MTK arasında Bakı şəhəri, 41 saylı notariat kontorunda bağlanılmış xx.xx.2019-cu il tarixli, 3M-268 Reyestr nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə sökülməsi üçün verilmiş xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 201 nömrəli evin birinci mərtəbəsində yerləşən 12 nömrəli mənzilin ½ hissəsinin əvəzində cavabdeh tərəfindən həmin ərazidə (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi ərazidə) inşa edilmiş çoxmərtəbəli yaşayış binasının birinci (faktiki) mərtəbəsində, S.Rəhimov istiqamətində (giriş qapısı küçəyə, Nikola Tesla parkına açılan hissə) 50 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi cavabdeh Şəxs MTK tərəfindən iddiaçıya təhvil verilməli, cavabdeh Şəxs MTK-dan xx.xx.2023-cü il tarixdən hesablayaraq hər ay üçün 400 manat hesablanmaqla kirayə haqqı tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxsnə icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-83/2025 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin Şəxsnə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-83/2025 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Beləliklə, Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-83/2025 saylı icra vərəqəsi üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və ona görə də onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın nümayəndəsinin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-83/2025 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs məhkəmə qərarında göstərildiyi qaydada üzərinə düşən öhdəliyi icra etməmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qərarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MTK-nin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar