Məhkəmə qərarları › İş №3(006)-3900/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3900/2024

20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3900/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X3 iştirakları ilə, X1 Bakı şəhəri BPİ-nin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri BPİ-nin X10 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPŞ yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tamamən əsassız hesab edir. Belə ki, həmin protokolda xx.xx.2024-cü il tarixdə, saat 08:50 radələrində Bakı şəhəri, Moskva prospekti ilə hərəkət edərkən **-SP-*** dövlət qeydiyyat nömrəli “Hyundai County” avtobusu ilə Şamaxinka adlanan yerdən üzü 20 Yanvar metro stansiyasına doğru hərəkətdə olarkən, sağ zolaqla hərəkətini davam etdirərkən 20 Yanvar adlanan əraziyə çataraq avtobuslar üçün nəzərdə tutulmuş dayanacağa girmiş və bir neçə sərnişin düşürtmüş, həmin vaxt qarşısında DYPİ-yə məxsus maşında olan polis əməkdaşı ona yaxınlaşaraq nə üçün avtobus xətti ilə hərəkət etdiyini bildirdikdən sonra polis əməkdaşına o da öz növbəsində avtobusla sərnişin daşıdığı üçün bu səbəbdən o da dayanacaqda sərnişin düşürmüşdür. Bundan başqa, o, inspektora əgər avtobus xəttinə girmək ona qadağa olsaydı gün ərzində dəfələrlə bir neçə kamera altından keçdiyi üçün ona cərimələr yazılardı. Daha sonra inspektora AYNA-dan əldə etdiyi 7 illik ölkə daxilində sərnişin daşımasına dair sənəd göstərmiş və bildirmişdir ki, sifariş əsasında sərnişin daşımağına icazəsi vardır. Polis əməkdaşı ona yenidən avtobus yoluna girdiyi üçün cərimə yazacağını bildirdikdən sonra ona cəriməni yazmış kağıza imza çəkib ona gətirib vermiş və inspektor oradan çıxıb getmişdir. Təxminən 5 dəqiqə sonra ona SMS bildirişi gəlmiş və o dərhal “ASAN PAY”ə daxil olaraq baxıb görmüşdür ki, ona Azərbaycan Respublikası İXM-nin 346.3-cü maddəsi ilə cərimə yazılmışdır. Həmin maddə ümumi istifadə də olan nəqliyyat vasitəsini nəzərdə tutulmuş dayanacaqdan kənarda sərnişin mindirib düşürtmək, yəni onu ittiham elədiyi guya avtobus xətti idi, o da qanunla yazıla bilməz deyə ona yalandan Azərbaycan Respublikası İXM-nin 346.3-cü maddəsi yazıb orda dayanacaqda kamerada var, həmçinin xidməti maşında da camera vardır. O, inspektorla təxminən 10 dəqiqə mabahisə etmişdir. Göstərilənlərə əsasən, Bakı şəhəri BPİ-nin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, X5 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, X5 xx.xx.2024-cü il tarixdə saat 08:58-də idarə etdiyi “Hyundai County” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 346.3-cq maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Odur ki, X1 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 346.3-cü maddəsinə əsasən X1 barəsində qəbul edimiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri BPİ-nin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 İXM-nin 346.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2024cü il tarixli buraxılış vəsiqəsindən görünür ki, X4 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2031-cü il tarixədək avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalar üzrə qeyri-müntəzəm sərnişin daşımasına icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2024cü il tarixli buraxılış kartından görünür ki, X4 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2031-cü il tarixədək “Hyundai County” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtobusla ölkədaxili sifarişli sərnişin daşınmasına icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.3-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə - yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X8 “Hyundai County” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtobusu sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırması qaydasını pozmadığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, X5 barəsində olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri BPİ-nin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri BPİ-nin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar