Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3921/2023 05.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar 518.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2023cü il tarixdə Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə A.Əliyev və C.Səlimov küçəlkərini əhatə edən ünvanda yerləşən tikilməkdə olan çoxmənzilli yaşayış binasında YTM zamanı X1 pozulduğu müəyyən edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi B.İ.Xankişiyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Ədliyyə Nazirliyinin qərarı xx.xx.2023-cü il tarixdə imzalanmış, xx.xx.2023-cü il tarixdə isə rəhbərliyə məruzə edilmişdir. İdarə tərəfindən 05 gün qabaq yoxlama aparılacaq şəxsə məlumat verilir, 05 günün sonunda isə yoxlanış keçirilmişdir. Yoxlama ildə 2 dəfə aparılır. Belə ki, Şəxs MMC-də yanğın-texniki müayinəsinin keçirilmiş və yerindəcə akt tərtib edilmişdir. yoxlama nəticəsində məlum olmuşdur ki, orada yanğınsöndürən ləvazimatlar quraşdırılmayıb habelə, tullantılar da daşınmamışdır. Bu səbəbdən, protokol tərtib edərək məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa B.İ.Xankişiyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2023-cü il tarixli qərarın MMC-yə çatdırılmasına dair sənədi məhkəməyə təqdim edə bilmirlər, həmçinin qərarda onu təhvil alan şəxsin adı qeyd olunsa da rəsmi şəkildə qəbul etməmiş və onu imza etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Ə.H.Sarıyev protokolla razılaşmayaraq izahatında bildirmişdir ki, Şəxs MMC barəsində tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Belə ki, MMC-yə yanğın-texniki müayinənin aparılması haqqında qərar göndərilməmişdir, həmin qərar "xxxx" adlı şəxsin qəbul etməsi göstərilsə də, MMC-nin "xxxx" adlı əməkdaşı yoxdur, həmçinin qərar həmin şəxs tərəfindən imza edilməmişdir. Bundan başqa, MMC-nin həmin protokoldan da məlumatı olmamış, protokolun tərtib ediləcəyi ilə bağlı MMC-yə heç bir məlumat verilməmiş, MMC-nin nümayəndəsi idarəyə dəvət edilməmiş və protokol MMCnin nümayəndəsinin iştirakı təmin edilmədən, inzibati xətanın aşkarlandığı tarix və yer qeyd edilmədən tərtib edilmişdir. Bundan əlavə bildirmişdir ki, MMC-nin ərazisində 4 ədəd yanğın söndürən şit var, bunlara baxmadan əsassız protokol tərtib edilib, tikinti ərazisinə baxış keçirilməyib, orada tullantı və yanmağa meyilli hər hansı bir material da yoxdur, yalnızca hörgü işləri görülür. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, yanğın-texniki müayinəsinin həyata keçirilməsinə dair qərarın Şəxs MMC-yə çatdırılması barədə sənəd iş materiallarına əlavə edilməmiş, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, protokolda inzibati xətanın aşkarlandığı tarix, yer, MMC-nin nümayəndəsinin izahatı və qeydləri, imtina etmişdirsə də imtina səbəbi göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material yenidən araşdırılması üçün Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3921/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3921/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver