Məhkəmə qərarları › İş №3(006)-3938/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3938/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3938/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, tərcüməçi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon DYPŞ Yol patrul xidməti inspektoru X2 iştirakları ilə, 17 avqust 2008-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-cu maddəsi üzrə şəxs Bakı şəhəri Nəsimi rayon DYPŞ Yol patrul xidməti inspektoru X4 tərəfindən tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “X9 Minik” markalı, **-TT-*** dövlət nömrə nişanlı avtomobili spirtli içkinin təsiri altında idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs törədilmiş inzibati xətada özünü təqsirli bilməyərək göstərmişdir ki, 29 iyun 2025-ci il tarixdə dostları ilə birlikdə spirtli içki qəbul etdikdən sonra klubun qarşısında olarkən bir nəfər şəxs ondan “X9 Minik” markalı, **-TT-*** dövlət nömrə nişanlı avtomobili bir neçə metr irəliyə sürməyi xahiş etmişdir. O həmin vaxt köməklik göatərmək üçün qeyd olunan avtomobili bir neçə metr irəliyə sürmüş və həmin vaxt yol-patrul xidməti əməkdaşları ona yaxınlaşaraq sənədlərini təqdim etməsini tələb etmişlər. Bundan sonra, o sənədlərini təqdim etmiş və yalnız köməklik etmək məqsədilə avtomobili bir neçə metr irəliyə sürdüyünü bildirmişdir. Lakin yol-patrul xidməti əməkdaşları onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində tərtib olunmuş inzibati xəta haqqında icraata xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon DYPŞ Yol patrul xidməti inspektoru X4 izahatında göstərdi ki, 29 iyun 2025-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən “X9 Minik” markalı, **-TT-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən saxlanılaraq, həmin avtomobilin sürücüsü Şəxs sənədlərinin yoxlanılması zamanı sonuncunun sərxoş vəziyyətdə avtomobil idarə etməsinə əsaslı şübhələr yarandığından yoxlamadan keçirilmiş və onun spirtli içkinin təsirində avtomobil idarə etməsi müəyyən edilmişdir. Bundan sonra həmin şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşdə olan Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə haqqında protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyətində olması halı müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi tərəflərin izahatı, Bakı şəhəri Nəsimi rayon DYPŞ Yol patrul xidməti inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, tibbi müayinə aktı və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Çünki “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınmasına yol verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, ona 05 (beş) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 30 iyun 2025-ci il tarixdən, saat 07:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar