Məhkəmə qərarları › İş №3(006)-3898/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3898/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3898/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Tovuz rayonu, Qaraxanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai i30” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Y.Həsənov küçəsi ilə hərəkətdə olan zaman ara məsafəsi saxlamayaraq qarşıda hərəkətdə olan X5 idarə etdiyi “Hyundai Elentra” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncu maşın da qarşıda olan X1 məxsus “Mercedes-Benz 270D” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə sürücü M.Əliyev yüngül dərəcəli bədən xəsarəti almışdır. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Elşən İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai i30” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi ilə üzü 3-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olan zaman qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan “Hyundai Elentra” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən tormozlamış, aralarında ara məsafə az olduğundan idarə etdiyi avtomobil həmin avtomobilə dəymiş, sonuncu avtomobil də qarşısında olan X1 məxsus “Mercedes-Benz 270D” markalı, **-ER- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə nəticəsində sürücü X6 yüngül bədən xəsarətləri almışdır. O, zərər çəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Ona yüngül tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində baş vermişdir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1127 saylı rəyinə əsasən X5 bədənində aşkar edilmiş xəsarətlər – alt dodağın selikli qişasının iri ölçülü əzilmiş-cırılmış yarası, üst çənədə soldan ll dişin travmatik laxlaması, həmin dişin diş ətinə və üst dodağın selikli qişasına qansızma bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cu il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; • 20.12.2016-cı il tarixli, AC seriyalı, 720855 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B, C» kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • 14.09.2020-ci il tarixli, AD 878153 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai i30” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 məxsusdur və bu avtomobil xx.xx.2024-cü il tarixli etibarnamə ilə xx.xx.2025-ci il tarixədək idarə edilməsi üçün Şəxs verilmişdir; • X5 izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində idarə etdiyi “Hyundai Elentra” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi ilə üzü 3-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olan zaman qarşıda piyada keçidində yol vermək üçün avtomobillər tormozlamış, o da ora yaxınlaşanda sürətini azaldıb avtomobili tam tormozlamış, bir neçə saniyə sonra arxada onunla eyni istiqamətdə hərəkətdə olan “Hyundai i30” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi onun avtomobilinin arxa hissəsi ilə toqquşmuş və nəticədə o, xəsarət alaraq həkimə müraciət etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinə görə sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxsnın şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar