Məhkəmə qərarları › İş №3(006)-3904/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3904/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3904/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X3 Bakı şəhəri X12 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024cü il tarixli “inzibati xəta haqqında iş üzrə” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri X12 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR DİN Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru polis serjantı X7 tərəfindən Məmmədcəfər Cəfərov 1A prospektindən, Azadlıq prospektinə doğru hərəkətdə olduğu zaman saxlanılaraq barəsində xx.xx.2024-cü il tarixli, İXP6267193 saylı protokol tərtib edilmişdir. Şikayətçinin sürücülük hüququ olmadığı üçün, eyni zamanda səhhətində problem olduğu üçün **-ZE- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili şikayətçi yanında olmaqla qardaşı idarə etmişdir. Bu vaxta qədər qardaşı X2 heç bir yol polisi saxlamamış və nə telefonuna, nə də ev ünvanına bu cərimənin yazılması ilə bağlı bildiriş gəlməmişdir. Barəsində tərtib olunan protokol qərarlı protokol kimi qeydə alınmış və bu barədə şikayətçiyə heç bir məlumat verilmədən və şikayətçinin iştirakı olmadan DİN Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru polis serjantı X7 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP6267193 saylı qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, guya şikayətçi dayan-durma qaydasını maşını idarəetmə hüququ olmadan pozmuşdur. Dayan-durma qaydalarının tələblərinin pozulması halına yol verilmiş, nəticədə İXM-nin 469.3-cü və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə həmin qərarda yekun olaraq qeyd olunmuşdur ki, AR İXM-nin 469.3-cü və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X5 barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Barəsində tərtib olunmuş qərarla razı olmadığı, əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati iş üzrə icraat başlanıla bilmədiyindən başlanmış icraata isə xitam verilməlidir. İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxslərə tətbiq olunur. İşin faktiki hallarından da göründüyü kimi, nəliyyat vasitəsini sürücülük vəsiqəsi olan qardaşı X4 idarəetməni həyata keçirmişdir. Bu zaman şikayətçi də onun yanında oturmuşdur. Eyni zamanda hazırda mübahisələndirilən qərarı Bakı şəhər DYPİ-dən götürərkən də onun inzibati xəta törətməyini təsdiq edən mötəbər sübutu tələb etsə də, onlarda şikayətçiyə təqdim ediləcək yəni idarəetməni həyata keçirməyi ilə bağlı foto və video görüntünün olmamasını bildirmişdirlər. Beləliklə qərarda göstərilən xüsusatlar, yəni şikayətçi tərəfindən yolda müəyyən edilmiş dayan-durma qaydalarının və nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarəetməyi ilə bağlı tələblərinin pozulması kimi İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini sübuta yetirmir. Qüvvədə olan inzibati qanunvericilikdə mötəbər sübutlara əsasən müəyyən edilmiş təqsirə görə məsuliyyətin hazırkı vəziyyətdə barəsində AR İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qanunsuz və əsassız hesab edir. Buna görə də, DYPİ tərəfindən vətəndaş kimi qanunla qorunan hüquqları kobud şəkildə pozulmuş, heç bir inzibati xəta törətmədiyi halda məsuliyyətə cəlb edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Bakı şəhəri X12 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri X12 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X11 İdarəsinin polis serjantı X7 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında TP ******* nömrəli, xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixində, saat 12:36-da Bakı şəhəri, M.Cəfərov, 1A ünvanında “Chevrolet Aveo minik” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 300 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X12 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhəri X12 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar