Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3902/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı X1 barəsində xx.xx.2025-ci il tarixli, EQ 27856244 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 28384922 nömrəli inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş qərarlardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində xx.xx.2025-ci il tarixli, EQ 27856244 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 28384922 nömrəli inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq mübahisələndirilən qərarlarda göstərilən inzibati xətaların Binəqədi rayonu ərazisində baş verməsini nəzərə alaraq Binəqədi Rayon Məhkəməsinə müraciət etdiyini bildirmiş və buna görə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, X2 şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 118, 130 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində xx.xx.2025-ci il tarixli, EQ 27856244 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 28384922 nömrəli inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş qərarlardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3902/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3902/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver