Məhkəmə qərarları › İş №3(006)-3934/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3934/2020

26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3934/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X2 Departamenti tərəfindən (hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti) X1 barəsində çıxarılmış xx.xx.2019-cu il tarixli ******* nömrəli Qərarı üzrə Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş «icraata xitam verilməsi haqqında» xx xxxxxxx 2020-ci il tarixli qərarından verilmiş şikayəti və ona əlavə olunmuş materialları məhkəmə iclasında baxılmağa hazırlayarkən, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Departamentinin (hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti) ******* nömrəli, xx.xx.2019cu il tarixli qərarı üzrə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş «icraata xitam verilməsi haqqında» xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən «icraata xitam verilməsi haqqında» xx xxxxxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti həmin qərardan müddəti ötürməklə şikayət vermiş, lakin şikayət vermə müddətinin üzürlü səbəblərdən ötürülməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin «icraata xitam verilməsi haqqında» xx xxxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayət Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair əsaslı sübut təqdim edilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin «icraata xitam verilməsi haqqında» xx xxxxxxx 2020-ci il tarixli qərarından verilmiş şikayət geri qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar