Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3936/2020 20.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 qızının katibliyi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Əhmədov Rövşən Arif oğlunun, tələbkar X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: J97M1S1), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(006)-1917/2012 saylı icra sənədinə əsasən Şəxs 2 uşağın saxlanılması üçün cəmi 200 manat, Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(006)-2188/2018 saylı icra sənədinə əsasən Şəxs cəmi 308 manat tutularaq tələbkar İ.İ.Abidiyə ödənilməlidir. İndiəyənədək borclu Şəxs 14.910 manat ödənilməmiş yığılan aliment borcu vardır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.A.Əhmədov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Nəsimi Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(006)-1917/2012 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxxx 2012-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş X1 və xx xxxx 2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər birinə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat aliment tutularaq iddiaçı X2 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-2118/2018 saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş N.Şəxsnın və xx xxxx 2007-ci il tarixdə anadan olmuş N.Şəxs yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay, hər uşağa görə 154 (bir yüz əlli dörd) manat olmaqla, cəmi 308 ( üç yüz səkkiz) manat sabit pul məbləğində aliment alınaraq İ.İ.Muxtarovaya ödənilməli və Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir.İcra sənədi üzrə icraata xx xxx 2018-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilərək xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Bundan başqa, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi üçün borclunun hərhansı yerdə əmlakının olub-olmaması ilə bağlı müvafiq akt da tərtib edilmişdir. Göründüyü kimi, borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-2118/2018 saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş N.Şəxsnın və xx xxxx 2007-ci il tarixdə anadan olmuş N.Şəxs yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay, hər uşağa görə 154 (bir yüz əlli dörd) manat olmaqla, cəmi 308 ( üç yüz səkkiz) manat sabit pul məbləğində aliment alınaraq İ.İ.Muxtarovaya ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, həmin icra vərəqəsindən məlumatlıdır. Heç bir yerdə işləmədiyi üçün aliment ödəməyə imkanı yoxdur. Bu vaxta kimi 14.910 manat aliment borcu yaranmışdır. Belə ki, işləyib maddi imkanı düzələn kimi yığılmış aliment borcunu hissə-hissə ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə, Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar İ.İ.Abidi öz izahatında bildirmişdir ki, borclu Şəxs indiyədək aliment borcundan heç bir ödəniş etməmişdir. O, uşaqlarının saxlanılmasında əziyyət çəkir və yığılmış aliment borcunun tam ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində həbslə əlaqədar olan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(006)-1917/2012 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxxx 2012-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş X1 və xx xxxx 2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər birinə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat aliment tutularaq iddiaçı X2 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-2118/2018 saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş N.Şəxsnın və xx xxxx 2007-ci il tarixdə anadan olmuş N.Şəxs yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay, hər uşağa görə 154 (bir yüz əlli dörd) manat olmaqla, cəmi 308 ( üç yüz səkkiz) manat sabit pul məbləğində aliment alınaraq İ.İ.Muxtarovaya ödənilməli və Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir.İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilərək xəbərdarlıq edilmiş, lakin borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş, icra tədbirlərini davam etdirmək məqsədi ilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilmiş, lakin onun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak növü aşkar edilməmişdir.Bundan başqa, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi üçün borclunun hər-hansı yerdə qiymətli əşyasının olub-olmaması ilə bağlı müvafiq akt da tərtib edilmişdir. Borclu Şəxs bu günə kimi ödənilməmiş 14.910 (on dörd min doqquz yüz on) manat borcu vardır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmaqdadır. İş materiallarında olan xx xxxx 2012-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Nəsimi rayon İcra şöbəsində icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs xx xxxx 2012-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün ona xəbardarlıq edilmişdir. İş materiallarında olan xx xxx 2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Nəsimi rayon İcra şöbəsində icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs xx xxx 2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün ona xəbardarlıq edilmişdir. İş materiallarında olan Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin Şəxs ünvanladığı xx xxxx 2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan xx xxxx 2018-ci il tarixdə icra məmuru tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, tələbin icrası ilə əlaqədar borclu Şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirilmiş və borcluya məxsus heç bir qiymətli əmlak müəyyən olunmamışdır. İş materiallarında olan 11 iyul və xx xxxxxx 2018-ci il tarixli izahatlardan görünür ki, borclu Şəxs maddi imkanı olmadığı üçün aliment ödənişi edə bilməmiş və yaranmış aliment borcunu maddi vəziyyəti düzələn kimi hissə-hissə ödəyəcəkdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki,Nəsimi Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(006)-1917/2012 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxxx 2012-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş X1 və xx xxxx 2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər birinə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat aliment tutularaq iddiaçı X2 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-2118/2018 saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş N.Şəxsnın və xx xxxx 2007-ci il tarixdə anadan olmuş N.Şəxs yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay, hər uşağa görə 154 (bir yüz əlli dörd) manat olmaqla, cəmi olaraq 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment alınaraq İ.İ.Muxtarovaya ödənilməli və Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir.İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilərək xəbərdarlıq edilmiş, lakin borclu tərəfindən icra sənədlərinin icrası təmin edilməmiş, icra tədbirlərini davam etdirmək məqsədi ilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilmiş, lakin onun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak növü aşkar edilməmiş, həmçinin hər-hansı qiymətli əşyasının olub-olmaması məqsədilə borclunun evinə baxış keçirilmiş, borclu Şəxs ümumiyyətlə alimenti borcunu ödəməmiş və bu günə kimi 14.910 (on dörd min doqquz yüz on) manat borcu yaranmış nəticədə onun barəsində xx xxxxxx 2020-ci il tarixdə, MN ******* saylı protokola tərtib edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri və qərarın icrası ilə bağlı kifayət qədər üzün müddətin olmasına baxmayaraq, yəni xx xxx 2012-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək, xx xxxx 2018-ci il tarixdən bu günədək onun tərəfindən konkret heç bir hərəkət və ya hərəkətlər edilməmiş və bu hal məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 16:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Nəsimi Rayon İcra və Probasiya şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3936/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3936/2020
20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver