Məhkəmə qərarları › İş №3(006)-3926/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3926/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3926/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X2 nümayəndəsi (vəkil) X12, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin nümayəndəsi X13 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi "xxxx" MMC-nin direktoru X5 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı Qərarı ilə o "xxxx" MMC-nin direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 3.500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərar 05 iyun 2025-ci il tarixli MN ******* saylı protokola istinadən onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2025-ci il tarixli 3 ay müddətinə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə, həmçinin X10 xx.xx.2025-ci il tarixli 3 ay müddətinə bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozularaq 70 “d” bəndinə əsasən xitam verildiyi və X10 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən satıcı vəzifəsi üzrə işlərin görülməsinə cəlb edilmişdir və AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi nəticəsinə gəlinmişdir. Qərar rəsmi qaydada onlara göndərilməmiş, yalnız xx.xx.2025-ci il tarixdə SMS vasitəsilə mobil telefonuna məlumat gəldikdən sonra növbəti gün xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinində qəbulda olarkən qeyd olunan qərarın və protokolun surətlərini əldə etmişdir. Hesab edirə ki, xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayət "xxxx" MMCnin direktoru X2 yaşadığı ərazi üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı Qərarını qanunsuz hesab edir. Belə ki, 05 iyun 2025-ci il tarixli MN ******* saylı protokola istinad olunmaqla göstərilmişdir ki, "xxxx" MMC-nin direktoru X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd olunan inzibati xətanın araşdırılması zamanı şahid qismində ikin nəfər şəxsin verdiyi izahatlar ilə təsdiq edilir. Həmin protokol tərtib edilərkən və inzibati xətanın baş vermə halları araşdırılarkən onlara məlumat verilməmişdir. Ümumiyyətlə qeyd olunan xətanın baş vermə halları araşdırılarkən yalnız iki nəfər X27 və X7 izahatlarına əsasən barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi zamanı qanunvericiliyn tələbləri pozularaq düzgün olmayan qərar qəbul edilmişdir. Bildirir ki, X14 və X18 ilə əmək müqaviləsi qüvvəyə minmədən "xxxx" MMC-də hər hansı əmək münasibətləri yaranmamışdır. Belə ki, şahid qismində izahat vermiş şəxslər X27 və X11 qərəzli olaraq onlara qarşı izahat yazmışlar. Həmin şəxslər əvvəllər "xxxx" MMC-də işləmişlər. X3 və X18 ilə eyni ərəfələrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir və onlarla onların arasında məhkəmə mübahisəsi davam edir. Belə olan halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən pozuntu kimi qəbul edilmiş inzibati xətanın araşdırılması birtərəfli aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin prinsipləri pozulmaqla inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edir ki, X14 və X18 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-də işlərə cəlb olunmamışlar. 2025-ci ilin aprel ayının 2-si əmək müqaviləsi bağlanması üçün X15 özü tərəfindən əmək müqaviləsinin təsdiq edilməsi bildirilsə də, ona məxsus “ASAN” imzada yaranmış problemə görə əmək müqaviləsi təsdiq edilmədiyindən işə buraxılmamış, yalnız əmək müqaviləsi təsdiq edildikdən sonra xx.xx.2025-ci il tarixindən, X14 isə xx.xx.2025-ci il tarixindən əmək müqavilələri təsdiq edildikdən sonra əmək münasibətlərinə başlamışlar. Bundan başqa, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qəbulda olarkən bildirmişdir ki, X14 və X18 "xxxx" MMC-də əmək müqavilələri hüquqi qüvvəyə minməmiş onlarla əmək münasibətləri yaranmamışdır. İzahat vermiş şəxslər X27 və X7 izahatları qərəzlidir və qərar qəbul edilərkən onların iştirakı təmin edilməmişdir. Ona görə də, qəbul olunmuş qərar qanunsuzdur. İdarənin rəisi ona həmin qərarın artıq qəbul olunduğunu qeyd edərək narazı qaldığı halda məhkəməyə müraciət etməyi bildirmişdir. Yuxarıda da qeyd edildiyi kimi L.Mürsəova və A.Əsgərova ilə "xxxx" MMC-ilə əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş hər hansı əmək münasibətləri olmamışdır. Belə ki, qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə istinad edilmişdir ki, həmin maddədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qərarı tərtib edən orqan görünür ki, mübahisəni tam araşdırmamış və araşdırmaq niyyəti olmadan əməldə inzibati xəta olması nəticəsinə gələrək barəsində 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq etmişdir. Bütün bunlar onu göstərir ki, "xxxx" MMC-nin direktoru kimi inzibati xətanın törədilməsi dəqiqləşdirilmədən, onun heç bir təqsiri olmadan barəsində inzibati tənbeh tətbiq edilmişdir ki, bu da AR İXM-nin 8-ci maddəsinin tələblərinin pozulması deməkdir. Göstərilənləri nəzərə alaraq, X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili X20 şikayətdə göstərilənlərə uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, X18 2025-ci ilin əvvəlində "xxxx" MMC-yə iş üçün müraciət etmiş, sonuncu müsahibəni uğurlu keçərək işə qəbuluna razılıq verilmişdir. Lakin, yeni qaydalara əsasən əmək müqaviləsinin bağlanması üçün işçi tərəfindən “Sima” proqramında qeydiyyatdan keçilərək, orada əmək müqaviləsini imzalamalıdır. Bu işçinin real vaxt rejimində işə götürülmənin təmin edilməsi məqsədi daşıyır. "xxxx" MMC tərəfindən də qanunun tələbinə əməl edilmiş və X9 “Sima” proqramında qeydiyyatdan keçərək əmək müqaviləsini imzalaması xahiş olunsa da, lakin X18 tərəfindən müaqavilənin imzalanmasında gecikmə yaranmışdır. Həmin müddət ərzində X18 "xxxx" MMC-də hər hansı işlərin görülməsinə cəlb olunmamış, sonuncu sadəcə olaraq əmək müqaviləsinin imzalanmasında yaranmış çətinliklərlə bağlı "xxxx" MMC-yə gəlib getmişdir. Bununla bağlı dəfələrlə X18 və işə götürən arasında cəhdlər olsa da, nəhayət xx.xx.2025-ci il tarixdə X18 əmək müqaviləsini imzalaya bilmişdir. Beləliklə də, X18 ilə xx.xx.2025-ci il tarixdə rəsmi qaydada əmək müqaviləsi bağlanmışdır. X18 tərəfindən əmək müqaviləsi “Sima” proqramı vasitəsi ilə xx.xx.2025-ci il tarixdə imzalanmaqla, sonuncu həmin tarixdə də işə başlamışdır. X4 müddəti ərzində özünü doğrulda bilmədiyi üçün sonuncu xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “d” bəndi ilə işdən azad edilmişdir. Buna görə də, X18 "xxxx" MMCyə qarşı qərəzli münasibət göstərərək cəmiyyət barəsində əsassız olaraq şikayət etmişdir. Bununla yanaşı, Əmək Müfəttişliyində "xxxx" MMC-yə qarşı izahat verən şəxslər Ayla Qazi və Zülfiyyə Abasova Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad edildikləri üçün sonuncular şirkətə qarşı qərəzli olaraq yalan ifadələr vermişlər. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin nümayəndəsi X21 şikayətə etiraz edərək bildirmişdir ki, X10 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş şikayəti əsasında araşdırma aparılmış və müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən X18 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “satıcı” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbinin pozulması müəyyən edilmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru Gəncəli İsmayılov Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru Gəncəli İsmayılov barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 xx.xx.2025-ci il tarixdə 03 ay müddətinə bağlanılmış əmək müqaviləsinə, həmçinin X18 xx.xx.2025-ci il tarixdə 03 ay müddətinə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 51-ci maddəsinin tələbləri pozularaq bu məcəllənin 70 “d” bəndinə əsasən xitam verildiyi, eyni zamanda X18 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “satıcı” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə "xxxx" MMC-nin direktoru X1 Xətalar Məcəlləsinin 192.1 və 192.6-cı maddələri üzrə təqsirli bilinərək 3.500 manat məbləğində cərimə edilmişdir. Beləliklə məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X6 xx.xx.2025-ci il tarixdə 03 ay müddətinə bağlanılmış əmək müqaviləsinə, həmçinin X10 xx.xx.2025-ci il tarixdə 03 ay müddətinə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 51-ci maddəsinin tələbləri pozularaq bu Məcəllənin 70 “d” bəndinə əsasən xitam verildiyi, eyni zamanda X16 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “satıcı” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə "xxxx" MMC-nin direktoru X1 Xətalar Məcəlləsinin 192.1 və 192.6-cı maddələri üzrə təqsirli bilinərək 3.500 manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, izahatların alınması və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin dəlillərinin yenidən araşdırılması üçün inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı, iş baxılması üçün yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsinə əsasən, İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Bununla belə, o da aydın olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən müraciətlər əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız şikayətçilərin izahatları ilə kifayətlənilmişdir. Halbuki, həmin şəxslərin "xxxx" MMC-ya nə kimi aidiyyətinin olubolmaması X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən müəyyən edilməmişdir. Bununla da, şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. Həmin Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar