Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3896/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs QSC-nin nümayəndəsi və “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 00700-00201/24 nömrəli, 04 sentyabr 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzindən Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1800/012/003145 nömrəli raportun icrası zamanı müəyyən edilmişdir ki, Şəxs QSC tərəfindən Sumqayıt Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli **********1285 sorğu nömrəli bəyannaməsi üzrə ixrac olunmuş malların müqabilində 4432,21 (dörd min dörd yüz otuz iki dollar, iyirmi bir sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti ixracatçının müvəkkil bankda olan hesabına bugünədək köçürülməmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Gömrük İdarəsindən hüquqi şəxs Şəxs QSC-yə ünvanlanmış «alqı-satqı yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair» xx.xx.2024-cü il tarixli 3-33-1800/2-000986/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-33-1800/2-001110/2024 nömrəli xəbərdarlıq və bildiriş məktublarına əsasən həmin hüquqi şəxs xarici iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaitini 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasında olan müvəkkil bank hesabına köçürməli olduğuna dair lazımi qaydada xəbərdar edilmiş və ona hüquqi məsuliyyəti barədə qabaqcadan izah verilmişdir. Faktla bağlı araşdırma zamanı Şəxs QSC-nin səlahiyyətli nümayəndəsi kimi çıxış edən Azərbaycan Respublikası vətəndaşı X3 xx.xx.2024-cü il tarixdə Əməliyyat və təhqiqat şöbəsində verdiyi izahatında qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli **********1285 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 4432,21 (dörd min dörd yüz otuz iki dollar, iyirmi bir sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri qaytarılıb. İş materiallarına əlavə edilmiş Mərkəzi Bankın rəsmi internet səhifəsinə baxış keçirilməsi haqqında protokola əsasən 4432,21 (dörd min dörd yüz otuz iki dollar, iyirmi bir sent) ABŞ dolları milli valyutaya nisbətdə 7534,75 (yeddi min beş yüz otuz dörd manat, yetmiş beş qəpik) təşkil edir. Qeyd olunan faktla bağlı 04 sentyabr 2024cü il tarixdə Sumqayıt Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-in 483-cü maddəsi ilə 00700-00201/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs QSC tərəfindən Sumqayıt Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli AFF-249-23 nömrəli müqaviləyə istinad etməklə xx.xx.2024-cü il tarixli **********1285 sorğu nömrəli gömrük bəyannaməsi üzrə alqı-satqı yolu ilə rəsmiləşdirilərək Türkiyə Respublikasına ixrac edilmiş malların müqabilində QSC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 4432,21 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti QSC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına qanunvericiliklə müəyyən edilmiş müddət ərzində köçürülməmişdir. Şəxs QSC tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac edilmiş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin edilməli olduğu halda. xx.xx.2024-cü il tarixli **********1285 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların dəyəri geri qaytarılmayaraq, milli valyutaya nisbətdə 7534,75 (yeddi min beş yüz otuz dörd manat, yetmiş beş qəpik) manat təşkil edən 4432,21 (dörd min dörd yüz otuz iki dollar, iyirmi bir sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaitinin müvəkkil bank hesabına köçürülməsi təmin edilməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş bank hesabına məcburi Qaydada köçürülməli olan xarici valyuta vəsaitləri tam olaraq xaricdən qaytarılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24,06.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən Qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Lakin, Şəxs QSC tərəfindən xx.xx.2024cü il tarixli **********1285 sorğu nömrəli gömrük bəyannaməsi üzrə öhdəlik müddətinin bitməsinə baxmayaraq, milli valyutaya nisbətdə 7534,75 (yeddi min beş yüz otuz dörd manat, yetmiş beş qəpik) manat təşkil edən 4432,21 (dörd min dörd yüz otuz iki dollar, iyirmi bir sent) ABŞ dolları məbləğində xarici valyutada vəsaiti hələ də müvəkkil bank hesabına köçürülməsi təmin edilməmiş, bununla da xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Qeyd olunan faktla bağlı 04 sentyabr 2024-cü il tarixdə Sumqayıt Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-in 483-cü maddəsi ilə 00700- 00201/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs QSC tərəfindən Sumqayıt Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli AFF-249-23 nömrəli müqaviləyə istinad etməklə xx.xx.2024-cü il tarixli **********1285 sorğu nömrəli gömrük bəyannaməsi üzrə alqı-satqı yolu ilə rəsmiləşdirilərək Türkiyə Respublikasına ixrac edilmiş malların müqabilində QSC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 4432,21 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti QSC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına qanunvericiliklə müəyyən edilmiş müddət ərzində köçürülməmişdir. Şəxs QSC tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiva yolu ilə ixrac edilmiş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin edilməli olduğu halda xx.xx.2024-cü il tarixli **********1285 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların dəyəri geri qaytarılmayaraq, milli valyutaya nisbətdə 7534,75 (yeddi min beş yüz otuz dörd manat, yetmiş beş qəpik) manat təşkil edən 4432,21 (dörd min dörd yüz otuz iki dollar, iyirmi bir sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaitinin müvəkkil bank hesabına köçürülməsi təmin edilməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş bank hesabına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitləri tam olaraq xaricdən qaytarılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haggında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Lakin, Şəxs QSC tərəfindən xx.xx.2024-cü il tarixli **********1285 sorğu nömrəli gömrük bəyannaməsi üzrə öhdəlik müddətinin bitməsinə baxmayaraq, milli valyutaya nisbətdə 7534,75 (yeddi min beş yüz otuz dörd manat, yetmiş beş qəpik) manat təşkil edən 4432,21 (dörd min dörd yüz otuz iki dollar, iyirmi bir sent) ABŞ dolları məbləğində xarici valyutada vəsaiti hələ də müvəkkil bank hesabına köçürülməsi təmin edilməmiş, bununla da xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Nəticədə, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta faktını törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkili X4 izahatında bildirdi ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən ixrac olunan malın dəyərinin bir hissəsi xx.xx.2024-cü il tarixdə digər hissəsi isə mayın ayında təqdim olunubdur. Qeyd olunanlara əsasən, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş 3-33-1800/012/003145 nömrəli xx.xx.2024-cü il tarixli raportdan görünür ki, «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarına görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanuna və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxalixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına müvafiq olaraq, xarici, iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Belə ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması məsuliyyət yaradır. "xxxx" QSC (VÖEN: **********) tərəfindən xarici valyuta vəsaitlərinin qaytarılmaması ilə əlaqədar müəssisənin ünvanına müvafiq bildiriş və xəbərdarlıq göndərilmişdir. Bununla yanaşı Dövlət Gömrük Komitəsinin X1 sistemində banklarla gömrük orqanları arasında olan elektron hesabat formasından alınmış məlumata "xxxx" QSC tərəfindən rəsmiləşdirilən **********1285 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 4432,21 ABŞ dolları məbləğində olan vəsait sözügedən hesabatda bu günədək öz əksini tapmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin Azadlıq Filialı tərəfindən Şəxs QSC-yə verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, Ziraat Bank Azərbaycan” ASC-nin Azadlıq Filialında olan cari hesaba daxil olan vəsaitlər üçün təqdim edilən **********1285 saylı 166815,48 TRY məbləğli gömrük bəyannaməsi 31598,46 TRY xx.xx.2024 və 135217,02 TRY xx.xx.2024-cü il tarixlərində gömrük portalında tam bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarına əsasən malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Bundan əlavə yuxarıda istinad olunan Qərarda göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs QSC -nin təqsiri müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs QSC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs QSC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 00700-00201/24 nömrəli, 04 sentyabr 2024-cü il tarixli (EP № 0118919) inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-3896/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3896/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver