Məhkəmə qərarları › İş №3(006)-3889/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3889/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3889/2023 23.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa bağları 346 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-3417/2013 saylı icra sənədinə əsasən 58656,8 ABŞ dolları məbləğində borcun ödənilməsindən yayınır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru A.T.Hümbətov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2013-ci il tarixli, 2(103)-3417/2013 saylı icra sənədinə əsasən Şəxs "xxxx" ASC-nin xeyrinə xx.xx.2008-ci il tarixli, 120908-1976xxxx/197601 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 24.500 ABŞ dolları əsas kredit borcu, 33.656,80 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 500 ABŞ dolları hesablanmış penya borcu, cəmi 58.656,8 (əlli səkkiz min altı yüz əlli altı dollar səksən sent) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 20 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İcra sənədi üzrə icraata xx.xx.2013-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Sonuncuya inzibati məsuliyyət haqqında bildiriş xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və xəbərdarlıqlar edilmişdir. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, borclunun daşınmaz əmlakı olaraq mənzili və “BMW X5 minik” markalı avtomobili olduğu aşkar olunmuşdur. Hal-hazırda borclunun icra sənədi üzrə bugünədək ödənilməmiş 58656,8 ABŞ dollar borcu qalmışdır. Borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən aldadıldığını iddia etdiyi üçün boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru A.T.Hümbətov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmamasının səbəbi adına mənzilin və avtomobilinin olması olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, onun icra sənədindən məlumatı var. Belə ki, həmin borc X2 aiddir, sonuncu onunla birlikdə 12 nəfəri aldatmışdır. O, Ş.N.Nağıyevin barəsində tədbirlər görülsün deyə polis və prokurorluq orqanlarna müraciət etmişdir. Bundan başqa, 10 il ərzində 6-7 dəfə ölkədən çıxmışdır, bu müddət ərzində həmin borcları gündəmə gətirən və onu axtaran olmamışdır, ASC-nin rəhbəri dəyişdikdən sonra borcların ödənilməsini tələb edir. Həmçinin, onun borcla heç bir əlaqəsi yoxdur, buna görə də heç bir ödəniş etməmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2013-ci il tarixli, 2(103)-3417/2013 saylı icra sənədindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə xx.xx.2008-ci il tarixli, 120908-1976xx-xx/197601 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 24.500 ABŞ dolları əsas kredit borcu, 33.656,80 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 500 ABŞ dolları hesablanmış penya borcu, cəmi 58.656,8 (əlli səkkiz min altı yüz əlli altı dollar səksən sent) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 20 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Nəsimi Rayon İcra şöbəsinin xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-3417/2013 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi Rayon İcra şöbəsinin borcluya ünvanladığı xx.xx.2013cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Nəsimi Rayon İcra şöbəsinin borcluya ünvanladığı xx.xx.2023cü il tarixli inzibati məsuliyyət haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Nəsimi Rayon İcra Şöbəsinin borcluya ünvanladığı xx.xx.2019 və xx.xx.2021-ci il tarixli xəbərdarlıqlarından görünür ki, icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə inzibati və cinayət məsuliyyəti yarandığı bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2013-ci il tarixli, 2(103)-3417/2013 saylı icra sənədinə əsasən Şəxs "xxxx" ASC-nin xeyrinə xx.xx.2008-ci il tarixli, 120908-1976xx-xx/197601 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 24.500 ABŞ dolları əsas kredit borcu, 33.656,80 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 500 ABŞ dolları hesablanmış penya borcu, cəmi 58.656,8 (əlli səkkiz min altı yüz əlli altı dollar səksən sent) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 20 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İcra sənədi üzrə icraata xx.xx.2013-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Sonuncuya inzibati məsuliyyət haqqında bildiriş xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və xəbərdarlıqlar edilmişdir. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, borclunun daşınmaz əmlakı olaraq mənzili və “BMW X5 minik” markalı avtomobili olduğu aşkar olunmuşdur. Halhazırda borclu icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən aldadıldığını iddia etdiyi üçün boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı borclu Şəxs borcunu ödəməkdən boyun qaçırması, borclunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclu məhkəmə iclasında onun etibarından sui-istifadə edərək adına kredit götürən şəxs Ş.N.Nağıyevin barəsində tədbirlər görülsün deyə polis və prokurorluq orqanlarna müraciət etməsini bildirməsinə baxmayaraq bununla bağlı məhkəməyə hər hansı şikayət ərizəsi və ya müraciət məhkəməyə təqdim etməmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 23 avqust 2023-cü il tarixdən, saat 09:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 23 avqust 2023-cü il tarixdən, saat 09:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Nəsimi Rayon İcra Şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar