Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3903/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərarından şikayət verilmiş orqan Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə X2 Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhər DYPİ Polis X1 xx.xx.2024cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 30 (otuz) manat məbləğində cərimə tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarı yeni əldə etmişdir. xx.xx.2024-cü il tarixdə, təxminan saat 16:53 radələrində M.Əliyev küçəsinə getmək üçün "Bolt" şirkətindən taksi sifariş vermiş, belə ki, ünvana çatdıqda taksi sürücüsü maşını düz yolun ortasında saxlayaraq, onlara maşından düşməyi bildirmişdir. Şikayətçi isə münasib bir yerdə saxlamasını təklif etdikdə, onun təklifinə məhəl qoymamışdır. 3 nəfər olmuşlar. Onlar həm sol, həm sağ qapını açıb düşmək istəmişlər Sol tərəfdən qapını açan zaman digər maşın sürətlə gəlib qapıya çırpılmışdır şikayətçi maşına tərəf əyilmişdir. Hadisə zamanı xəsarət almamışdır. Bu zaman maşının sürücüsü şikayətçini günahkar bilərək, hadisəni onun törətdiyini demişdir. Şikayətçinin halı pisləşmiş, rəfiqələrimin köməkliyi ilə evə qayıtmışdı. Hadisə yerinə polis dəvət olunmamış, təxminən 2 gün müddət keçdikdən sonra mobil nömrəyə 30 manat məbləğində cərimə olunmağı barədə sms gəlmişdir. Daha sonra Bakı şəhər DYPİ-dən zəng olunaraq onu inzinbati binaya dəvət etmişlər. Qardaşı ilə birlikdə Bakı şəhər DYPİ-nə getmiş və bu barədə izahat yazmışdır. 30 manat cərimə pulunu ödəmişdir.xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin həkimi Mirnəsir Mirhəsənlinin icraatında olan 2(012)-3265/2024 saylı iş barədə məlumat gəlmişdir. Üzürlü səbəblərdən həmin məhkəmə iclasında iştirak edə bilməmişdir. Qəti şəkildə bu qeyd edilənlər ilə razı olmadığından, həyəcanlı və stres içində olduğu üçün həmin cərimə pulunu ödəmişdir. O, barəsində xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, şikayətçi özü də nəqliyyatların hərəkəti zamanı avtomobilin qapısını açdığını etiraf etmişdir. X3 tərəfindən verilmiş şikayət əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayətçi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə səlahiyyətli orqanın izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X9 İdarəsinin polis kapitanı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 16:53-də sərnişinlər tərəfindən nəqliyyat vasitələrinə minmə və düşmə qaydalarının pozulması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 30 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. 338.3-cü maddəsinə əsasən, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 56-cı maddəsinin 10-cu hissəsinin 3-cü bəndinə əsasən, sərnişinlərə nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq qadağandır. Məhkəmə araşdırması zamanı X2 hərəkət vaxtı nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarını pozduğu, nəqliyyat vasitəsinin qapısını açıq saxladığı nəticədə, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-3903/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3903/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver