Məhkəmə qərarları › İş №3(006)-392/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-392/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-392/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: X3 iştirakları ilə Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhər X9 İdarəsi tərəfindən əsassız olaraq 07 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü (üfiqi nişanlanma xətlərinin tələbini pozma) maddəsinin tələblərinin pozulması ilə bağlı barəsində 07 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir. O, həmin protokolda qeyd edilmiş hadisə ilə heç bir əlaqəsinin olmadığını, 07 avqust 2024-cü il tarixdə, saat 09:30 radələrində protokolda qeyd olunan ərazidə olmadığını, bundan əlavə protokola hər hansı sübutun əlavə olunmadığını əsas gətirərək şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi işin halları ilə tanış olaraq müəyyən etmişdir ki, Bakı şəhər X9 İdarəsi tərəfindən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hesab etmişdir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Bakı şəhər X9 İdarəsi heç bir araşdırma aparmadan xx.xx.2024cü il tarixdə 150 manat məbləğində cərimənin tətbiq edilməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar çıxarmış, lakin bu qərar nə onun elektron kabinetinə yerləşdirilmiş, nə də fiziki olaraq ünvanına çatdırılmışdır. Cərimənin ödənilməməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə mülkiyyətində olan “Nissan Tiida” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həbs oluncağı barədə sms-bildirişi aldıqdan sonra o, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu X8 İdarəsinə yaxınlaşaraq sözügedən qərarı əldə etmişdir. İXP ******* nömrəli, 07 sentyabr 2024-cü il tarixli protokol elektron qaydada tərtib edilməmişdir. Bu o, deməkdir ki, əgər inzibati xəta hadisəsi həqiqətən mövcud idisə bu vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilib protokollaşdırmalı, onun izahatı alınmalı idi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəalarına əsasən digər tədbirlər görülməli idi. Bundan əlavə, ehtimal edilən inzibati xətanın törədilməsi hər hansı foto və ya video çəkilişləri ilə qeydiyyata alınmamışdır. Bakı şəhəri Nəsimi rayonu X8 İdarəsinin əməkdaşı tərəfindən protokol qanunsuz tərtib edilmiş, onun əsasında qəbul edilmiş inzibati tənbehin verilməsi haqqında qərar isə əsassız çıxarılmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X5 izahatında göstərdi ki, həmin vaxt Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində söküntü işləri görüldüyü üçün yolların istiqamətləri dəyişdirilmiş, yol nizamlayıcılarının göstərişi ilə hərəkət davam etdirilmişdir. Həmçinin Bakı şəhər X8 İdarəsinin əməkdaşları tərəfindən onun şikayətində göstərdiyi hallar araşdırılmır, süründürməçiliyə yol verilir, məhkəmə qərarında da hörmət edilmir, heç məhkəməyə də gəlmirlər. Bu səbəbdən də şikayətinin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 3(006)- 4067/2024 saylı qərarına əsasən X5 07 avqust 2024-cü il tarixdə, saat 09:30da Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində idarə etdiyi “Nissan Tiida” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi üzrə təqsirli bilinib 150 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən 07 sentyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir; • Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə X1 Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhər X9 İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan, habelə mövcud olan məhkəmə qərarında göstərilmiş işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək prosessual pozuntular aradan qaldırılmamışdır. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməli, eyni zamanda 07 avqust 2024-cü il tarixdə, saat 09:30-da Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində hərəkət istiqamətlərinin dəyişdirilibdəyişdirilməməsi müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Eyni zamanda 07 avqust 2024-cü il tarixdə, saat 09:30-da Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində hərəkət istiqamətlərinin dəyişdirilib-dəyişdirilməməsi müəyyən edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar