Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-39/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri BPİ X6 İdarəsinin əməkdaşı Xeyrulla Cəlilovun qəbul etdiyi ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri BPİ X6 İdarəsinin əməkdaşı Xeyrulla Cəlilovun qəbul etdiyi ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərarından şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə onun barəsində DİN BDYPİ tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən verilmiş TP ******* saylı qərar Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-4727/2023 saylı qərarı ilə ləğv edilərək iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilmişdir. Bakı şəhər DYPİ-dən onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq dəvət olunmuş, gələ bilməyəcəyini demiş, ona bildirilmişdir ki, təkrar baxış edilmiş, avtomobilin yarısı sarı işığa, yarısıda qırmızı işığa düşmüşdür. Etiraz olaraq “Whatsapp” vasitəsi ilə cavab yazaraq bildirmişdir ki, sarı işıq yanarkən deyil, sarı işıq yanıb-sönərkən keçmişdir. Bununla əlaqədar ünvanına xx.xx.2023-cü il tarixində poçt vasitəsi ilə (zərfin surəti əlavə olunur) Bakı şəhər BPİ DYPİ-nin X2 İşlər üzrə İcraat şöbəsinin inspektoru, polis mayoru Xeyrulla Cəlilovun imzası ilə ******* saylı qərar daxil olmuşdur. Qərarda yazılmışdır ki, guya, o, bildirmişdir ki, “gələ bilmirəm və yarısı sarı işıqda, yuarısı qırmızı işıqda keçdiyimi bilirəm”. Bir daha qeyd edir ki, tərəfindən belə cavab verilməmişdir (“Whatsapp” yazısı əlavə olunur). Əlavə olaraq qərarda yazılmışıdr ki, svetoforun sarı işığında hərəkəti davam etdirmiş və sonda İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan əməli törətdiyinə görə 80 manat məbləğində inzibati qaydada cərimə olunmağı qərara alınmışdır. “X4 ” AR Qanununun 59cu maddəsinin İİ hissəsinin 4-cü bəndi ilə müəyyən olunmuşdur ki, sarı rəngli işığın yanıbsönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu biidirir, təhlükə barədə xəbərdarlıq edir. Həmin qanunun 60-cı maddəsinin İV bəndi ilə müəyyən olunmuşdur ki, svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Göründüyü kimi qanun hətta sarı işıq yandıqda belə müəyyən şərtlər daxilində hərəkətə icazə verir, indiki halda isə tərəfindən sarı işıq yanıb-sönərkən hərəkət davam etdirilmişdir. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, İXM-nin 53.1 maddəsinin 53.1.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.1.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, X2 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 130.1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər (qərar poçt vasitəsi ilə ona xx.xx.2023-cü il tarixində təqdim olunmuşdur). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X2 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Onun qeyd olunan inzibati pozuntunu törətmədiyi nəzərə alınaraq, Bakı şəhəri BPİ X6 İdarəsi tərəfindən yazılmış 20 oktyabr 2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş X3 şikayəti müdafiə edərək 20 oktyabr 2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri BPİ X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri BPİ X6 İdarəsinin əməkdaşı Xeyrulla Cəlilovun qəbul etdiyi ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri BPİ X6 İdarəsinin əməkdaşı Xeyrulla Cəlilovun qəbul etdiyi ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan X2 işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən X2 işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Belə ki, nəqliyyat vasitəsinin svetoforun sarı işığında hərəkəti davam etdirməsi videogörüntü olmadan müəyyən edilməsi mümkün deyildir. Arif Qurbanovun İXM-nin 327.2ci maddəsi ilə təqsirli bilinməsi barədə qərarda belə bir sübutdan istifadə edilməsi öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, X2 işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi Arif Qurbanovun üzərinə düşmədiyindən və sonuncu tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən sübut müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, onun ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərar əsasında Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, Arif Qurbanovun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir, buna görə də onun hərəkətlərində həmin maddə ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından tərtib edilmiş ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, X2 işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X2 işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda X2 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasını təsdiq edən sübut olmadan formal mülahizələrə əsasən onu inzibati məsuliyyətə cəlb etmişdir. Ona görə də, şikayət təmin edilərək Bakı şəhəri BPİ X6 İdarəsinin əməkdaşı Xeyrulla Cəlilovun qəbul etdiyi ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri BPİ X6 İdarəsinin əməkdaşı Xeyrulla Cəlilovun qəbul etdiyi ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərar ləğv edilsin və X1 Azərbaycan Respublikası İXMin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-39/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-39/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver