Məhkəmə qərarları › İş №3(006)-3908/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3908/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3908/2024 13.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., H.Seyidzadə küçəsi, ev 22A, mənzil 54-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-3569/2017 saylı icra vərəqəsinə əsasən Şəxs iddiaçı "xxxx" ASC-nin xeyrinə 24.500 ABŞ dolları əsas kredit borcu, müqavilə qüvvədə olduğu müddətdə ödənilməmiş 3.772,81 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitəndən sonra 5% hesablanmış 2.698 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, cəmi 31.070,81 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulmalı, tutma Şəxs məxsus “Mercedes-Benz E200 CGİ” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracdan satılmalı və əldə edilən pul vəsaitindən "xxxx" ASC-yə olan borc ödənilməlidir. Şəxs "xxxx" ASC-nin xeyrinə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində keçirilmiş ekspertiza xərci dövlət nəfinə tutulmalıdır. Lakin Şəxs icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, qalıq borcu ödəməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-3569/2017 saylı icra vərəqəsinə əsasən Şəxs iddiaçı "xxxx" ASC-nin xeyrinə 24.500 ABŞ dolları əsas kredit borcu, müqavilə qüvvədə olduğu müddətdə ödənilməmiş 3.772,81 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitəndən sonra 5% hesablanmış 2.698 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, cəmi 31.070,81 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulmalı, tutma Şəxs məxsus “Mercedes-Benz E200 CGİ” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracdan satılmalı və əldə edilən pul vəsaitindən "xxxx" ASC-yə olan borc ödənilməlidir. Şəxs "xxxx" ASC-nin xeyrinə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində keçirilmiş ekspertiza xərci dövlət nəfinə tutulmalıdır. İcra sənədi icraata daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. xx.xx.2019-cu il tarixdə icra sənədinin icrası ilə “Mercedes-Benz E200 CGİ” markalı avtomobil təmir yerində aşkar olunarkən onun qapıları bağlı, qabaq duman əleyhinə işıqları sökülmüş vəziyyətdə, qabaq sol təkəri isə boş idi, həmçinin dövlət nömrə nişanları üzərində deyildir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və açarları təqdim edilməmişdir. Həmin avtomobil evakuator vasitəsilə 8 saylı cərimə meydançasına aparılmışdır. Bu barədə müvafiq akt da tərtib edilmişdir. Daha sonra "xxxx" MMC tərəfindən keçirilmiş hərracda xx.xx.2022-ci il tarixli, Y-72/21 saylı “Hərracın yekunları barədə” protokola əsasən “Mercedes-Benz E200 CGİ” markalı avtomobil 3.525 manata "xxxx" ASC BOKT-a satılmışdır. Hazırda Şəxs icra vərəqi üzrə qalan məbləği ödəməmiş, ona olunan xəbərdarlığa baxmayaraq tələbi tam təmin etməmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-3569/2017 saylı icra vərəqəsində qeyd olunan borc ona məxsus avtomobilə yönəlib açıq hərracda satılmışdır. Qətnamədə borcun avtomobilinə yönəlməsi qeyd olunduğu üçün o, başqa borcunun qaldığını düşünməmiş və ondan qalan məbləği də tələb edən olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirirək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-3569/2017 saylı icra vərəqəsinin icra ilə bağlı heç bir pozuntu edilməmişdir. Belə ki, icra sənədində tələbin borcluya məxsus avtomobilə yönəldilməsi qeyd olunmuş, həmin avtomobil açıq hərracda satılmış, Şəxs bununla bağlı heç bir maneə yaratmamışdır. İcra sənədi üzrə borcun qalan hissəsinin Şəxs alınması barədə isə heç bir göstəriş mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar